Icma.az
close
up
RU
ABŞ Londonda yeddi bəndlik həll planını təqdim edəcək

ABŞ Londonda yeddi bəndlik həll planını təqdim edəcək

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Birləşmiş Ştatlar aprelin 23-də Londonda keçiriləcək iclasda Ukrayna münaqişəsinin nizamlanmasına dair yeddi bənddən ibarət plan təqdim edəcək, bu plana Krımın Rusiya kimi tanınması, Amerikanın Rusiyaya qarşı sanksiyalarının ləğvi təklifi daxil olacaq və Kiyev üçün aydın təhlükəsizlik təminatları olmayacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti ABŞ, Böyük Britaniya, Aİ və Ukrayna nümayəndələrinin iştirak etdiyi görüşdən əvvəl məlumat verib.

Nəşr adı açıqlanmayan mənbəyə istinadən yazıb ki, planın birinci və ikinci bəndləri dərhal atəşkəs və Ukrayna ilə Rusiya arasında birbaşa danışıqları nəzərdə tutur. Üçüncü məqam Ukraynanın NATO-ya üzv olmaqdan imtinasına aiddir, baxmayaraq ki, ölkənin Aİ-yə üzvlük üçün müraciət etmək hüququ olacaq.

Məqalədə deyildiyi kimi, dördüncü bənd Rusiyanın Krım üzərində suverenliyinin tanınmasını şərtləndirir. Beşinci məqam Moskvanın azad etdiyi ərazilərin ABŞ tərəfindən de-fakto Rusiya kimi tanınmasına aiddir. Lakin məqalədə qeyd olunur ki, onların rəsmi tanınmasından söhbət getmir.

“The Daily Telegraph” yazır ki, Vaşinqton da öz planında israr edir ki, Enerqodarda yerləşən və Rusiya qoşunlarının nəzarəti altında olan Zaporojjya Atom Elektrik Stansiyası ABŞ-ın nəzarətinə keçməlidir.

Planın altıncı bəndi Ukraynanın ABŞ-la mineral ehtiyatlara dair müqavilə imzalayacağını nəzərdə tutur.

Yeddinci bənddə Moskva ilə Vaşinqton arasında yeni münasibətlərin qurulması, o cümlədən Amerikanın bütün sanksiyalarının ləğvi və iki ölkə arasında enerji sektorunda əməkdaşlığa başlanılması imkanları açıqlanır.

“Bu plan Ukraynanın udması üçün acı həb olacaq, çünki ABŞ-dan heç bir aydın təhlükəsizlik zəmanəti almadan ərazilərini itirəcək”, - deyə nəşr yazır.

Məqalədə qeyd edildiyi kimi, Avropa ölkələri münaqişənin təkrarlanmaması üçün öz kontingentlərini göndərə bilərdi, lakin qəzetin yazdığına görə, ABŞ bu cür missiyaları dəstəkləmək öhdəliyini üzərinə götürmür.

Bundan əlavə, Moskva dəfələrlə vurğulayır ki, NATO qoşunlarının Ukrayna torpaqlarında istənilən bayraq altında və istənilən vəzifədə olması Rusiya üçün təhlükədir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl bəyan etmişdi ki, Moskva heç bir halda bunu qəbul etməyəcək.

“Daily Telegraph” qeyd edir ki, ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq aprelin 23-də Londonda keçiriləcək görüşdə bu planı Ukrayna tərəfinə təqdim edəcək. “Bundan sonra, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff Rusiya rəhbərliyini bu planla tanış etmək üçün Moskvaya gedəcək”,- deyə nəşr yazıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Aprel 2025 08:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri