Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

ABŞ la Çin qarşıdurması süni intellekt sahəsində qlobal təhlükəsizliyi təhdid edir

ABŞ la Çin qarşıdurması süni intellekt sahəsində qlobal təhlükəsizliyi təhdid edir

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Vaşinqtonla Pekin arasında dərinləşən texnoloji qarşıdurma süni intellektin (Sİ) təhlükəsizliyi ilə bağlı həyati əhəmiyyət daşıyan dialoqun pozulmasına səbəb ola bilər.

Bizimyol.info xəbər verir ki, ABŞ hakimiyyəti Çin süni intellekt laboratoriyalarına qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirir. Vaşinqton onları texnologiyalardan qanunsuz istifadə etməkdə və ixrac nəzarəti qaydalarını pozmaqda ittiham edir.

Gərginlik Çin şirkəti "Moonshot AI"nin hazırladığı "Kimi K3" modelinin təlimi zamanı ABŞ-ın "Anthropic" şirkətinə məxsus "Fable 5" modelindən əldə edilən məlumatlardan istifadə etdiyi barədə iddialardan sonra daha da artıb.

ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosunun apardığı araşdırmanın nəticələrinə əsasən məhdudlaşdırıcı tədbirlər görülə bilər.

Analitiklər hesab edirlər ki, belə addımlar Pekinin cavab tədbirlərinə, o cümlədən Çin süni intellekt modellərinə xarici istifadəçilərin çıxışının məhdudlaşdırılmasına səbəb ola bilər.

DGA-Albright Stonebridge Group-un tərəfdaşı Pol Triolonun fikrincə, qarşıdurmanın daha da kəskinləşməsi təkcə ABŞ və Çin arasında texnologiya sahəsində danışıqları deyil, həm də sentyabrın 24-nə planlaşdırılan ABŞ Prezidenti Donald Trampla Çin sədri Si Cinpinin görüşünü risk altına sala bilər.

Mütəxəssislər bildirirlər ki, hazırkı vəziyyət təxirəsalınmaz beynəlxalq əməkdaşlıq tələb edir. Çünki güclü süni intellekt modelləri özünü müstəqil şəkildə təkmilləşdirə bilir və bu da kibertəhlükəsizlik baxımından yeni risklər yaradır.

Xüsusi narahatlıq "açıq çəkilərə" (open weights) malik modellərlə bağlıdır. Bu cür modelləri sərbəst yükləmək, dəyişdirmək və yaymaq mümkündür. Süni intellektin "xaç atalarından biri" kimi tanınan Yoşua Benjio qeyd edib ki, belə sistemlər üzərində nəzarətin olmaması onları daha həssas edir və geniş yayılması demək olar ki, geri dönməz prosesə çevrilir.

Məqalədə vurğulanır ki, ABŞ-ın iri texnologiya şirkətlərindən fərqli olaraq, bir çox Çin laboratoriyası məhsullarını sürətlə genişləndirməyə üstünlük verir və bu zaman ciddi təhlükəsizlik mexanizmlərinin tətbiqi üçün zəruri resursları ikinci plana keçirir.

ABŞ daxilində də Çin texnologiyalarına qarşı hansı siyasətin yürüdülməsi ilə bağlı fikir ayrılıqları mövcuddur. "OpenAI" və "Anthropic" kimi şirkətlər Çin istehsalı olan ucuz analoqlara qarşı daha sərt tənzimləmə tələb edərək, onların Amerika şirkətlərinin rəqabət qabiliyyətinə mənfi təsir göstərdiyini bildirirlər.

Bununla yanaşı, Ağ Evin süni intellekt məsələləri üzrə müşaviri Devid Saks da daxil olmaqla administrasiyanın bəzi nümayəndələri həddindən artıq məhdudiyyətlərin əleyhinə çıxış edirlər. Onun sözlərinə görə, texnoloji liderlik panika və sərt qadağalarla deyil, innovasiya və ədalətli rəqabətlə qorunmalıdır.

Ekspertlər yekdil fikirdədirlər ki, süni intellekt sahəsində qlobal risklərin minimuma endirilməsi üçün dövlətlər arasında ümumi "qırmızı xətlər"in müəyyənləşdirilməsi və sistemlərin əvvəlcədən sınaqdan keçirilməsi üzrə beynəlxalq standartların yaradılması vacibdir.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 27 İyul 2026 08:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see271

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see269

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see260

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see259

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see253

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see249

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see244

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see240

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see226

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see217

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see215

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see205

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see203

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see203

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see200

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see199

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see196

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see194

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see188

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri