ABŞ ordusu növbəti ali baş komandanın əmrlərini həyata keçirməyə hazırdır Pentaqon AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Pentaqon seçilmiş prezident Donald Trampın yeni administrasiyasına nizamlı keçidi təmin etməyə və bütün qanuni əmrləri yerinə yetirməyə hazırdır, lakin ordu siyasətdən uzaq olacaq.
APA xəbər verir ki, bu sözlər ABŞ-ın müdafiə naziri Lloyd Ostinin hərbçilərə göndərdiyi məktubda əks olunur.
“ABŞ ordusu həmişə olduğu kimi növbəti ali baş komandanın siyasi prioritetlərini həyata keçirməyə və mülki komandanlıq zəncirinin bütün qanuni əmrlərinə əməl etməyə hazır olacaq.”, - deyə məktubda bildirilir.
Məktubda həmçinin ABŞ ordusunun siyasi arenadan kənarda qalmağa davam edəcəyi, ölkəni prinsipial və peşəkarlıqla qoruyacağı, müttəfiqləri və tərəfdaşları ilə birgə hərəkət edəcəyi vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 08 Noyabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















