Icma.az
close
up
RU
Статья не опубликована
ABŞ nin NATO nun Avropa Komandanlığından çıxmağı düşündüyü iddia edilir

ABŞ nin NATO nun Avropa Komandanlığından çıxmağı düşündüyü iddia edilir

Icma.az, Aznews.az saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp administrasiyasının Müdafiə Nazirliyinin (Pentaqon) yenidən qurulması planları çərçivəsində 75 ilə yaxındır ABŞ generallarının rəhbərlik etdiyi NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) vəzifəsindən çəkilməyi düşündüyü iddia edilib.

"NBC News" -un məlumatına görə, SACEUR-un keçmiş komandanı Ceyms Stavridis və ABŞ-nin Avropa Komandanlığının (EUCOM) keçmiş komandanı Ben Hodcesin açıqlamalarına əsaslanaraq, Pentaqonda yeni restrukturizasiya planları müzakirə edilib.

Stavridis və Hodces, Trump administrasiyasının Pentaqonun ordu komandanlıqlarını və qərargahlarını yenidən qurmaq planlarının bir hissəsi olaraq SACEUR rolundan çəkilməyi nəzərdən keçirdiyini iddia ediblər.

2009-2013-cü illərdə SACEUR vəzifəsində çalışmış təqaüdçü admiral Stavridis, Tramp administrasiyasının belə bir addımının Avropada ABŞ-nin Alyansdan uzaqlaşdığına işarə kimi qiymətləndiriləcəyini vurğulayıb.

SACEUR mövqeyindən əl çəkərsə, Avropadakı müttəfiqlərin bu vəzifəni bir daha ABŞ-ə verməyəcəyini vurğulayan Stavridis, "NATO daxilində böyük nüfuzumuzu itirəcəyik. Bu, yəqin ki, Alyansdan tamamilə çıxmaq üçün ilk addım kimi qiymətləndiriləcək".

Stavridis və Hodces onu da qeyd ediblər ki, yenidən strukturlaşma planları arasında ABŞ-nin 11 komandanlığından 5-nin birləşməsi nəzərdən keçirilir.

Afrika Komandanlığı (AFRICOM) və Avropa Komandanlığının (EUCOM) birləşdirilə biləcəyini ifadə edən keçmiş komandirlər, belə geniş bir əraziyə tək komandirin nəzarət etməsinin SACEUR vəzifəsindən ayrılma səbəbi kimi göstəriləcəyini bildiriblər.

Hodces, bu birləşmə planlarının hərbi strategiyadan çox büdcənin azaldılması ilə bağlı olduğunu bildirib.

Bu addımla ABŞ-nin Avropadakı təsirinin azala biləcəyini təxmin edən Hodces, ölkəsinin İtaliya, Almaniya, Polşa və İspaniya kimi mühüm hava və dəniz bazalarına çıxış imkanını "bir qədər" itirə biləcəyini ifadə edib.

Pentaqon hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, SACEUR missiyası təxminən 75 ildir ki, ABŞ generallarına həvalə edilir.

Mövsüm

Aznews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 19 Mart 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see225

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see218

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see212

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see202

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see202

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see176

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see172

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see170

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see165

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see159

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see154

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see148

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see144

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see143

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see142

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see142

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see141

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see139

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri