Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

ABŞ İsrailə qırıcı ötürəcək, İran isə.. Gərginlik nə VƏD EDİR?

ABŞ İsrailə qırıcı ötürəcək, İran isə.. Gərginlik nə VƏD EDİR?

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbəri Əli Xameneiyə məktub göndərib. Tramp Xameneini danışıqlara dəvət etdiyini bildirib. ABŞ prezidenti İranla razılaşmaya üstünlük verəcəyini və bunun İran hökumətinin danışıqlar üçün son şansı olduğunu vurğulayıb.

Xamenei Trampın məktubuna cavabında bildirib ki, Tramp öz tələblərini qəbul etdirməyə çalışır, ancaq bunu qəbul etməyəcəklər.

Maraqlıdır, bundan sonra gedişat hansı yöndə davam edəcək?

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Aqşin Kərimov bildirib ki, Trampın Xameneiyə məktub göndərməsi “sövdələşmək üçün təzyiq” kampaniyasının çalarlarını ifadə edir.

Onun sözlərinə görə, Trampın “İranla nüvə sazişi əldə etməyə üstünlük verəcəyik, əks təqdirdə başqa variantla problem həll ediləcək” deməsi daha çox Ağ Evlə Tehranın yenilənmiş əməkdaşlıq əldə etməsi üçün qurulmuş diplomatik-siyasi həmlədir:

“İranın siyasi və ruhani elitası Trampın məktubunun elanından sonra ABŞ ilə danışıqları rədd edirlər. Ancaq cənab Xamenei güclü manevrlər edən siyasətçi kimi ABŞ-dən öz hakimiyyətinin qorunmasına dair təminatlar almaqda maraqlı ola bilər.  Xamenei ABŞ-yə qarşı ideoloji ritorikanın flaqmanı olsa da, onun tətil günlərindən tutmuş gündəlik iş qrafikinə qədər həm Vaşinqton, həm də İsraildə ciddi kəşfiyyat hesabatları mövcuddur. Bütün bunlara rəğmən Xamenenin hələ də ciddi qorunması təkcə İran daxili siyasi istibleşmentinin təhlükəsizlik qaydaları ilə əlaqəli deyil. Yəni, Xamenenin İranda dövlət etlitasının başında olması həm ABŞ-nin, həm də İsrailin işinə yarayır. Xamenei ABŞ ilə İsrailin mümkün hərbi əməliyyatlarını daxildə öz varisliyini saxlamaq və onu mühafizə etmək hekayələri ilə uyğunlaşdıran ideoloji istiqamətləri müəyyənləşdirir. Xamenei ABŞ ilə danışıqlara qarşı görüntü yaratsa da, onun nüvə silahı yoxsa nüvə razılaşması əldə etmək qərarına gəldiyi hələlik aydın deyil. Xamneinin qərarı, çox güman ki, öz təsir rıçaqlarına ən böyük təhlükənin daxili və ya xarici olduğunu hesablamasından asılı olacaq”.

Politoloqun fikrincə, nüvə obyektlərinə hücum çətin olsa da, mümkündür:

“İran nüvə silahı əldə etmək həddinə yaxınlaşır. İranın yüksək rütbəli hərbi məsləhətçiləri, SEPAH rəsmiləri Xameneini nüvə silahı əldə etmək üçün getdikcə daha çox lobbiləşdirirlər. İranın nüvə obyektlərinin hava əməliyyatları ilə sıradan çıxarılması çətindir. Ona görə ki, İranın nüvə təsisatları dağların altındadır və onların dərinliyinə nüfuz edən silahlar İsraildə yoxdur. Başqa bir problem ABŞ-nin İranın nüvə obyektlərinə nüfuz edə biləcək “F-15EX” qırıcı təyyarələrini İsrailə verməməsidir. Trampın hədələri İrana intensiv hücumlar fonunda ABŞ-nin İsrailə həmin qırıcıları verə biləcəyi ehtimallarını yaradır. Lakin bu problematikdir, ona görə də, ABŞ ilə İsrail nüvə obyektlərinə qarşı daha çox kiberəməliyyatlarla İranın daxilində başlaya biləcək iğtişaşları paralel şəkildə yönləndirməyə üstünlük verə bilər”. 

A.Kərimov qeyd edib ki, Rusiyanın ABŞ ilə İran arasında vasitəçiliyi Kremlin Ağ Evlə əlaqələrini düzəltməyə, İsraillə münasibətlərini inkişaf etdirməyə yönəlik maraqların ifadəsidir. Bu, Rusiyanın ABŞ-dən Ukrayna ilə bağlı gözləntiləri fonunda nəzərə çarpır. Ehtimalla Rusiya, Ağ Ev-İran münasibətlərinin nəticələrini Kremlin Yaxın Şərq siyasətinin yenidən prioritetləşdirməsi ilə əlaqələndirəcək. 


Politoloq vurğulayıb ki,  Çinin son zamanlar səssizliyə çəkildiyi görünsə də, Pekin Tayvan ətrafında güc nümayişi üçün yeni hərbi təlimlərə başlayıb:

“Bu, Pekinin qarışıqlıqlardan istifadə qabiliyyətini vurğulayır. Çin nə İrana, nə də Rusiyaya müdafiə öhdəlikləri təqdim edir, o, eksklüziv üstünlüklərindən yararlanaraq öz ekspansiyasını həyata keçirir. ABŞ-İran münasibətləri və Rusiyanın bu əlaqələrdəki rolu Çini Yaxın Şərqdə və Avropada geosiyasi xəttini gücləndirməyə təhrik edəcək. Türkiyənin isə bütün rəqabət və əməkdaşlıqlara hazırlıq siyasəti möhkəmlənib və ehtimalla hazırda İranla bağlı strategiyalar Ankaranın portfelinə böyük ölçüdə qlobal oyunçu statusu qazandıracaq”.

Firuzə Əliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://sfera.az
archiveBu xəbər 10 Mart 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri