ABŞ İsraildən narazı qalıb: “Suriya siyasətiniz bizi məyus edir”
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, 12-ci kanalın məlumatına görə, bu məsələ ayın sonunda Baş nazir Binyamin Netanyahunun Ağ Evdə Tramp ilə keçirəcəyi planlaşdırılan görüşün əsas mövzularından biri olacaq.
Bundan əvvəl Tramp sosial şəbəkədə İsraili Suriya işlərinə “qarışmamağa” çağırmışdı. Telekanal bildirir ki, bu paylaşım ABŞ rəsmilərinin son sutkada İsrailə verdiyi eyni xəbərdarlığı əks etdirir.
ABŞ-ın reaksiyası, İsrail qüvvələrinin Suriyada keçirilən saxlanma əməliyyatı zamanı atəşə tutulmasından bir neçə gün sonra gəlib. Suriya tərəfinin məlumatına görə, qarşıdurma nəticəsində 13 nəfər həyatını itirib.
“Suriya İsraillə problem istəmir, buradakı vəziyyət Livandakı kimi deyil. Bu, İsrail dövləti tərəfindən mütləq nəzərə alnmalıdır”, - deyə telekanal anonim ABŞ rəsmisinin sözlərini də sitat gətirib.
Rəsmi həmçinin xəbərdarlıq edib ki, Netanyahu kursunu dəyişməlidir, əks halda “o, Suriyada formalaşan yeni hökuməti İsrail üçün düşmənə çevirə bilər”.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 02 Dekabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















