Icma.az
close
up
RU
“ABŞ nin ən əlverişsiz ticarət münasibətlərində olduğu ölkə Çindir” Ekspert rəqəmləri açıqladı

“ABŞ nin ən əlverişsiz ticarət münasibətlərində olduğu ölkə Çindir” Ekspert rəqəmləri açıqladı

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“ABŞ-nin ticarət tariflərinin əsas hədəfi olan 3 ölkə ilə ticarət dövriyyəsinin həcmi onun bütün ticarətinin 42%-ni təşkil edir”.

“AzPolitika” xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev Prezident D.Trampın Kanada, Meksika və Çinə qarşı başlatdığı ticarət müharibəsini şərh edərkən bildirib.

Xatırladaq ki, dünən Tramp kanadalı və meksikalı həmkarları ilə telefon danışığı apardıqdan sonra idxal tariflərin yüksəldilməsi qərarını 1 aylıq ertələdiyini açıqlayıb.

Rövşən Ağayev xatırladır ki, 2023-cü ilin yekunlarına görə, ABŞ-nin xarici ticarət dövriyyəsinin həcmi 5,2 trilyon dollar olub - ixrac 2 trilyon, idxal 3,2 trilyon dollar. Onun sözlərinə görə, qeyd olunan 3 ölkə üzrə idxalın həcmi belədir: Meksika 480 milyard, Çin 448 milyard, Kanada 431 milyard dollar: “Həmin ölkələrə ABŞ-nin ixracı belədir: Kanada 353 milyard, Meksika 323 miyard, Çin isə148 milyard dollar. Ticarət balansının kəsirinə gəldikdə, ən böyük defisit Çinlədir - təxminən 300 milyard dollar. ABŞ-nin Meksika ilə 157, Kanada ilə 78 milyard dollarlıq ticarət defisiti var. Ölkənin bütün ticarət kəsirinin 46%-i bu 3 ölkənin payına düşür. Əslində bu göstərici 3 ölkənin ABŞ-ın ümümi xarici ticarət dövriyyəsindəki payına (42%) proporsionaldır”.

İqtisadçı bildirir ki, ABŞ ticarət müharibəsi elan elədiyi 3 ölkə arasında ən əlverişsiz ticarət münasibətlərində olduğu ölkə Çindir. Onun sözlərinə görə, ABŞ-nin Çinə ixracının həcmi Kanada və Meksikaya ümumi ixracından 5 dəfə azdır.

“Amma Çindən idxalı ayrı-ayrılıqda bu 2 ölkədən idxalın həcminə yaxın məbləğdədir”, - o, qeyd edib.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Fevral 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri