ABŞ İsrail və İranın hücumları niyə azalıb Hesabat
Icma.az bildirir, Axar.az portalına istinadən.
ABŞ-İsrail hərbi əməliyyatı həm İsrail, həm də ABŞ üçün prioritet hədəflərin tükənməsi və İranın zərbə potensialının əksəriyyətinin məhv edilməsi səbəbindən hər iki tərəfə hava hücumlarının intensivliyinin azalması ilə xarakterizə olunan yeni bir mərhələyə qədəm qoyub.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin analitikləri Mark Kanzian və Kris Parkın hesabatında bildirilib.
Analitiklər artıq dördüncü həftəsini yaşayan hava kampaniyasını təhlil etdikdən sonra münaqişənin daha sabit bir mərhələyə qədəm qoyduğu, hər iki tərəfin strategiyalarını uyğunlaşdırdığı, intensivliyi azaltdığı, lakin zərbə endirmək qabiliyyətini qoruduğu qənaətinə gəliblər.
Mütəxəssislərin fikrincə, əməliyyatın ilk günləri ən gərgin olub. İlk 24 saat ərzində ABŞ "Gücıü qəzəb" əməliyyatı çərçivəsində mindən çox hədəfə zərbə endirib, İsrail təyyarələri isə 750-dən çox zərbə endirib. Lakin bundan sonra temp yavaşlamağa başlayıb. Müəlliflər bunun bahalı uzaqmənzilli raketlərin, xüsusən də hər biri təxminən 3,5 milyon dollara başa gələn "Tomahavk" və JASSM raketlərinin qorunması zərurəti ilə bağlı olduğunu yazıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 29 Mart 2026 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















