BMT hələ də Baş katib seçə bilmir
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
BMT-nin Baş katibi Antonio Quterreşin səlahiyyət müddətinin başa çatmasına həftələr qalsa da, onun varisinin müəyyənləşdirilməsi ilə bağlı hələlik razılıq əldə olunmayıb.
Turkustan.az xəbər verir ki, səkkiz namizədin mübarizə apardığı seçki prosesində fikir ayrılıqları davam edir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin varisinin seçilməsi prosesi 25 noyabr 2025-ci ildə başlasa da, hələlik konsensus əldə edilməyib. Quterreşin səlahiyyət müddəti dekabrın 31-də başa çatır. Bu isə BMT-nin 2027-ci ilə yeni baş katib olmadan daxil olması ehtimalını artırır.
BMT Təhlükəsizlik Şurası 2016-cı il oktyabrın 13-də Quterreşin namizədliyi ilə bağlı razılığa gəlmişdi. Lakin bu dəfə, noyabrın ortalarına olan məlumata görə, ortaq namizəd barədə qərar qəbul edilməyib.
Səkkiz namizəd arasında Kosta Rikalı diplomat Rebeka Qrinspan əsas namizədlərdən biri hesab olunur. Lakin ABŞ və Rusiyanın mümkün veto mövqeləri seçki prosesində irəliləyişə mane olur.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 17 Noyabr 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















