Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

ABŞ nin İranın sərt tələblərinə dözməyinin səbəbi var ŞƏRH

ABŞ nin İranın sərt tələblərinə dözməyinin səbəbi var ŞƏRH

Icma.az bildirir, Sherg.az portalına istinadən.

“Əmin olun ki, hazırda Amerikada keçirilən Dünya Çempionatı olmasaydı və iyulun 4 də ölkənin müstəqilliyinin 250 illiyi yaxınlaşmasaydı, Tramp İranı çoxdan bombalamaq qərarı verərdi"

ABŞ və İran arasında iyunun 21-də İsveçrədə baş tutan görüşdə gərgin anlar yaşanıb. ABŞ Prezidenti Donald Trampın İranı bombalamaq təhdidlərinə etiraz edən Tehran nümayəndələri məkanı tərk ediblər. Tərəflər arasında müzakirələr, vasitəçilər yolu ilə davam edib.

Danışıqlarda iyunun 18-də imzalanan memorandumda əksini tapan bəndlərin icra mexanizmləri müzakirə edilib. İranın nüvə proqramına dair verilən qərar isə tam açıqlanmayıb. ABŞ-nin vitse-prezidenti Cey Di Vens, İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin müfəttişlərini ölkəyə dəvət etməyə razı olduğunu açıqlasa da, rəsmi Tehran onları nüvə obyektlərinə buraxmayacağını bildirib. Görüşün keçirildiyi vaxtda, İsrail ordusunun Livana hücumları davam etdirməsi, İran heyətini də təhdidkar danışmağa məcbur edib. Parlament sədri Məhəmmədbaqer Qalibaf, Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizəni dayandırmayacaqlarını açıqlayıb.

Mövzu ilə bağlı millət vəkili Sahib Alıyev Sherg.az-a bildirib ki, Trampın görüş gedən vaxt İrana qarşı sərt ritorika səsləndirməsi, beynəlxalq nizamın təməl prinsiplərinə ziddir: 

“Qarşı tərəfin vasitəçi ölkələrin yanında məkanı hörmətsizcə tərk etməsi də doğru hərəkət deyil. Görüş yerini tərk etmək sadəcə, xal qazanmağa hesablanmış addımdır. İran tərəfi ağır tələblərini ABŞ-yə diqtə etməklə özünü savaşdan qalib ölkə kimi çıxdığını göstərməyə çalışır. Mən belə olduğunu qətiyyən düşünmürəm. İranın istər hərbi baxımdan istərsə də, iqtisadi cəhətdən necə ağır vəziyyətə qoyulduğu hamıya gün kimi aydındır. Onların donanmaları və hərbi hava qüvvələri yox dərəcəsinə çatıb. Regionda yerləşən proksi qüvvələri də darmadağın edilib. Yaxın Şərqi qan gölünə çevirən, diplomatiya əvəzinə təhdid dilini seçən İranın qələbədən danışmağa haqqı yoxdur”. 

S.Alıyevin sözlərinə görə, ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var:

“Əmin olun ki, hazırda Amerikada keçirilən Dünya Çempionatı olmasaydı və iyulun 4 də ölkənin müstəqilliyinin 250 illiyi yaxınlaşmasaydı, Tramp İranı çoxdan bombalamaq qərarı verərdi. İran rəsmiləri mövcud vəziyyətdə, ABŞ-nin müharibəyə başlamayacağını bildiyi üçün fürsətdən faydalanmağa çalışır. Əslində, ağır şərtlərini diktə edən tərəf qarşı tərəfin infrastrukturunu alt-üst edən, donanmasını batıran və hərbi hava qüvvələrini tamamilə məhv edən tərəf olmalıdır. İran hərbi hədəflərin heç birinə nail olmadığı halda, həm daxili auditoriyaya, həm də beynəlxalq aləmə özünü qalib ölkə kimi sırımağa çalışır”. 

Millət vəkili qeyd edib ki, tarixdə heç bir müharibədə dövlət rəsmilərinin qısa müddət ərzində sıradan çıxarıldığı görülməyib:

“Bu hadisə belə İranın hərbi potensialının hansı səviyyədə olduğunu göstərir. Bir sıra politoloq və siyasi şərhçilər ən çox Trampın ziddiyyət təşkil edən fikirlərinə fokuslanırlar. Proseslərin çıxılmaz vəziyyətdə olmasını onun ziddiyyətli açıqlamalarına bağlayırlar. Heç kim də, İran rəsmilərinin açıqlamalarından danışmır. İranın vəzifəli nümayəndələrinin bəyanatları ilə əməlləri arasında uçurum qədər fərq var. Vaxtilə onlar ABŞ ilə heç bir danışıqlar aparmayacaqlarını, nüvə proqramı və Hürmüz boğazı məsələsində qətiyyən güzəştə getməyəcəklərini bəyan edirdilər. indiki mənzərə rəsmi Tehranın ideoloji ritorikası ilə addımları arasında kəskin təzad olduğunu ortaya qoyur”. 

S.Alıyev İran rəsmilərinin bəyanatlarına Trampın açıqlamalarından daha az etibar etdiyini bildirib: 

“Tehranın yüksək vəzifəli nümayəndələrinin sözü ilə əməli heç vaxt bir-birini tutmayıb. Uzağa getməyək. Onların daxili və xarici auditoriyaya hesablanmış bəyanatlarının necə saxta olduğunu görmək üçün təkcə Azərbaycana qarşı nümayiş etdirdikləri mövqeyə baxmaq yetərlidir”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 İyun 2026 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri