Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Bəlkə bu gün elə dünəndir... Rəvan Cavid yazır

Bəlkə bu gün elə dünəndir... Rəvan Cavid yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Rəvan CAVİD

Bir gün küçələrdəki yad üzlər bizə dünyanın qəribliyini yenidən xatırladacaq. Gəzdiyimiz küçələrdə heç kim olmaq, salam verdiyimiz adamların soyuqluğu, göz-gözə gəldiklərimizin baxışlarındakı boşluq hər şeyi lap əvvələ - heç kim olduğumuz günlərə qaytaracaq. Siqaret tüstüsü meyxoşluğumuza yox, keçib gedən zamanın faniliyinə qarışanda hiss edirik ki, dünya sonsuz sayda tənhaların kövrək ruhlarının yetimxanasıdır. Əl verib görüşdüyümüz adamlar çox qədimdə qaldı. Elə bil, hamı yuxu idi - oyandıq ki, heç kim yoxdur.

Fürsət tapıb beş-on kəlmə kəsə bilmədiyimiz nə qədər adamın yaxınlığını, doğmalığını unutmağa başlayırıq. Dəyərbilməzlik insanoğlunun qədimyanə vərdişidir, unuda bilmir. Hər şeyi yadından çıxarır, hər şey toz dənəsi kimi küləklə sovrulub gedir, içimizdə qalan yekə bir vecsizlik ölənə qədər bizimlədir.

Yaşamaq yazmağın yerini alanda həyatın hərflərin təmtəraqlı karnavalından daha qorxunc olduğunu başa düşürük. Hamı üçün burnumuzun ucu göynəyir. Əlimizi atanda yapışa bilmədiyimiz, əvvəllər saman çöpü bildiyimiz şeylər gəlir ən son ümid yerimiz olur. Amma nafilə.

Aydınlanma dönəmi insanı "Tanrını, ya da Mütləqi" axtarmaqdan vaz keçirdi. Böyük həqiqətlər yerini balaca suallarla doldurdu. Böyük adamlar reklamın əsirinə çevriləndə başa düşdük ki, bütün böyük fikirlərin arxasında tənhalıqdan qurtulmaq, çilçıraqlı salonlara qarışmaq, maskalı karnavalların bir hissəsi olmaq dayanır. Küçələrdə heç kimin hamı olduğu zamanlar, meqapolislərdə hamının heç kim olduğu saatlarla əvəzləndi. Tarix də sürətli maşınlara və ölüm döşəyində nəfəsini israf etməkdən qorxan xəstələrə çevrildi.

Kimdir müqəssir?! Bilmirik...

Yadlaşmaq həyata. Kimdənsə, nədənsə qaçıb qurtulmaq. Baş götürüb tanımadığın sahillərə qaçmaq. Tanımadığın kəslərin arasında yerimək, tanımadığn təamların dadına baxmaq, tanımadığın şüşələri başına çəkib tanımadığın tütünə ciyərlərində yer eləmək. Adı tanış gəlməyən balaca bir meyxanadan adını hələ də əzbərləyə bilmədiyin küçələrə atılmaq. İndi də belə yaşamaq.

Keçmiş üçün darıxmaq, onu qoyduğun yerlərdə axtarmaq, tapmayanda üzülmək, tapanda sevinmək bizi formalaşdıran xarakterin bir formasına çevrilməkdədir. Hər kəslə keçmişdə dost olmaq daha asan gəlir. Xatırlamaq yaşamaqdan daha az əzabvericidir. Yeni tanışlıqlar bir az da yorur məni, səni, bizi. Tez unutmaq və unutduğumuz andan yada salmağa çalışırıq adamları. İnsan kədər və onun bütün məziyyətləri üçün yaşayır. Başqa bir amalın olmadığı dünyanın sakinləriyik hamımız.

Son vaxtlar çoxlu bioqrafiyalar oxuyuram. Yazıçıların, şairlərin, bəstəkarların, aktyorların, futbolçuların, siyasətçilərin, din adamlarının özləri, həyatı və nəhayət, aqibət duyğusunu yaşadığı günlər barədə yazılanlar əvvəl-axır Allahdan borc alıb Allaha qaytaracağımız balaca bir ömrün balaca nişanələridir.

Ətrafımda onlarla öz ölkəsindən qaçmış, siyasi səbəblərdən yana gəlib Mərmərənin sahilində kiçik bir şəhərdə özünə yuva qurmaq istəyən gənclər var. Əfqan, suriyalı, aclığın yağır elədiyi Afrika ölkələrinin vətəndaşları həyata 0:10 geridə başlamağın ağır nəticələrindən danışdıqca yadlığı başqa rakurslardan görürəm. Mən dostlarım, sevgilim, şəhərim üçün darıxanda onlar xoşbəxt həyatları və ailələri üçün darıxırlar. Mən onlara bir gün qayıdacağım evimdən, onlar da bir gün yaşayacaqları rahat günlərdən danışırlar. Sahildə özünə əbədi yer eləmiş nəhəng qaya parçasına çırpılan dalğalar söhbətimizin ən şirin yerində ağzımızdan vurur. Heç kim ən gözəl arzuları eşitmir. Bir-birimizə kar olub dənizə qulaq asırıq.

Səhvlərimiz yadımıza düşür, gözlərimizi göyə dikib kimisə axtaranda qara bulud təzədən günəşin qabağını kəsir. Buludlardan o tərəfdə kim varsa, hamısı gizlənir bizim günahlarımızdan. Onlar yenidən bulaşmaq istəmir boz şəhərin rəngli adamlarına. Yağış başlayır. Kiminin makiyajını, kiminin də üzündəki kubik tozunu yuyub aparır. Yağışlar Allahın adamları görmək üçün tutduğu ən yaxşı güzgülərdir. Maşınların təkərlərindən sürüşüb çıxan palçıq mahiyyətimizə qaytarır bizi.

Günlər əl-ələ verib "sizdən bizə kim düşər?" ritorikasında hər gün bir nəfəri bizdən alıb aparır. Ya içimizdən, ya çölümüzdən, ya yanımızdan, ya xatirələrimizdən. Elə adamları elə yerdə itirmişəm ki, xatırlayanda "niyə var idi o günlər, nə istəyirdik onda həyatdan?" sualı boğazımdan yapışıb boğur məni. Bu, yadlığın həmişəlik formasıdır.

Yenə özümü sarı divarları olan içi mavi kirayə qaldığım evdən küçəyə atacağam. Sahildə isti çayla payıza hələ yaşamaq və xatırlamaq istədiyimi pıçıldayıb işə gedəcəm. Və küçə boyu tanımadığım adamlar mənə tanıdığım adamların yoxluğunu, bu balaca şəhərdəki yadlığımı xatırladacaq.

Hər şey bu yazı masasında saatlarla oturub düşünməyinizdəndir. Bəlkə də xəyal etdiyiniz o şəhər küçələri, və adamları, binaları, səkilərindəki məsumiyyəti var. Pəncərədən baxanda hamısını görmək olar bəlkə də. Bəlkə də. Dünyanın ən kədərli sözüdür - "bəlkə". Danışmaq da lazım deyil, yəqin. Şənbə günləri adamlarla danışmağı sevirsiniz, bilirsiniz ki, sizin kimi nə qədər adam içindəki yalquzağı yemləyir. Yenə də yadınıza düşür ki, Günəş çıxanda qar əriyir, yağış romantik olur, göyqurşağı uşaqları sevindirir. Günəş isə batmayıb. O, heç vaxt küsmür və həmişə isti qalır. Bunu da İçərişəhərdə bir rəssam öz son tablosunu hazır edəndə demişdi mənə. O, dayanmadan özünü çəkir və rəngləyirdi. Qırmızı, sarı, açıq yaşıl, tünd mavi. Ta ki özü yoxa çıxana qədər. O, həm də deyirdi ki, min ildi bu şəhəri tanıyır və bütün adamlar axşamlar sabah havanın necə olacağından danışır. Sabah bizi düşündürür, elə dünən də. İndi isə bir o qədər vecimizə deyil. Çünki axır-əvvəl indi də ya sabah olur, ya dünən.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Yanvar 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see672

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see442

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see406

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see288

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see282

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see279

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see253

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see250

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see237

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see229

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see222

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see216

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see216

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see200

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see198

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see193

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see193

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri