Icma.az
close
up
RU
ABŞ MKİ rəhbərlərindən birinin oğlu Ukraynada öldürülüb Rusiya tərəfdən döyüşüb...

ABŞ MKİ rəhbərlərindən birinin oğlu Ukraynada öldürülüb Rusiya tərəfdən döyüşüb...

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibədə indiyə qədər ən azı 118 min 139 Rusiya hərbçisinin həlak olduğu bildirilir. 

“AzPolitika” xəbər verir ki, bu barədə BBC, “Mediazona” və könüllülər tərəfindən açıq mənbələrə əsasən aparılan yeni araşdırmada deyilir.

Maraqlıdır ki, ölənlər arasında 28 ölkədən olan 523 əcnəbi də var. Onların heç biri müqavilə imzalanan zaman Rusiya vətəndaşı olmayıb. Ən çox qurban verən ölkələr isə Tacikistan (72 nəfər) və Özbəkistandır (66 nəfər). Bildirilir ki, bu şəxslərin əksəriyyəti Rusiya koloniyalarından cəlb olunub və Çevik Hərbi Qüvvələr - “Vaqner” kimi özəl hərbi şirkətlərlə müqavilə bağlayaraq cəbhəyə göndəriliblər.

Hesabatda qeyd olunur ki, 2023-cü ildən etibarən məhkumların cəbhəyə cəlb olunmasını Rusiya Müdafiə Nazirliyi öz üzərinə götürüb. Hüquq müdafiəçiləri bildirirlər ki, miqrantlara müharibədə iştirak müqabilində deportasiya qərarlarının ləğvi, ölkəyə giriş qadağasının götürülməsi və ya vətəndaşlığın verilməsi kimi “imtiyazlar” vəd olunur. Başqa sözlə, Rusiya əcnəbi məhkumları canlı qüvvə kimi istifadə edir və onların həyatı Kreml üçün sadəcə statistikadan ibarətdir.

Əlavə olaraq, Ukrayna əsilli 54 nəfərin də Rusiya tərəfində döyüşərək həlak olduğu bildirilir. Bu şəxslərin əksəriyyəti Ukraynanın işğal olunmamış ərazilərində yaşayan və məhkum olan şəxslər olub. Eyni zamanda, Gürcüstandan, əsasən Abxaziya və Cənubi Osetiyadan 60-dan çox şəxsin öldüyü göstərilir. Hesabatda Nepal vətəndaşı olan 70 nəfərin də Rusiya tərəfində döyüşdə həlak olduğu vurğulanır.

Rəsmi statistikaya anneksiya olunmuş Krım və Donbas bölgələrindən döyüşə cəlb edilən şəxslər daxil edilməyib. Bu isə real mənzərənin daha da acınacaqlı olduğuna işarədir.

Hesabatda ən diqqətçəkən faktlardan biri də ABŞ vətəndaşı Maykl Qlossun Rusiya tərəfində döyüşərək öldüyüdür. O, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbər şəxslərindən birinin oğludur. Gloss 2023-cü ilin sentyabrında müqavilə imzalayıb və 2024-cü ilin aprelində döyüşdə həlak olub. Bu, ABŞ-Rusiya münasibətləri fonunda həm də kəşfiyyat və informasiya təhlükəsizliyi baxımından ciddi suallar doğuran hadisədir.

Hesabatda daha bir maraqlı iddia yer alıb: Cənubi Koreya kəşfiyyatının məlumatına əsasən, 600-ə yaxın Şimali Koreya vətəndaşı Rusiya tərəfində döyüşərkən öldürülüb. Lakin onların kimliyi hələ ki, dəqiqləşdirilməyib. Əgər bu fakt təsdiqlənsə, bu, Pxenyan və Moskva arasında hərbi əməkdaşlığın daha təhlükəli və dərin mərhələyə keçdiyini göstərəcək.

ABŞ dövlət katibi Marko Rubio isə iyulun 10-da Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşdən sonra bildirib ki, Rusiya Ukraynada 100 min nəfərini itirib, Ukraynanın da itkiləri böyükdür, lakin daha azdır. Bu rəqəmlər ABŞ və digər Qərb kəşfiyyatlarının açıqladığı rəqəmlərlə müqayisədə daha real görünür.

Hər iki tərəf – həm Rusiya, həm də Ukrayna – rəsmi olaraq insan itkilərinə dair statistik məlumatları nadir hallarda açıqlayır. Bu isə informasiya müharibəsinin bir hissəsi kimi dəyərləndirilir və real mənzərəni tam görməyə imkan vermir.

Rusiya rəhbərliyi müharibədə insan itkisinə qarşı artıq həssaslıq göstərmir və cəbhəni əcnəbi məhkumlarla doldurmağa üstünlük verir. Bu isə Kreml rejiminin "vətəndaşlıq qarşılığında ölüm" strategiyasını açıq şəkildə həyata keçirdiyini göstərir. Hesabatlar həm də göstərir ki, bu müharibə sadəcə iki ölkənin qarşıdurması deyil, geosiyasi maraqlar və insani faciələrin birləşdiyi mürəkkəb bir prosesdir.

Rasim Əliyev 

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 İyul 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri