ABŞ nin müdafiə naziri İranı təhdid etdi “Husilərə verdiyiniz dəstək cəzasız qalmayacaq”
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin müdafiə naziri Pete Hegseth İranı təhdid edib.
525.az “Milliyet”ə istinadən xəbər verir ki, İranın Yəməndəki Husilərə verdiyi dəstəkdən narazılığını bildirən Hegseth “X” sosial şəbəkəsində “İrana mesaj” başlıqlı paylaşım edib.
“Husilərə verdiyiniz ölümcül dəstəyi görürük. Nə etdiyinizi çox yaxşı bilirik”, - deyə ABŞ-nin müdafiə naziri vurğulayıb.
İranın ABŞ ordusunun nələr edə biləcəyinə çox yaxşı bələd olduğunu vurğulayan Pete Hegseth Tehranın bu mövzuda daha öncə xəbərdar eildiyini xatırladıb:
“Husilərə verdiyiniz dəstək cəzasız qalmayacaq. Nəticələrinə bizim seçəcəyimiz zaman və yerdə qatlanacaqsınız”.
İbrahim Cəfərov

Pentaqon İranı hədələdi: Cəzasız qalmayacaq!
01 May 2025 12:49
ABŞ İranı TƏHDİD ETDİ
29 Mart 2025 01:10
Tramp İranı husilərə dəstəyi dərhal dayandırmağa çağırıb
19 Mart 2025 21:04
Pentaqon İranı husilərə dəstəyinə görə hədələdi FOTO
01 May 2025 13:26
ABŞ İranı təhdid edib
28 Mart 2025 23:09

