Icma.az
close
up
RU
ABŞ nin xüsusi nümayəndəsi Uitkoffun atəşkəs planı açıqlandı 13 bənddən ibarətdir

ABŞ nin xüsusi nümayəndəsi Uitkoffun atəşkəs planı açıqlandı 13 bənddən ibarətdir

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun İsrail və HƏMAS arasında atəşkəsə dair irəli sürdüyü 13 bəndlik planın təfərrüatı məlum olub.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Times of Israel" nəşri xəbər verib.

Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahunun da razılıq verdiyi bu plan tərəflər arasında 60 günlük atəşkəs və girov-məhbus mübadiləsini nəzərdə tutur.

Planın əsas məqamları aşağıdakılardır:

- 60 günlük atəşkəs rejimi tətbiq olunur. ABŞ Prezidenti Donald Tramp atəşkəsin İsrail tərəfindən yerinə yetirilməsinə şəxsi zəmanət verir;

- Atəşkəsin 1-ci və 7-ci günlərində HƏMAS 14 nəfərdən ibarət iki qrup şəklində 28 israilli girovu (18-i həlak olmuş şəxslərin cəsədləri olmaqla) azad edir;

- Qarşılığında İsrail 125 ömürlük həbs cəzası almış fələstinli məhbusu, 2023-cü il 7 oktyabrdan sonra həbs edilmiş 1111 Qəzza sakinini və 180 meyiti HƏMAS-a təhvil verir;

- 10-cu gün HƏMAS qalan girovlar barədə tibbi arayış və ya ölüm faktını təsdiqləyən məlumat təqdim edir. Əvəzində İsrail də həbs edilən fələstinlilər və Qəzzada həlak olmuş şəxslərin sayına dair rəsmi informasiya təqdim edir;

- İsrail Qəzza zolağında hücumları dayandırır və hava məkanından istifadəni gündəlik 10 saat, girov-məhbus mübadiləsi günlərində isə 12 saat məhdudlaşdırır;

- Girovların azad edilməsinin ardınca İsrail Müdafiə Qüvvələri əvvəlcə şimal, sonra isə cənub bölgələrindən çıxarılır. Bu proses sonrakı texniki danışıqlar nəticəsində müəyyən ediləcək dəqiq sərhədlərlə yekunlaşacaq;

- Qəzzaya təcili humanitar yardımın göndərilməsi planlaşdırılır;

- Atəşkəsin ilk günündən başlayaraq daimi sülh sazişi üzrə danışıqlara start veriləcək. Əgər bu danışıqlar 60 gün ərzində başa çatmazsa, tərəflərin razılığı ilə atəşkəs müddəti uzadıla bilər;

- HƏMAS, yekun razılaşma əsasında İsrailin təqdim etdiyi siyahıya əsasən, "58 nəfərlik siyahı" üzrə son girovları da azad edəcək;

- Danışıqlara ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkoff sədrlik edəcək;

- Atəşkəsin zəmanətçiləri ABŞ, Misir və Qətərdir;

- ABŞ Prezidenti Donald Tramp razılaşmanın əldə olunduğunu şəxsən elan edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 May 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri