ABŞ nin İranda quru əməliyyatı planı üzə çıxdı Tramp mane olub
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ ordusunun İranda zənginləşdirilmiş uranı ələ keçirmək məqsədilə quru əməliyyatı planlaşdırdığı, lakin Prezident Donald Trampın son anda bu plana mane olduğu bildirilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məsələ ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qərargahına gedərək, İrana quru qüvvələrinin göndərilməsini nəzərdə tutan planlarla tanış olub.
Mənbələrin bildirdiyinə görə, görüş təcili xarakter daşıyıb. Bu səbəbdən Den Keyn mayın 19-da Brüsseldə keçirilən NATO toplantısından vaxtından əvvəl ABŞ-yə qayıdıb.
Mənbələr qeyd ediblər ki, məsələnin bu qədər yüksək səviyyədə müzakirə olunması quru əməliyyatı variantının ciddi şəkildə nəzərdən keçirildiyini göstərir.
Məlumata görə, Keyn daha sonra plan barədə Prezident Donald Trampa məruzə edib. Tramp isə İranın sərt cavab verə biləcəyi, münaqişənin uzana biləcəyi və bunun qlobal iqtisadiyyatda yeni qeyri-sabitlik yarada biləcəyi barədə xəbərdarlıqlardan sonra əməliyyata razılıq verməyib.
Mənbələr həmçinin bildiriblər ki, ABŞ lideri mümkün hərbi itkilərlə bağlı narahatlığını da dilə gətirib.
CNN-in digər eksklüziv məlumatında isə bildirilir ki, İran ABŞ-nin uranı ələ keçirməyə cəhd göstərə biləcəyindən ehtiyatlanaraq, uran ehtiyatlarının saxlandığı anbarları möhürləyib və girişlərə minalar yerləşdirib.
CNN-ə danışan mənbələrin sözlərinə görə, İran həmin anbarlara aparan bəzi tunelləri də qəsdən partladıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 13 İyun 2026 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















