ABŞ nin İrandakı “Epik qəzəb”i: Trampın gizli narazılığı üzə çıxdı
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi kampaniyanın gözlənildiyindən daha uzun və mürəkkəb xarakter almasından narazıdır.
"AzPolitika" xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp fevralda başlayan hərbi əməliyyatların ilkin gözləntilərdən daha çətin və uzunmüddətli olmasından getdikcə daha çox narahatlıq keçirir.
Mənbələr bildiriblər ki, İranla müharibə Tramp və ABŞ-nin müdafiə naziri Pit Heqset arasında müəyyən fikir ayrılıqlarını da üzə çıxarıb. ABŞ liderinin açıq şəkildə Heqseti və keçirilən hərbi əməliyyatları dəfələrlə yüksək qiymətləndirməsinə baxmayaraq, qapalı görüşlərdə “Epik qəzəb” əməliyyatının gedişindən narazılığını ifadə etdiyi iddia olunur.
CBS yazır ki, Tramp administrasiyanın ilin əvvəlində İranın nüvə proqramını məhdudlaşdırmaqla bağlı təklifini qəbul etməməklə uzunmüddətli münaqişənin qarşısını almaq imkanını əldən verdiyini düşünür.
Mənbələrin sözlərinə görə, Heqset İrana qarşı daha sərt yanaşmanın tərəfdarı olub. ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn isə münaqişənin nəticələri ilə bağlı narahatlıq ifadə edib.
Bəzi Pentaqon və digər ABŞ qurumlarının əməkdaşlarının CENTCOM rəhbəri admiral Bred Kuperdən də narazı olduqları bildirilir. Onlar onun ABŞ ordusunun İrana qarşı imkanlarını şişirtdiyini hesab edirlər.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında tərəflər arasında atəşin dayandırılmasını nəzərdə tutan memorandum imzalansa da, iyulun 8-də ABŞ İranın Hörmüz boğazı ilə bağlı öhdəlikləri pozduğunu iddia edərək genişmiqyaslı zərbələri bərpa edib.(Teleqraf)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 16 İyul 2026 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















