Icma.az
close
up
RU
ABŞ nin sanksiyaları Rusiya iqtisadiyyatını çökdürəcək və Putini sülhə məcbur edəcək

ABŞ nin sanksiyaları Rusiya iqtisadiyyatını çökdürəcək və Putini sülhə məcbur edəcək

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Vaşinqtonun Rusiya neft sektoruna qarşı sanksiyaları ciddidir, lakin bu, iqtisadiyyatımıza əhəmiyyətli təsir göstərməyəcək." Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. O, ABŞ-nin “Rosneft” və “Lukoil”i hədəfə aldığını, lakin Rusiya neftinin əvəzolunmaz olduğunu bildirib. Putin həmçinin “Tomaqavk” raketlərinin Ukraynaya tədarükünün eskalasiyaya səbəb olacağı barədə xəbərdarlıq edib.

ABŞ-nin sanksiyalar siyasəti Rusiyanın iqtisadiyyatına deyil, daha çox siyasi mövqelərinə zərbə vurmaq məqsədi daşıyırmı?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirdi ki, ABŞ Prezidenti Donald Tramp Putinin hərəkətlərindən, səkkiz aydır aldadılmasından bezərək nəhayət Rusiyaya qarşı sanksiya tətbiq etməyə qərar verdi:

"Bu sanksiyalar Rusiyanın böyük neft şirkətləri olan “Rosneft” və “Lukoil” və onların törəmə şirkətlərinə qarşı yönəldilib. Hesab edirəm ki, Putin hər nə qədər bunun Rusiya iqtisadiyyatına ciddi təsir göstərməyəcəyini bildirsə də, əslində bu sanksiyalar çox böyük təsir göstərəcək. Onsuz da çöküşdə olan Rusiya iqtisadiyyatı bu qərarla daha da zəifləyəcək və nəticədə Rusiya məcbur olacaq ki, Ukrayna ilə sülh müqaviləsi imzalasın. İndiyə qədər Trampın göstərdiyi səylər nəticə vermədi. Rusiya müharibəni davam etdirdi, keçirilən görüşlər nəticəsiz qaldı, Budapeştdə nəzərdə tutulan görüş isə Tramp tərəfindən ləğv edildi. O, bunun ciddi nəticə verməyəcəyini bildirdi və görüşdən imtina etdi".

Müsahibimizin fikrincə, gələcəkdə Putin və Trampın yeni görüşlərinin olacağı istisna deyil, ancaq hazırda bu proses dayandırılıb.

"Trampın bu qərara gəlməsində Avropa liderlərinin, o cümlədən NATO-nun baş katibi Yens Stoltenberqin də təsiri olub. Onlar Trampa reallıqları çatdırdılar və o, nəhayət anladı ki, Putin Ukraynanın tam işğalında maraqlıdır və buna görə də müharibəni dayandırmır. Bu isə həm ABŞ-nin, həm də Avropanın maraqlarına ziddir. Buna görə də Tramp “Rosneft” və “Lukoil”ə qarşı sanksiyalar tətbiq etdi. Hesab edirəm ki, müəyyən müddət keçdikdən sonra Tramp Avropa ölkələrinə “Tomahawk” tipli qanadlı raketləri satacaq və həmin silahlar Ukraynaya veriləcək. Bu, Ukraynanın hərbi gücünü artıracaq və onun Rusiyanın dərinliklərində yerləşən hərbi obyektlərə zərbə vurmasına imkan yaradacaq. Beləliklə, vəziyyət getdikcə daha da gərginləşir, müharibə daha geniş miqyas alır. Bu prosesin davam etməsində maraqlı olan ölkələr, xüsusilə Avropa, Ukraynaya daha çox yardım göstərməyə çalışacaq. Çünki onlar anlayırlar ki, Ukraynanın məğlubiyyəti həm Avropanın, həm də NATO-nun məğlubiyyəti deməkdir və növbəti hədəf Avropa ölkələri ola bilər. Ona görə də bu sanksiyalar həm Rusiyanın iqtisadiyyatına ciddi zərbədir, həm də onun siyasi mövqelərini zəiflətməyə, nəticə etibarilə Rusiyanı sülh müqaviləsi bağlamağa məcbur etməyə yönəlmiş bir siyasətdir", - deyə Elşad Həsənov vurğuladı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Oktyabr 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri