Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

ABŞ NATO və BMT ilə münasibətləri soyudur? AÇIQLAMA

ABŞ NATO və BMT ilə münasibətləri soyudur? AÇIQLAMA

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinin və USAID-in 2026-cı maliyyə ili üçün birgə büdcəsini təxminən yarıya qədər azaltmağı planlaşdırır.

Sfera.az xəbər verir ki, bu təklif, ABŞ-nin BMT və NATO kimi beynəlxalq təşkilatlara ayırdığı vəsaitlərə də əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Təklif olunan büdcə planı, Dövlət Departamenti və USAID-in birgə büdcəsini 54,4 milyard dollardan 28,4 milyard dollara endirməyi nəzərdə tutur. Bu plan, ABŞ-nin BMT və NATO kimi beynəlxalq təşkilatlara ayırdığı vəsaitlərin əhəmiyyətli dərəcədə azaldılmasını da əhatə edir. Xüsusilə, BMT-nin sülhməramlı missiyaları və digər beynəlxalq proqramlar üçün ayrılan vəsaitlərin kəsilməsi planlaşdırılır.

Tramp administrasiyasının Dövlət Departamentinin büdcəsini azaltmaq planı ABŞ-nin beynəlxalq təşkilatlarla, xüsusilə BMT və NATO ilə münasibətlərinə hansı təsirləri göstərə bilər?

Bununla bağlı Sfera.az-a açıqlama verən deputat Hikmət Babaoğlu ABŞ dünyanın ən çox borclanan ölkələrindən biri olduğunu deyib.

Millət vəkilinin sözlərinə görə, hazırda ABŞ-nin müxtəlif maliyyə qurumlarına, kommersiya və digər banklara, xüsusilə də kredit təşkilatlarına olan borcu 34 trilyon dollardan çoxdur:

“ABŞ prezidenti iqtisadi təfəkkürə malik bir şəxs olduğu üçün bu məsələ ilə yaxından maraqlanır və bir neçə dəfə fərqli yollarla problemin həlli üçün təşəbbüslər göstərib. Bu, onun sahibkarlıq təfəkküründən irəli gəlir və əgər bu borc məsələsinin öhdəsindən gələ bilsə, Donald Tramp təkcə imza sahibi deyil, həm də ABŞ tarixində əhəmiyyətli bir siyasətçi kimi tanına bilər. Lakin bu, asan məsələ deyil. Qeyd etmək lazımdır ki, ABŞ büdcəsinin əsas hissəsini müxtəlif elmi qurumlar və beynəlxalq təşkilatlar təşkil edir. Buraya həm NATO, həm də Birləşmiş Millətlər Təşkilatının (BMT) müxtəlif strukturları daxildir”. 

H.Babaoğlu qeyd edib ki, NATO mövzusuna gəlincə, bu təşkilat birbaşa Avropanın təhlükəsizliyi ilə əlaqəlidir və bu məsələ də ABŞ üçün prioritet hesab olunur.

"Məlumdur ki, NATO-nun büdcəsinin uzun müddət 70%-dən çoxu ABŞ tərəfindən qarşılanıb. Lakin bu yükün də bir sərhədi var. Məhz buna görə də bu gün Avropada yeni təhlükəsizlik arxitekturasının qurulmasından danışılır. Avropalılar anlayırlar ki, təhlükəsizliklərinin 70%-i ABŞ tərəfindən təmin olunursa, bu, müəyyən asılılıq yaradır və onların müstəqilliyini şübhə altına alır. Lakin mənə elə gəlir ki, NATO və BMT ilə bağlı məsələ göründüyü qədər sadə deyil. Doğrudur, ABŞ, xüsusilə də Tramp dövründə, bu beynəlxalq və regional təşkilatlar haqqında bəzən sərt bəyanatlar verib. Amma ABŞ anlayır ki, bu qurumlar xüsusilə də BMT onun üçün mühüm alətlərdir”. 

Deputat ABŞ-nin bu təşkilatlardan bəzən öz dövlət strukturlarının bir qolu kimi istifadə etdiyini vurğulayıb. O bildirib ki, hazırda ABŞ-nin qlobal hegemoniyasını təmin edən əsas vasitələrdən biri NATO-dur:

“Bu, ABŞ-nin maraqlarına uyğun olmayan təşkilatlara qarşı təzyiq və cəza mexanizmi kimi çıxış edir. BMT və onun ixtisaslaşmış qurumları da ABŞ-nin iradəsinə qarşı çıxan ölkələrə təzyiq vasitəsi kimi istifadə oluna bilər. ABŞ bəzən öz məqsədlərinə çatmaq üçün bu qurumların adından çıxış edir və hədəflərini bu vasitə ilə həyata keçirməyə çalışır. Bütün bunları nəzərə alaraq demək olar ki, vəziyyət təqdim edildiyi qədər radikal deyil". 

Müsahibimizin sözlərinə əsasən, ABŞ nə BMT-dən, nə də NATO-dan birdən-birə imtina edəcək:

“Lakin bu münasibətlərin keyfiyyət baxımından dəyişməsi zəruridir. Bu, həm də qlobal ictimaiyyətin tələbatıdır. Heç kim istəmir ki, BMT yalnız ABŞ-dən asılı bir təşkilata çevrilsin. Əks halda, bu qurum Vaşinqtondan idarə olunan bir struktur kimi qəbul ediləcək. Eyni qaydada, əgər NATO da tamamilə ABŞ-ə bağlı bir qurum olarsa, o da sırf ABŞ mərkəzli siyasi təşkilata çevriləcək. Bu baxımdan, hazırkı proseslərə yeni dünya düzəninə doğru gedən bir tarazlaşdırma və yenilənmə mərhələsi kimi baxmaq lazımdır”.

Fidan Hacızadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sfera.az
archiveBu xəbər 15 Aprel 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri