Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

ABŞ Minsk Qrupunun sonunu rəsmi tanıdı TƏHLİL

ABŞ Minsk Qrupunun sonunu rəsmi tanıdı TƏHLİL

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

 Sənəddə Ermənistan konstitusiyasına dəyişiklik edilməsi və Azərbaycanın ərazi bütövlüyünə qarşı iddianın çıxarılması məsələsi xüsusi olaraq qeyd olunub


“Diplomatiyada heç nə təsadüfi olmur Vaşinqton sammitində əldə olunan razılaşmanın arxasında dərin siyasi iradə və bacarıq dayanır”



Vaşinqtonda keçirilən Sülh Sammiti həm Azərbaycan, həm də bölgə üçün mühüm əhəmiyyət daşıyır. Bu sammitdə əldə olunan razılaşmalar təkcə yaxın gələcək üçün yox, həm də uzaq perspektiv üçün də vacib nəticələr vəd edir. Azərbaycanın bu prosesdə əldə etdiyi uğurlar uzun illər aparılan diplomatik səylərin və düzgün siyasətin nəticəsidir. Prezident İlham Əliyevin sammitdə və ona hazırlıq mərhələsində nümayiş etdirdiyi mövqe, onun ölkəni qətiyyətlə təmsil etməsi və milli maraqları ön planda tutması bu uğurun əsas səbəblərindəndir. 


Milli Məclisin deputatı, uzun müddət diplomatik xidmət orqalarında çalışmış Rizvan Nəbiyev sammitin əhəmiyyəti, əldə olunan razılaşmalar, prezident İlham Əliyevin sərgilədiyi mövqe və Azərbaycanın bu prosesdəki rolu barəsində Sherg.az-a danışıb: 

"Vaşinqtonda keçirilən Sülh Sammiti və burada əldə olunan razılaşmalar müstəsna tarixi əhəmiyyətə malikdir. Bu faktı beynəlxalq ictimaiyyətin və dünya liderlərinin əksəriyyəti də xüsusi olaraq vurğulayır. Məsələnin strateji və tarixi əhəmiyyətə malik olmasının arxasında isə uzunmüddətli diplomatik səylər, çevik və peşəkar danışıqlar aparmaq bacarığı, qarşı tərəfi inandırmaq və öz mövqeyini qəbul etdirmək gücü dayanır. Diplomatik danışıqlarda inandırmaq qabiliyyəti həlledici rol oynayır. Çünki hər bir dövlətin öz milli maraqları və prinsipləri var. Bu maraqların qorunub saxlanmasında məsələlərin obyektiv şəkildə təqdim olunması, beynəlxalq hüquqla əsaslandırılması və qarşı tərəfin dəstəyinin qazanılması xüsusi diplomatik ustalıq tələb edir. Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfəri və bu səfərə qədərki hazırlıq mərhələsində apardığı intensiv danışıqlar, ortaya qoyduğu strateji yanaşma bunun bariz nümunəsidir. Qeyd edilməlidir ki, həmin strategiyanın bir çox mühüm detalları hələ də ictimaiyyətə tam açıqlanmayıb. Bu isə Prezidentin diplomatik fəaliyyətinin nə qədər dərin və peşəkar şəkildə qurulduğunu bir daha göstərir. Bu fikirləri Vaşinqton Sammitində imzalanmış üçtərəfli bəyanatdan sitat gətirərək əsaslandırmaq olar. Sənəddə Ermənistan konstitusiyasına dəyişiklik edilməsi və Azərbaycanın ərazi bütövlüyünə qarşı iddianın çıxarılması məsələsi xüsusi olaraq qeyd olunub". 


Deputat konstitusiya məsələsinin hər bir dövlətin daxili işi olsuğunu bildirib. Bu kimi mövzuların beynəlxalq sənədlərə daxil edilməsinin olduqca nadir hallarda baş verdiyini vurğulayıb: 

"Ermənistan konstitusiyasında yer alan bəzi müddəlar beynəlxalq hüquqla ziddiyyət təşkil edir və hələ də bəzi dairələr bu ziddiyyətli mövqeni müdafiə edir. Üçtərəfli bəyanatın birinci bəndində belə bir ifadə yer alır: "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması və sonrakı ratifikasiyası üçün əlavə tədbirlərin görülməsi zərurəti". Buradakı "əlavə tədbirlər" ifadəsi məhz Ermənistan konstitusiyasında dəyişiklik edilməsinə işarədir və bu məsələnin zərurət və ya ehtiyac kimi qeyd olunması olduqca mühüm diplomatik nailiyyətdir. Bu, Azərbaycanın tam hüquqi əsaslara söykənən ədalətli tələbidir və belə bir tələbin beynəlxalq sənəddə əks olunması Prezident İlham Əliyevin yüksək diplomatik bacarığının nəticəsidir.

Bəyanatda digər mühüm məqamlardan biri də ATƏT-in Minsk Qrupu ilə bağlıdır. ABŞ həmin qrupun həmsədr dövlətlərindən biri kimi bu sənədi imzalayaraq, Minsk prosesinin artıq başa çatdığını rəsmən tanıyır və digər ATƏT ölkələrinə də bu prosesi rəsmi olaraq yekunlaşdırmaq çağırış edir. Bu, ABŞ kimi bir dövlət üçün radikal addımdır. Çünki ABŞ adətən mövcud strukturların ləğvi məsələsində çox konservativ yanaşır".


R.Nəbiyev məsələ ilə bağlı maraqlı nümunəni də diqqətə çatdırıb: 

"1974-cü ildə SSRİ-yə qarşı qəbul edilən "Cekson-Venik" düzəlişi ( Jackson Vanik amendment) SSRİ-də yəhudilərin hüquqlarının müdafiəsi məqsədi daşıyırdı. Həmin düzəliş bu gün də qüvvədədir. Baxmayaraq ki, nə SSRİ mövcuddur, nə də bu məsələnin aktual siyasi və hüquqi əsası qalıb. Azərbaycanda yəhudilərin hüquqlarının qorunması ilə bağlı İsrail dövlətinin dəstəklədiyi nümunəvi model mövcuddur. Buna baxmayaraq ABŞ kimi ölkələr bəzən praktik əhəmiyyəti olmayan belə sənədləri illərlə qüvvədə saxlayır. Bu kontekstdə əldə olunan nailiyyətlər bu çətin və mürəkkəb proseslər fonunda Vaşinqton sammitində formalaşan xoş atmosfer, danışıqlarda qarşılıqlı anlaşma mühiti, Prezident İlham Əliyevin diplomatik məharətinin və strateji baxışlarının nəticəsidir. Bu, sadəcə protokol xarakterli deyil, real nəticəyə hesablanmış, ciddi strateji nailiyyətlərə gətirib çıxaran uğurdur".


Milli Məclisin üzvü diplomatiyada heç nəyin təsadüfi olmadığını söyləyib: 

"Hər bir ifadənin, hər bir qərarın arxasında dərin siyasi iradə və bacarıq dayanır. Vaşinqton sammitində əldə olunan razılaşmaların icrası isə əsasən Ermənistan hökumətinin iradəsindən asılıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Avqust 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see527

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see296

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see285

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see215

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see214

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see214

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see211

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see206

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see201

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see201

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see201

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see200

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see199

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see197

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see194

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see194

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see193

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see193

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri