Icma.az
close
up
RU
ABŞ ni ONLAR İDARƏ EDƏCƏK Trampın yeni komandasında kimlər var? + FOTOLAR AzPolitika onlayn siyasi ictimai qəzet

ABŞ ni ONLAR İDARƏ EDƏCƏK Trampın yeni komandasında kimlər var? + FOTOLAR AzPolitika onlayn siyasi ictimai qəzet

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Donald Tramp ABŞ-nin 47-ci prezidenti kimi səlahiyyətlərinin icrasına başlayıb. Trampın andiçmə mərasimindən əvvəl Konqresdə seçilmiş prezidentin hökumətdə əsas vəzifələrə təklif etdiyi namizədlərin təsdiqi üçün dinləmələr başlayıb. Senator artıq Marko Rubionu dövlət katibi postuna təsdiqləyib.

İlk prezidentlik dövründə, 2017-2021-ci illərdə Trampın administrasiyası rekord sayda kadr dəyişikliyi ilə xarakterizə olunurdu, hakimiyyətinin birinci ilində dövlət başçısının siyasəti ilə razılaşmadığı üçün məmurların üçdə biri dəyişdirilmişdi.

O, artıq yeni komandası üçün daha sadiq namizədlər irəli sürüb. Siyahıda televiziya jurnalistləri, milyarderlər, seçki kampaniyasında iştirak edənlər, konqresmenlər və qubernatorlar daxildir.

“AzPolitika" "modern.az"-a istinadən Trampın yeni komandasını təqdim edir.

Ceyms Devid Vens

ABŞ-nin yeni vitse-prezidenti cəmi 40 yaşındadır. O, bu vəzifəyə başlamazdan əvvəl Senatın üzvü olub. Vens 2016-cı ildə internetə sızan şəxsi yazışmalarında Trampı “Amerikalı Hitler” adlandırıb. Lakin 2022-ci ildə senator olduqdan sonra MAGA (Amerikanı Yenidən Böyük Et) hərəkatına qoşulub və Ukraynaya əlavə yardımın göstərilməsinin fəal əleyhdarlarından birinə çevirilib. O, Trampın qərarlarına təsir edən oğulları Erik və Donald ilə yaxınlaşıb.

Vens dörd il dəniz piyadalarında xidmət edib, o cümlədən İraqa müharibə müxbiri kimi fəaliyyər göstərib. Ohayo Dövlət Universitetində siyasi elm və fəlsəfə üzrə bakalavr dərəcəsinə yiyilənib. Yeil Universitetinin Hüquq fakültəsini bitirib.

Dövlət katibi: Marko Rubio

53 yaşlı Rubio Trampın komandasında dövlət katibi vəzifəsini tutacaq. O, andiçmədən sonra Senat tərəfindən təsdiqlənən ilk məmurdur. Keçmiş senator İran, Çin, Şimali Koreya və Rusiyaya qarşı sərt mövqeyi ilə diqqət çəkib. O, Donald Trampın ilk administrasiyasında Latın Amerikası üzrə baş müşaviri olub. İsrailin qatı dəstəkçilərindəndir.

Rubio Mayamidə Kubalı mühacir ailəsində anadan olub. Florida Universitetində siyasi elmlər üzrə bakalavr dərəcəsi və Hüquq Doktoru dərəcəsinə yiyələnib. 2010-cu ildə Floridadan senator olub və iki dəfə yenidən seçilib. O, 2015-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini açıqlasa da, sonradan Donald Trampın namizədliyini dəstəkləyib. 2024-cü ildə vitse-prezidentliyə namizədlər arasında adı hallanırdı.

Maliyyə naziri: Skont Bessent

Trampın sözlərinə görə, Bessent geosiyasət və iqtisadiyyat sahəsində aparıcı beynəlxalq investor və strateqlərdən biridir. O, seçki yarışı zamanı prezidentə iqtisadi siyasət məsələləri ilə bağlı məsləhətlər verib. Kampaniyasına 3 milyon dollar bağışlayıb.

"Key Square Capital Management" hedcinq fondunun təsisçisidir. Əvvəllər məşhur Demokrat Partiyasının donoru Corc Soros tərəfindən təsis edilən "Soros Fund Management"də işləyib. 1992-ci ildə Britaniya funtunu çökdürən “Qara çərşənbə”də iştirak edib.

Onun “3-3-3” proqramı büdcə kəsirini azaltmaq, ÜDM-in artımını sürətləndirmək və neft hasilatını artırmaq məqsədi daşıyır. Çin və Rusiyaya qarşı sərt siyasəti dəstəkləyir.

62 yaşlı siyasətçi geydir, Nyu-York şəhərinin keçmiş prokuroru Con Frimanla evlidir. Onların surroqat ananın köməyi ilə dünyaya gələn iki övladı Avropada təhsil alır.

Müdafiə naziri: Pit Heqset

44 yaşlı jurnalist Prinston Universitetini bitirib, daha sonra Milli Qvardiyaya qoşulub, İraq və Əfqanıstanda xidmət edib. Heqset üzərində irqçilərin istifadə etdiyi “Deus Vult” yazısı olan tatuya görə ordudan uzaqlaşdırılan 12 əsgərdən biri olub.

Heqset "Fox News"un siyasi şərhçisi kimi NATO müttəfiqlərini müdafiəyə kifayət qədər xərcləmədiyinə görə tənqid edib və İsraili dəstəkləyib. O, dəfələrlə bəyan edib ki, Çin “ABŞ-ı məğlub etmək üçün xüsusi hazırlanmış” ordu qurur. Amerikanın Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün pil xərcləməsini pisləyir.

Baş prokuror: Pam Bondi

59 yaşlı hüquqşünas Florida ştatının ilk qadın Baş prokuroru vəzifəsində çalışıb (2011-2019). Narkomaniyaya qarşı mübarizə çərçivəsində əsas istehsalçılar və distribyutorlara qarşı məhkəmə iddiası qaldırıb. O, LGBT hüquqlarının genişləndirilməsinə qarşı çıxması ilə də məşhurlaşıb.

Bondi Temple Terrace (Florida) merinin ailəsində anadan olub. Florida Universitetində cinayət ədaləti konsentrasiyası ilə bakalavr dərəcəsi və Stetson Universitetinin Hüquq Kollecində Hüquq Doktoru dərəcəsinə yiyilənib. O, 2019-cu ildə Donald Trampın ilk impiçmenti zamanı müdafiə komandasında əsas fiqurlardan biri olub.

Daxili işlər naziri: Douq Burqum

68 yaşlı siyasətçi bundan əvvəl Şimali Dakotanın qubernatoru vəzifəsində çalışıb. O, 2023-cü ildə prezident seçkilərində namizədliyini irəli sürüb,


 lakin dekabrın 4-də praymerizdə iştirakdan imtina etdiyini açıqlayıb. Burqum Ukraynanı dəstəkləyir, Çin və Rusiyanı ABŞ-ın əsas rəqibləri hesab edir. Siyasətçi Şimali Dakotada fermer ailəsində anadan olub, yerli universiteti, sonra isə Stanford Universitetinin Biznes Məktəbini bitirib.

Milli Kəşfiyyat İdarəsinin direktoru: Tulsi Qabbard

43 yaşlı Qabbard 2003-2020-ci illərdə Havay Ordusunun Milli Qvardiyasında xidmət edib. İraq müharibəsi veteranıdır və polkovnik-leytenant rütbəsinə malikdir.

2002-ci ildə Demokratlar Partiyasından Havay Nümayəndələr Palatasına seçilərək ABŞ ştatının qanunverici orqanında (23 yaş) ən gənc qadın olub. O, 20 ildən çox Demokrat Partiyasının tərəfdarı olub, 2022-ci ildə partiyanı tərk edib və Donald Trampa rəğbət bəsləməyə başlayıb. Özünü “terrorizmlə mübarizədə şahin” kimi təsvir edir, lakin müdaxilə siyasətinə qarşı çıxır.

Yaxın Şərqdə İsrailyönlü mövqe tutur və Ermənistanı dəstəkləyir. Dəfələrlə Kiyevə dəstəyi dayandırmağa çağırıb. Qabbard Myrotvorets saytında “Rusiya xüsusi xidmət orqanlarının agenti” kimi qeyd olunub.

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru: Con Ratkliff

59 yaşındadır. O, Notr Dam Universitetini (İndiana) və Dallasda (Texas) Cənubi Metodist Universitetini bitirib və bir müddər hüquqla məşğul olub.

Donald Trampın ilk prezidentliyi dövründə Milli Kəşfiyyatın direktoru vəzifəsində çalışıb. O, miqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarıdır və Çini ABŞ üçün Rusiyadan daha böyük təhlükə adlandırır.

"Medicare" və "Medicaid" Xidmətləri Mərkəzlərinin Administratoru: Mehmet Öz

Mehmet Öz türkcə səlis danışır və Amerikadan əlavə Türkiyə vətəndaşlığına malikdir. Anası Şapsuq (Adıgey) xalqının nümayəndəsidir.

 64 yaşlı Öz 1982-ci ildə Harvardda biologiya üzrə bakalavr dərəcəsinə yiyilənib və 1986-cı ildə tibb elmləri doktoru olub. 2001-2022-ci illərdə Kolumbiya Universitetinin professoru olub. Təcrübəli ürək cərrahıdır.

Senat tərəfindən təsdiqlənməsi gözlənilən digər məmurlar aşağıdakılardır:

Kənd təsərrüfatı naziri: Bruk Rollins

Ticarət naziri: Hovard Lutnik

Əmək naziri: Laurie Çavez-Derimer

Səhiyyə naziri: Robert Kennedi

Tikinti naziri: Skot Turner

Nəqliyyat naziri: Sin Daffi

Energetika naziri: Kris Rayt

Təhsil naziri: Linda Mekmahon

Veteranlarla işləri naziri: Duq Kollins

Daxili təhlükəsizlik katibi: Kristi Noem

FTB direktoru: Keş Patel

SEC (Qiymətli Kağızlar və Birja Komissiyası) sədri: Paul Atkins

BMT yanında daimi nümayəndə: Alis Stefanik

NATO-da daimi nümayəndə: Metyu Uitaker

Yaxın Şərq üzrə xüsusi nümayəndə: Stefan Uitkof

Yaxın Şərq üzrə baş məsləhətçi: Massad Boulos

Ukrayna üzrə xüsusi nümayəndə: Keyt Kelloq

İsraildəki səfir: Mayk Hakabi

Fransadakı səfir: Çarlz Kuşner

Satış nümayəndəsi: Ceymsin Qrir

Milli İqtisadiyyat Şurasının (NEC) direktoru: Kevin Hassett

İdarəetmə və Büdcə İdarəsinin (OMB) direktoru: Rasl Vout

CDC (Xəstəliklərə Nəzarət Mərkəzləri) direktoru: Deyv Ueldon

FDA (Qida və Dərman İdarəsi) Komissarı: Marti Macari

Ətraf Mühitin Mühafizəsi Agentliyinin inzibatçısı: Li Zeldin

Narkotiklərlə Mübarizə Agentliyinin (DEA) Administratoru: Çad Xronister

NASA direktoru: Cerad İsaakman.

Aşağıdakı məmurlar isə birbaşa Prezident tərəfində təyin edilir və Senatın təsdiqinə ehtiyac yoxdur:

Ağ Evin Aparat rəhbəri: Suzi Vils

Milli Təhlükəsizlik müşaviri: Mayk Uolz

Aparat rəhbərinin siyasi məsələlər üzrə müavini: Stiven Miller

Mətbuat katibi: Karolin Levit

"Sərhədlərin Kralı": Tomas Homan

Terrorla Mübarizə Baş Direktoru: Sebastyan Qorka

Daxili Siyasət Şurasının direktoru: Vins Haley

Hüquq məsləhətçisi: Bill McGinley

Kommunikasiya direktoru: Stiven Çanq

"Süni zəka və kripto çarı": David Saxs

DOGE (Hökumət Effektivliyi Departamenti) direktoru: Elon Musk

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Yanvar 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see138

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see130

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see124

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see116

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see114

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see114

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see113

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see113

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see112

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see112

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see111

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see111

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see110

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see109

Vaşinqtonda siyasi qalmaqal: Epşteyn işi respublikaçılar arasında parçalanmanı genişləndirir

17 İyul 2025 04:22see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri