ABŞ nin beynəlxalq təşkilatlardan çıxması çoxtərəfli diplomatiyanın tənəzzülüdür
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Donald Trampın ABŞ-nin 60-a yaxın beynəlxalq təşkilatda üzvlüyünü dayandırması ilə bağlı qərarı diqqətçəkicidir. Bu addım, ilk növbədə, ABŞ-nin əvvəlki administrasiyalar dövründən fərqli olaraq, müəyyən mənada Monro doktrinasına qayıtmaqla özünü qlobal proseslərdən qismən geri çəkmək cəhdi kimi qiymətləndirilə bilər".
Bu fikirləri politoloq Oqtay Qasımov Milli.Az-a açıqlamasında deyib.
O.Qasımovun sözlərinə görə, paralel olaraq, Vaşinqton bu qərarla BMT və onun alt qurumları, eləcə də digər beynəlxalq təşkilatlar qarşısında daşıdığı ciddi maliyyə öhdəliklərindən azad olmağa çalışır.
Politoloq bildirib ki, bu proses beynəlxalq sistemdə müşahidə olunan ümumi tənəzzülün göstəricisidir. Dediyinə görə, artıq uzun müddətdir beynəlxalq təşkilatlar real problemlərin həlli mexanizmi olmaqdan çıxaraq, daha çox böyük dövlətlərin təsir və təzyiq alətlərinə çevrilib ki, bu da cəmiyyətlərdə ciddi narahatlıq doğurur:
"ABŞ-nin beynəlxalq təşkilatlardan çıxmasının üç əsas səbəbi var. Birincisi, ABŞ-nin xarici siyasətində baş verən dəyişikliklərdir. İkincisi, bu qurumlara edilən böyük həcmli maliyyə ödənişlərindən yayınmaq istəyidir. Üçüncüsü isə həmin təşkilatların effektivliyini itirməsi və yeni dünya düzənində əvvəlki rolunu oynaya bilməməsidir".
O.Qasımov nəzərə çatdırıb ki, BMT faktiki olaraq Təhlükəsizlik Şurasının beş daimi üzvünün təsir mexanizminə çevrilib. Bu qurum həm dövlətlərarası rəqabət meydanı, həm də İkinci Dünya müharibəsindən sonrakı dövrdə formalaşmış geosiyasi qarşıdurmaların platforması kimi fəaliyyət göstərir. Nəticədə BMT bir çox qlobal problemin həllində real və effektiv addımlar ata bilməyib.
Politoloq buna misal olaraq Kəşmir, Güney Azərbaycan, Qarabağ, Fələstin məsələlərini, eləcə də Rusiya-Ukrayna müharibəsini göstərib. Onun fikrincə, xüsusilə Rusiya-Ukrayna müharibəsi zamanı BMT-nin proseslərdən faktiki olaraq kənarda qalması bu təşkilatın nə dərəcədə zəiflədiyini açıq şəkildə nümayiş etdirir.
ABŞ-nin Avropa Şurasının Venesiya Komissiyasından çıxmasına da toxunan Oqtay Qasımov bildirib ki, bu qərar ABŞ-nin ənənvi olaraq demokratiya, seçkilər və digər ölkələrin daxili işlərinə müdaxilə kimi mövzulardan uzaqlaşmaq cəhdidir. Onun sözlərinə görə, Venesiya Komissiyası bir çox hallarda Avropa Şurasının və böyük Qərb dövlətlərinin təsir aləti kimi çıxış edib və xüsusilə yeni müstəqillik qazanmış ölkələrə "Avropa standartları" adı altında yerli reallıqlar nəzərə alınmadan tövsiyələr verib.
Politoloq ATƏT-in Bakı ofisinin bağlanmasını da xatırladaraq bildirib ki, bu addım ATƏT ilə Azərbaycan arasında münasibətlərdən qaynaqlanırdı:
"ATƏT-in Bakı ofisi bir çox hallarda birtərəfli və dövlət siyasəti ilə uzlaşmayan mövqe sərgilədiyinə görə, Azərbaycan hələ illər əvvəl öz prinsipial mövqeyini ortaya qoymuş və müvafiq qərar qəbul etmişdi".
Beynəlxalq hüquq məsələsinə toxunan Oqtay Qasımov qeyd edib ki, Prezident İlham Əliyevin 5 yanvar yerli telekanallara müsahibəsində səsləndirdiyi fikirlər yeni deyil və dövlət başçısı bunu uzun illərdir ardıcıl şəkildə dilə gətirir:
"İlham Əliyev dəfələrlə beynəlxalq hüququn faktiki olaraq işləmədiyini, güc faktorunun ön plana çıxdığını və artıq "hüququn haqlı olduğu" deyil, "güclünün haqlı olduğu" bir dövrün formalaşdığını söyləyib. Son qlobal hadisələr də beynəlxalq münasibətlər sistemində məhz bu reallığın hökm sürdüyünü açıq şəkildə göstərir".
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 08 Yanvar 2026 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















