Icma.az
close
up
RU
ATƏT in Minsk qrupunun sonu: Azərbaycanın geosiyasi iradəsinin qəti qalibiyyəti TƏHLİL

ATƏT in Minsk qrupunun sonu: Azərbaycanın geosiyasi iradəsinin qəti qalibiyyəti TƏHLİL

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Üç onillikdən artıq beynəlxalq diplomatiyanın ən çox müzakirə edilən platformalarından olan ATƏT-in Minsk qrupu bu gün rəsmi olaraq ləğv edildi. Bu addım təkcə formal bir strukturun bağlanması deyil, həm də üç böyük gücün - ABŞ, Rusiya və Fransanın Cənubi Qafqazdakı vasitəçilik modelinin tam süqutu deməkdir. Azərbaycan üçün isə bu qərar keçmişdə qalmış bir mexanizmin siyasi baxımdan legitim şəkildə bitməsi və ölkənin yaratdığı yeni reallığın beynəlxalq səviyyədə təsdiqidir. Bakı uzun müddətdir davam edən “böyük güclərin menecment oyunu”nu öz siyasi iradəsi ilə tarixin zibilliyinə yolladı.

Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadı

Minsk qrupu 1992-ci ilin martında, Ermənistan-Azərbaycan münaqişəsinin hərbi fazasında yaradıldı. Teorik olaraq məqsəd sadə və aydın idi: tərəfləri masa arxasına gətirmək, münaqişəni diplomatik yollarla tənzimləmək və regionda davamlı sülh üçün çərçivə yaratmaq. ABŞ, Rusiya və Fransanın həmsədr seçilməsi vasitəçilik mexanizminə ciddi siyasi kapital qazandırmalı idi.

Ancaq reallıq tam başqa şəkildə inkişaf etdi. Qrupun daxili mexanizmi böyük dövlətlərin bir-birinə qarşı rəqabətinə söykəndi. ABŞ və Fransa Ermənistanla əlaqələri qorumağa üstünlük verirdi; Rusiya isə regionu öz təsir dairəsinin ayrılmaz hissəsi sayırdı. Nəticədə vasitəçilik missiyası “maraqların toqquşduğu beynəlxalq teatr”a çevrildi.

Burada Azərbaycanın maraqları ən zəif təmsil olunan xətt idi. Bakı bunu açıq şəkildə illərlə səsləndirdi: Minsk qrupu münaqişəni həll etməyə deyil, dondurmağa xidmət edirdi. 30 ilin yekunu bunu təsdiqlədi.

Prezident İlham Əliyev Minsk qrupunun üzərinə düşən missiyanı yerinə yetirmədiyini illər ərzində dəfələrlə vurğulamışdı. Dövlət başçısı bu sözləri Vətən müharibəsindən sonra regiona səfər edən həmsədrlərlə görüşündə bir daha bəyan etmişdi.

“Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir”, - deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ildə dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, ABŞ-dan olan həmsədri Endrü Şofer, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edən zaman bildirmişdi.

İşğalçı ilə işğala məruz qalanın eyniləşdirilməsi

Minsk qrupunun fəaliyyətinin ən çox tənqid olunan tərəfi onun “tərəflərə balanslı münasibət” strategiyası idi. Kağız üzərində bu, neytral yanaşma kimi görünə bilərdi. Amma Azərbaycanın maraqları baxımından bu, diplomatik ədalətsizlik idi. Çünki Ermənistan işğalçı idi, Azərbaycan əraziləri işğala məruz qalırdı, buna baxmayaraq, Minsk qrupu işğalçı ilə işğala məruz qalana eyni münasibət göstərirdi. Xüsusi olaraq qeyd edilməlidir ki, vasitəçilər BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini, eləcə də ayrı-ayrı beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri də nəzərə almadan hər iki tərəflə bərabər məsafədə dayanır, bəzi hallarda isə hətta Ermənistana üstünlük verib, Azərbaycana təzyiq vasitələrinə əl atırdılar.

Bu yanaşma isə münaqişənin mahiyyətini təhrif edir, Ermənistanın beynəlxalq hüquqa zidd addımlarını kölgədə saxlayırdı. Azərbaycanın siyasi elitası illərlə bu yanaşmanı qəti şəkildə rədd edir, ədalətli vasitəçilik tələb edirdi. Lakin beynəlxalq maraqlar fonunda bu tələb eşidilmirdi.

Minsk qrupunun ən böyük problemi təzyiq alətlərindən istifadə etməməsi idi. ABŞ, Fransa və Rusiya ayrı-ayrılıqda Ermənistana təzyiq edə bilərdi. Lakin onların heç biri bunu etmədi. Bunun səbəbi isə açıq idi: Ermənistan Qərbin siyasi layihələrində “simvolik partnyor” idi, Rusiya üçün isə Cənubi Qafqazda təsir rıçaqlarını saxlamaq baxımından “idarə olunan qeyri-sabitlik” daha faydalı görünürdü.

Nəticədə vasitəçilik missiyası münaqişəni həll etməyə yox, davam etdirməyə xidmət etdi. Azərbaycan diplomatiyası bütün tribunalarda bunu vurğulayırdı: “Minsk qrupu münaqişənin dondurulmasına çalışır”.

2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi Minsk qrupunun faktiki iflasını daha da sürətləndirdi. Yeni hakimiyyət “status” iddialarını artırdı, Qarabağdakı separatçıları danışıqlar masasına gətirməyə çalışdı, prosesə yeni şərtlər əlavə etdi. Bu isə real danışıqların mümkünsüzlüyünü daha da dərinləşdirdi.

Bu dövrdə Azərbaycan artıq anlayırdı ki, Minsk qrupunun vasitəçiliyi ilə hər hansı nəticə əldə etmək mümkün deyil. Həmsədrlərin səfərləri simvolik xarakter daşıyır, bəyanatları təkrarlanan şablonlardan ibarət olurdu. Bakı isə faktiki olaraq münaqişənin hərbi-siyasi həllinə doğru addımlayırdı.

II Qarabağ müharibəsi: Minsk qrupunun sonu

44 günlük Vətən müharibəsi Minsk qrupunun bütün legitimliyini məhv etdi. Azərbaycan öz gücü ilə status-kvonu dəyişdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra elədi, işğala son qoydu, dövlət sərhədlərinə nəzarəti tam bərpa etdi. Minsk qrupunun 30 ildə edə bilmədiyini Azərbaycan Ordusu 44 günə etdi.

Bu mərhələdən sonra Minsk qrupunun fəaliyyət predmeti fiziki olaraq qalmadı. Nə “status” məsələsi vardı, nə “münaqişə xətti”, nə də “danışıqlar predmeti”. Bu, Minsk qrupun siyasi ölümünün gerçəkləşməsi idi.

Vətən Müharibədən sonra Azərbaycan açıq şəkildə bəyan etdi ki, Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur. Prezident İlham Əliyev həmsədrlərə Bakıda açıq şəkildə demişdi: “Bununla, mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm”.

Bu, “diplomatik sətirlərlə verilmiş ultimatum” idi.

2023-2025-ci illərdə qrup faktiki olaraq fəaliyyətini dayandırdı. Vaşinqton və Brüssel danışıqlarında Ermənistan da bu gerçəyi qəbul etdi. Nəhayət, 2025-ci ildə ATƏT Nazirlər Şurası Minsk qrupunun ləğv prosesini rəsmən təsdiqlədi. Bu, yalnız formal qərar deyildi - Azərbaycanın diplomatik qələbəsinin beynəlxalq institutlar səviyyəsində rəsmiləşməsi idi.

Minsk qrupunun 30 illik fiaskosu

Minsk qrupunun ləğvi Cənubi Qafqazda beynəlxalq münasibətlərin təbiətini dəyişdi. Bakı sübut etdi ki, regionda nizamın əsas müəyyənedici aktoru xarici güclər deyil, birbaşa regionun özüdür – xüsusilə də Azərbaycan.

Bu gün regionda münaqişə yoxdur, separatizm yoxdur, danışıqlar predmeti yoxdur, Minsk qrupunun oynaya biləcəyi heç bir rol yoxdur. Azərbaycanın yaratdığı yeni reallıq bütün zəif vasitəçilik modellərini sıradan çıxardı.

ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı APA-ya açıqlama verən Prezident yanında İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, 2025-ci ildə qurumun rəsmi şəkildə fəaliyyətinə son qoyulması, 30 il ərzində nəticə verməyən və münaqişəni həll etmək əvəzinə, onu donduran bu mexanizmin Azərbaycan tərəfindən formalaşdırılmış yeni geosiyasi reallıq qarşısında tamamilə funksiyasız qaldığını bir daha göstərdi.

Zaur Məmmədov bildirib ki, ATƏT-in Minsk qrupunun ləğv prosesi 2025-ci ilin 1 sentyabrında ATƏT-in Nazirlər Şurasının qərarı ilə başlanıb və 30 noyabr tarixində prosedur rəsmi olaraq başa çatıb. Onun sözlərinə görə, həftənin birinci günü bu barədə xüsusi bəyanat səsləndirilib ki, bu da Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda apardığı danışıqlarda razılaşdırılmış məsələlərin davamı kimi qiymətləndirilməlidir.

Politoloq xatırladıb ki, bundan əvvəl də Azərbaycan tərəfi, o cümlədən Prezidentin köməkçisi Hikmət Hacıyev dəfələrlə Minsk qrupunun buraxılması ilə bağlı açıqlamalar vermişdi. Həmçinin 2024-cü ilin sonunda məsələ de-fakto KİV-ə sızdırılmış, Azərbaycan və Ermənistan arasında gedən danışıqlarda qurumun ləğv olunmasının, əsasən, həll edildiyi bildirilmişdi.

Həmin dövrdə Ermənistan bunu təkzib edir, yalnız sülh müqaviləsi imzalandıqdan sonra Minsk qrupunun ləğvinə razılıq verəcəyini açıqlayırdı. Lakin Vaşinqton danışıqları nəticəsində Nikol Paşinyan bu məsələyə razılıq verdi, bununla da iki ölkə arasında yeni səhifə açıldı”, – deyə o qeyd edib.

30 illik diplomatik yükün sonu, yeni reallıq

Zaur Məmmədovun sözlərinə görə, ATƏT-in Minsk qrupunun bölgədə fəaliyyəti illər boyu “parçala və hökm sür” siyasətinin tərkib hissəsini təşkil edib. O deyib ki, dünyanın üç böyük dövləti və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri erməni məsələsinin bölgədə qalmasında maraqlı olduqları üçün status-kvo uzun müddət dəyişməz saxlanılırdı.

Minsk qrupu 30 il ərzində əməli addım atmadı. Tərəflərə təqdim edilən təkliflər olsa da, işğalçı ilə işğala məruz qalan ölkə arasında fərq qoyulmurdu və Ermənistana heç bir təzyiq göstərilmirdi. Halbuki Fransa, ABŞ və Rusiya istəsəydi, Ermənistanı sülhə məcbur edə bilərdi”, – deyə politoloq vurğulayıb.

Ekspert əlavə edib ki, bu gün oxşar yanaşma Ukrayna məsələsində də özünü göstərir. Onun fikrincə, böyük dövlətlər bəzən münaqişələri öz aralarında siyasi bazarlıq mövzusu kimi istifadə edir.

Eyni situasiya vaxtilə Azərbaycanda da yaşanırdı. Qarabağda komitə yaratmaq istəyirdilər, lakin buna nail ola bilmədilər. Azərbaycan Prezidenti həmin dövlətlərin müxtəlif dövrlərdə göstərdikləri hiylələri yaxşı dərk edirdi. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev Minsk qrupunun mahiyyətini çox yaxşı bilirdilər və vaxtı çatanda onlara yerlərini göstərdilər”, – deyə o bildirib.

Zaur Məmmədov qeyd edib ki, 2020-ci il müharibəsindən sonra Minsk qrupuna ehtiyac qalmadığı artıq açıq şəkildə bəyan edilirdi. Onun sözlərinə görə, müharibədən sonra Bakıya gələn nümayəndələrə Prezident İlham Əliyevin “Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Buyurun, Sizi dinləyirəm” sözləri qurumun əsl vəziyyətini göstərirdi.

Bu qurum formal şəkildə mövcud idi, maaş alırdı, amma real fəaliyyəti yox idi. Bunu hamı bilirdi”, – deyə o bildirib.

Ekspert hesab edir ki, Azərbaycan yaratdığı yeni reallıqla illərdir bölgədə saxlanılan erməni məsələsindən manipulyasiya vasitəsi kimi istifadə edilməsinin də qarşısını aldı. “Köhnə kartları işə salmaq cəhdləri iflasa uğradı. Əgər antiterror tədbirləri vaxtında həyata keçirilməsəydi, Qarabağın dağlıq hissəsində separatçı çağırışlar davam etsəydi, Minsk qrupunun yenidən səhnəyə qaytarılması cəhdləri ola bilərdi. Lakin Prezident İlham Əliyevin vaxtında atdığı addımlar problemləri əvvəlcədən həll etdi”, – deyə politoloq APA-ya bildirib.

Sonda Zaur Məmmədov vurğulayıb ki, Minsk qrupunun ləğvi ilə bağlı qərar regionda yeni mərhələnin başlanması deməkdir. “Artıq heç kim köhnə musiqini yenidən çala bilməyəcək. ATƏT-in Minsk qrupu yoxdur və heç bir qüvvə Azərbaycanın daxili işlərinə qarışa bilməyəcək”, – deyə o əlavə edib.

ATƏT-in Minsk qrupunun ləğvi yalnız keçmişin qalıqlarından xilas olmaq deyil, həm də yeni regional nizamın siyasi cəhətdən tanınmasıdır. Bu, Bakının suverenlik siyasətinin qələbəsi, müstəqil iradəsinin təsdiqi və beynəlxalq vasitəçilik monopoliyalarının iflası kimi qiymətləndirilməlidir. Azərbaycan 30 il uzadılan bir diplomatik oyunu sonlandırdı və Cənubi Qafqazın yeni siyasi xəritəsini çəkdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 Dekabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see181

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see172

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see148

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see143

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see142

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see141

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see139

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see138

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see137

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see134

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see133

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see127

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see127

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see127

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see127

Bu tədqiqat işi nüfuzlu jurnalda dərc edildi MDU nun daha bir uğuru

29 Noyabr 2025 19:48see126

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see126

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see125

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see124

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri