Icma.az
close
up
RU
Menu

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

ABŞ nin Yaşma sı Prezidenti 2 saata devirən xüsusi təyinatlılar kimdir?

ABŞ nin Yaşma sı Prezidenti 2 saata devirən xüsusi təyinatlılar kimdir?

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

2026-cı il bütün dünyanı heyrətləndirən hadisə - Venesuela lideri Nikolas Maduronun qısa zamanda saxlanılaraq ABŞ-a aparılması ilə başladı. Belə ki, yanvarın 3-də ABŞ lideri Donald Tramp Venesuela Prezidenti Maduro və həyat yoldaşının tutularaq ölkədən çıxarıldığını və bir sıra ağır cinayətlərdə ittiham olunaraq məhkəmə qarşısında mühakimə ediləcəyini söylədi. 

Əməliyyatla bağlı diqqətçəkən əsas nüanslardan biri də onun qısa müddətdə effektiv nəticə verməsi olub. Maduronun saxlanılması Pentaqonun elit xüsusi təyinatlıları sayılan “Delta Force” tərəfindən 2 saat ərzində icra olunub. “Delta Force” bundan əvvəl də bir sıra ölkələrdə əməliyyatlar keçirib və dövlət rəhbərlərini saxlaya bilib.

Yaxşı, “Delta Force”u xüsusi edən nədir? Onun indiyə kimi daha hansı əməliyyatları olub? Doğrudan da, “Delta Force”nin bütün əməliyyatları uğurlu olub?

Modern.az bütün bu nüanslarla bağlı apardığı araşdırmanı təqdim edir:

“Delta Force” nə vaxt və niyə yaradılıb?

"Delta Force" 19 noyabr 1977-ci ildə ABŞ ordusunun tərkibində yaradılıb. “Delta Force”un yaradılmasının əsas səbəbi 1970-ci illərdə dünyada artan beynəlxalq terrorizm və ABŞ-ın bu tip böhranlara qarşı “xüsusi”, “çevik” və “yüksək peşəkar” bir qüvvəyə ehtiyac duyması idi.

Xüsusilə də 1972-ci il Münhen Olimpiadasında israilli idmançıların terrorçular tərəfindən öldürülməsi, eləcə də Avropada fəaliyyət göstərən britaniyalı SAS kimi elit xüsusi təyinatlıların uğurlu əməliyyatları ABŞ rəhbərliyinə göstərdi ki, terrora qarşı mübarizə üçün klassik ordu bölmələri yetərli deyil.

Delta Force aşağıdakı tapşırıqlar üçün formalaşdırılıb:

-girovların azad edilməsi

-terrorçulara qarşı birbaşa əməliyyatlar

-yüksək dəyərli hədəflərin (HVT) zərərsizləşdirilməsi

-gizli və yüksək riskli xüsusi missiyalar

Birliyin yaradılmasına polkovnik Çarli Bekvit (Charles Beckwith) rəhbərlik edib və struktur əsasən Britaniyanın SAS modelinə əsaslanıb.

“Delta Force”nin keçirdiyi əməliyyatlar

“Delta Force” gündəlik hərbi tapşırıqlar üçün deyil, nəticəsi strateji və siyasi səviyyədə təsir doğuran xüsusi əməliyyatlar üçün nəzərdə tutulub. Bu səbəbdən “Delta Force”un tarixində həm yüksək səviyyəli uğurlar, həm də ciddi nəticələrə yol açan uğursuzluqlar mövcuddur.

Uğurlu əməliyyatlar

“Delta Force”un uğurlu missiyaları əsasən dəqiqlik, sürət və məhdud zaman pəncərəsində qərarvermə qabiliyyəti ilə xarakterizə olunur.

1989-cu ildə həyata keçirilən xüsusi əməliyyat bu baxımdan klassik nümunə hesab olunur. Panama əməliyyatları çərçivəsində icra edilən bu missiyanın əsas məqsədi ABŞ-a qarşı çıxışları ilə tanınan Manuel Norieqa rejimi fonunda girov götürülmüş amerikalı Kurt Muse-nin azad edilməsi idi. “Delta Force” və Navy SEAL bölmələrinin koordinasiyalı fəaliyyəti nəticəsində Muse təhlükəsiz şəkildə xilas edildi. Əməliyyat şəhər mühitində sürətli planlama və icra baxımından uğurlu model kimi qiymətləndirilir.

1991-ci ildə Körfəz müharibəsi zamanı “Delta Force”un rolu birbaşa döyüşdən çox, strateji kəşfiyyat və yüksək riskli sahələrdə fəaliyyətlə bağlı idi. Birlik İraq ərazisində “Skad” raketlərinin yerinin müəyyənləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə həyata keçirilən gizli missiyalarda iştirak etdi. Bu əməliyyatlar koalisiya qüvvələrinin hava üstünlüyünün qorunmasında mühüm rol oynadı.

1993-cü ildə Somalinin Moqadişu şəhərində də "Delta Force" mühüm əməliyyat keçirdi. “Delta Force”un əsas vəzifəsi yerli silahlı qrupların liderlərini ələ keçirmək idi. Əməliyyat gözlənildiyindən daha ağır qarşıdurmaya çevrilsə də, “Delta Force”un döyüş şəraitindəki intizamı və şəxsi heyətin bir-birini qoruma instinkti xüsusi əməliyyat tarixində nümunə kimi yadda qaldı. Bu hadisə taktiki baxımdan çətinliklərlə müşayiət olunsa da, xüsusi təyinatlı birliklərin şəhər mühitində davranışına dair doktrinal dəyişikliklərə səbəb oldu.

2001-ci ildən sonra “Terrora qarşı müharibə” dövründə “Delta Force” Əfqanıstan və İraqda “Əl-Qaidə” və Taliban strukturlarına qarşı çoxsaylı gizli missiyalarda iştirak etdi. Bu əməliyyatların böyük hissəsi hələ də açıqlanmasa da, birliyin yüksək dəyərli hədəflərin izlənməsi və zərərsizləşdirilməsi sahəsində əsas icraçı qüvvələrdən biri olduğu məlumdur.

2019-cu ildə həyata keçirilən "Barişuya Reyd" isə “Delta Force”un müasir dövrdəki imkanlarını göstərən ən diqqətçəkən əməliyyatlardan biri sayılır. İŞİD lideri Əbu Bəkr əl-Bağdadiyə qarşı keçirilən bu missiyada “Delta Force” helikopterlərlə gizli şəkildə əməliyyat bölgəsinə daxil oldu. Əməliyyat zamanı əl-Bağdadi özünü partlatmaqla həyatına son qoydu. 

Və təbii ki, yanvarın 3-də Venesuela Prezidentinə qarşı keçirilən əməliyyat "Delta Force" üçün uğurlu olub.  Heç bir gün çəkməyən əməliyyat nəticəsində Venesuela lideri Nikolas Maduro ABŞ-yə aparıldı.

Uğursuzluqlar və məhdudiyyətlər

“Delta Force”un fəaliyyəti yalnız uğurlarla ölçülmür. Əksinə, onun tarixindəki uğursuzluqlar ABŞ xüsusi əməliyyat sisteminin yenidən qurulmasında həlledici rol oynayıb.

1980-ci ildə baş tutan "Qartal Caynağı" “Delta Force” tarixində ən ciddi uğursuzluq kimi qiymətləndirilir. İranda ABŞ səfirliyində saxlanılan 52 amerikalının azad edilməsi məqsədilə planlaşdırılan bu əməliyyat texniki nasazlıqlar, zəif koordinasiya və mürəkkəb komanda strukturu səbəbindən yarımçıq qaldı. Nəticədə 8 amerikalı hərbçi həlak oldu. Bu fiasko ABŞ ordusunda yeni komanda strukturlarının yaradılmasına birbaşa təsir göstərdi.

Moqadişu əməliyyatı da taktiki baxımdan problemlər ortaya çıxardı. İki helikopterin vurulması və gözlənilməz şəhər döyüşü ssenarisi “Delta Force”un peşəkarlığı ilə yanaşı, yüksək riskli əməliyyatların nə qədər dəyişkən və nəzarətdən çıxan xarakter daşıya biləcəyini göstərdi.

Hazırkı fəaliyyət sahələri

Bu gün “Delta Force”un fəaliyyəti əsasən aşağıdakı istiqamətlərdə cəmlənir:

-terrorçuluq əleyhinə yüksək riskli əməliyyatları

-girov xilasetmə missiyaları

-düşmən dövlət və ekstremist liderlərin izlənməsi və neytrallaşdırılması

-strateji kəşfiyyat və məxfi hərbi fəaliyyətlər

“Delta Force”un əməliyyat tarixi göstərir ki, bu hərbi strukturun uğurları da, uğursuzluqları da "Delta Force"-un ABŞ təhlükəsizlik strategiyasında mühüm rol oynadığını göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Yanvar 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see358

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see357

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see345

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see273

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see242

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see242

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see231

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see226

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see224

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see218

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see192

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see189

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see176

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see175

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see170

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see169

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see166

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see162

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see161

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri