Icma.az
close
up
RU
ABŞ mediası: Bölgədə Azərbaycanın əməkdaşlığı olmadan hər hansı ticarət təşəbbüsü uğursuzluğa məhkumdur

ABŞ mediası: Bölgədə Azərbaycanın əməkdaşlığı olmadan hər hansı ticarət təşəbbüsü uğursuzluğa məhkumdur

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 iyun, AZƏRTAC

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələr arasında Azərbaycan digərlərindən seçilir. Əvvəla, heç bir şübhə yoxdur ki, Azərbaycan TDT-nin yaratmağa çalışdığı və formalaşmaqda olan ticarət dəhlizində həlledici mövqe tutmaqla yanaşı, Qazaxıstanla birlikdə Avropadan Asiyanın bir neçə mühüm regionuna əsas tranzit marşrutuna nəzarət edir və bu, onun rolunu əvəzsiz edir. Bu nəhəng bölgədə Azərbaycanın əməkdaşlığı olmadan hər hansı ticarət təşəbbüsü uğursuzluğa məhkumdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının saytında dərc olunmuş “Budapeşt bəyannaməsi və Türk Dövlətləri Təşkilatı” başlıqlı məqaləsində yazıb.

TDT-nin fəaliyyətinə həsr olunan məqalədə diqqətə çatdırılıb ki, təşkilatın dünya liderlərinə, xüsusən də Avropa liderlərinə ünvanlanmış “Budapeşt Bəyannaməsi”ndə qlobal sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin edilməsində TDT-nin mühüm rolu vurğulanıb. Bəyannamə türk dövlətlərinin Avropanı Asiya ilə birləşdirən etibarlı nəqliyyat və kommunikasiya dəhlizi yaratmaq, bu yolda sülhə və inkişafa töhfə vermək öhdəliyini bir daha təsdiqləyib. Sənəddə əsas mesaj beynəlxalq ixtilafların aradan qaldırılması və Avropadan Çinə qədər uzanan sabit və təhlükəsiz regionun qurulmasına çağırış olub.

Məqalə “Budapeşt bəyannaməsi”ndə türk xalqlarını təkcə ortaq keçmişlə deyil, həm də bu gün və gələcəyə ortaq baxışla birləşdirməyin dəyərini təsdiqləyən “Türk Dünyası Baxışı”nın əks olunduğuna diqqət çəkib. Sözügedən baxış irqçi ideologiyaların açıq şəkildə rəddi ilə yanaşı, multikulturalizmi ehtiva edən ortaq türk kimliyinə, tarixinə, mədəniyyətinə və adət-ənənələrinə əsaslanan əməkdaşlığın təşviqidir. “Türk dövləti” anlayışının bəyannamədə geniş şəkildə şərh olunduğunu qeyd edən müəllif Macarıstanın təşkilatda müşahidəçi statusunu bunun birbaşa təsdiqi kimi qələmə verib.

Həmçinin bildirilib ki, son bir neçə ildə Azərbaycan tədricən Avrasiya regionunda əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib. Ölkəmizin bu statusunu tanıyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan neftinin ixracının artırılmasında göstərilən maddi-texniki dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə açıq şəkildə təşəkkürünü ifadə edib. Habelə bütün türk dövlətləri arasında ən böyük sərmayədar olan Azərbaycan həm iqtisadi cəhətdən təşkilatın ən sabit üzvü, həm də hərbi potensial baxımından ən güclü dövlətlərindəndir.

Yazıda Azərbaycanın son on ildə faktiki hərbi əməliyyatlarda iştirak edən yeganə TDT üzvü olduğu diqqətə çatdırılıb. Ermənistanla münaqişənin ölkəmizin hərbi büdcəsinin artmasına və yüksək hazırlıqlı ordu formalaşdırmasına vəsilə olduğu vurğulanıb. Habelə Azərbaycanın “qardaş ölkə” adlandırdığı Türkiyə və müxtəlif sektorlarda əməkdaşlıq etdiyi Qazaxıstanla müstəsna sıx əlaqələrə malik olduğuna diqqət çəkilib. Politoloq bu amillərin birlikdə Azərbaycanı iqtisadiyyat, təhlükəsizlik və diplomatiya baxımından ən perspektivli TDT üzvü kimi səciyyələndirdiyini qeyd edib. “Azərbaycan təşkilatda ən dominant və nüfuzlu oyunçulardan biridir”, - deyə müəllif əlavə edib.

Məqaləni linkə keçid etməklə ətraflı şəkildə oxumaq mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Türkiyə səfərindən sonra Zəngəzur dəhlizinin açılması sürətlənəcək? Deputatdan AÇIQLAMA

23 İyun 2025 18:53see177

Röya Ayxan Anardan danışdı

23 İyun 2025 13:37see145

Almaniya müharibəyə hazırlaşır

23 İyun 2025 17:59see120

Xamneyi: İran aqressiya nümayiş etdirməyib

23 İyun 2025 23:35see117

Tramp öz xaqını aldatdı

23 İyun 2025 07:36see117

Azad olunmuş ərazilərdə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb

23 İyun 2025 18:47see117

Savadsız müəllimə güzəşt gələcəyimizə xəyanətdir! Ekspert

23 İyun 2025 08:25see115

Breket taxanlara qida xəbərdarlığı stomatoloq

24 İyun 2025 03:02see114

İranda daha bir nüvə alimi və oğlu öldürülüb Qayınanası isə güllələnib

24 İyun 2025 06:24see114

Netanyahu: İsrail İranda qarşısına qoyduğu hədəflərə çatmağa çox yaxındır

23 İyun 2025 00:18see114

Nüvə obyektlərinə silahlı hücumlar heç vaxt baş verməməlidir BAEA rəhbəri

23 İyun 2025 01:12see113

İmkanlı turistlərinin kazino oynamasının bizə faydası var Elman Nəsirov

23 İyun 2025 13:01see113

ABŞ qoşunlarına zərbə endirilməsi ehtimalı var NYT

23 İyun 2025 09:31see113

Vəhşi quşlar təbiətə buraxıldı Altıağacdan maraqlı görüntülər

24 İyun 2025 15:56see113

“Mançester Siti” “Əl Əyn”ni darmadağın etdi

23 İyun 2025 07:18see112

Gürcü iqtisadçı: Orta Dəhliz Avropa üçün yeganə real və etibarlı alternativə çevrilib MÜSAHİBƏ

23 İyun 2025 19:08see111

Mahir Emreliylə bağlı şad xəbər! bundan sonra bir milyon avro...

23 İyun 2025 15:05see111

48 yaşı var, 13 universitet bitirib: Dünya rekordu uğrunda mübarizə aparır

23 İyun 2025 19:08see110

Qışqırmaqla problem həll edilmir Nazir

24 İyun 2025 15:50see110

Kəskin və xroniki ağrı beynimizdə necə fərqli idarə olunur? ARAŞDIRMA

23 İyun 2025 06:24see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri