ABŞ Konqresinin əməkdaşı qanunverici orqanın binasına sursat keçirməyə cəhd edib AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 3 dekabr, AZƏRTAC
Kapitoli polisi ABŞ Nümayəndələr Palatasının əməkdaşı Maykl Hopkinsi Konqresə sursat keçirməyə çalışarkən saxlayıb.
AZƏRTAC xəbər verir ki, “The Washington Post” qəzeti bu barədə polis orqanının bəyanatına istinadla məlumat yayıb.
Məlumata görə, axtarış zamanı Maykl Hopkinsin çantasında dörd ədəd silah darağı və 11 ədəd patron aşkarlanıb. O, polis zabitlərinə çantada sursatın olduğunu unutduğunu deyib. Buna baxmayaraq ona qarşı qanunsuz silah-sursat saxlamaq ittihami irəli sürülüb.
Vaxtilə konqresmen Cozef Morellin kommunikasiyalar üzrə direktoru işləmiş Maykl Hopkins Kapitoli hadisəsindən sonra vəzifəsindən uzaqlaşdırılıb. O, eyni zamanda, Demokratlar partiyasının strategiyasının hazırlanmasında iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 03 Dekabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















