ABŞ milyonçuları seçkilərə sərvət xərclədi
Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-da 3 noyabr tarixində keçirilən aralıq seçkilərində ölkənin milyarderləri və iri biznes nümayəndələri siyasi prosesə milyonlarla, hətta yüz milyonlarla dollar vəsait yönəldiblər. Maraqlıdır ki, böyük maliyyə dəstəyi alan Respublikaçılar həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluğu demokratlara uduzublar.
The New York Times qəzeti yazır ki, 2026-cı il aralıq seçkiləri üçün ən böyük 20 siyasi donorun ümumilikdə təxminən 2 milyard dollar ianə etdiyi bildirilir. ABŞ qanunvericiliyinə əsasən, bir şəxsin namizədə birbaşa edə biləcəyi ianənin məbləği hər seçki mərhələsi üçün 3 500 dollarla məhdudlaşdırılıb. Lakin 2010-cu ildə Ali Məhkəmənin qəbul etdiyi “Citizens United” qərarından sonra seçki kampaniyalarından müstəqil fəaliyyət göstərən siyasi fəaliyyət komitələrinə (Super PAC) limitsiz ianə vermək mümkün olub.
Seçkilərin ən böyük maliyyə dəstəkçisi İlon Mask olub. Tesla və SpaceX şirkətlərinin qurucusu Respublikaçı namizədləri dəstəkləmək üçün təxminən 446 milyon dollar xərcləyib. Bunun 212 milyon dollara yaxın hissəsi Texasda senatorluğa namizəd Ken Pakstonun kampaniyasına yönəldilib. Lakin seçkidə onun rəqibi Ceyms Talariko qalib gəlib.
Digər böyük donorlar arasında Uline şirkətinin sahibləri Riçard və Elizabet Uihlayn da var. Cütlük Respublikaçı və mühafizəkar namizədlərə ümumilikdə 150 milyon dollar ayırıb. Susquehanna International Group-un təsisçilərindən olan Cef Yassın ianələrinin isə 109 milyon dollara çatdığı bildirilir. O, Ohayo qubernatorluğu uğrunda mübarizədə Vivek Ramasvamini dəstəkləyən qrupa da maliyyə yardımı göstərib. Lakin Ramasvami demokrat namizəd Emi Aktona məğlub olub.
Demokratların əsas maliyyə dəstəkçilərindən Corc Sorosun seçkilərlə əlaqəli qruplara təxminən 102 milyon dollar ayırdığı qeyd olunur. Silikon Vadisinin tanınmış investorları Mark Andreessen və Ben Horovits isə hər iki siyasi düşərgəyə ianə etsələr də, əsas maliyyə dəstəyini kriptovalyuta və süni intellekt sahəsində fəaliyyət göstərən Respublikaçı qruplara yönəldiblər. Onların ümumi ianələrinin 115,3 milyon dollar olduğu bildirilir.
Demokratları dəstəkləyən digər milyarder Maykl Blumberq təxminən 84,2 milyon dollar, Respublikaçılara yaxınlığı ilə tanınan Miriam Adelson isə 67,6 milyon dollar ianə edib. Beləliklə, 2026-cı il aralıq seçkiləri ABŞ-da böyük sərvət sahiblərinin siyasi kampaniyalara təsir imkanlarını yenidən gündəmə gətirib. Seçkilərin nəticələri isə yüksək maliyyə dəstəyinin namizədlərin qələbəsinə avtomatik təminat vermədiyini göstərib.
Lalə Mehralı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 06 Noyabr 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















