ABŞ İsrailə 12 000 ədəd BLU 110 aviabombasının satışını təsdiqləyib
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Dövlət Departamenti İsrailə 1 000 funt (təxminən 454 kq) ağırlığında 12 000 ədəd BLU-110 aviabombasının satışını təsdiqləyib.
"Report"un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti açıqlama verib.
Müqavilənin dəyəri 151,8 milyon dollardır. Razılaşma həmçinin Amerika podratçıları tərəfindən mühəndislik, logistika və texniki xidmətləri nəzərdə tutur.
"Dövlət katibi Marko Rubio ABŞ-nin milli təhlükəsizlik maraqları naminə İsrail hökumətinə müəyyən müdafiə mallarının və xidmətlərinin dərhal satılmasını tələb edən fövqəladə vəziyyətin mövcudluğunu müəyyən edib və ətraflı əsaslandırıb", - sənəddə deyilir.
Sursatların bir hissəsi ABŞ-nin mövcud ehtiyatlarından təmin ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:243
Bu xəbər 07 Mart 2026 08:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















