ABŞ mətbuatından Suriya iddiası: Xarici işlər nazirinin müavini Şama gedəcək
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ dövlət katibinin Yaxın Şərq siyasəti üzrə müavini Barbara Leafın yaxın günlərdə Suriyanın paytaxtı Dəməşqə gedəcəyi və keçid hökuməti ilə danışıqlar aparacağı iddia edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Axios xəbər saytı Leaf’ın “yaxın günlərdə” Dəməşqə gedəcəyini və danışıqlar aparacağını yazıb.
Bildirilib ki, Leafın səfəri Əsəd rejiminin devrilməsindən sonra Suriyada keçid hökuməti ilə “ABŞ-ın diplomatik əlaqələrinin başlanğıcının bir hissəsidir”.
Adı açıqlanmayan iki ABŞ rəsmisinə əsaslanan xəbər hesabatında Leafın təmasları haqqında heç bir məlumat verilməyib. Leaf Suriyada Baas rejiminin devrildiyi dekabrın 8-dən sonra Dəməşqə gələn ilk ABŞ rəsmisi olacaq. Vaşinqton administrasiyası Axiosun xəbərləri ilə bağlı hələ bir açıqlama verməyib. ABŞ dövlət katibi Antoni Blinken, Heyət Təhrir əş-Şamın (HTŞ) indiyə qədər verdiyi müsbət açıqlamaları izlədiklərini və konkret addımlar görmək istədiklərini ifadə edərək, konkret addımlar atılarsa, ABŞ rəsmilərini bu ölkəyə göndərə biləcəklərini bildirib.
Orxan Saffari
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 20 Dekabr 2024 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















