Icma.az
close
up
RU
Ekspert: Səmərəli istifadə yönündən mikromobillik daha effektivdir

Ekspert: Səmərəli istifadə yönündən mikromobillik daha effektivdir

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Millət vəkili Hikmət Babaoğlu istifadəsiz velosiped zolaqlarının yolların hərəkət hissəsini daraltdığını bildirib. Mlli Məclisdə çıxışı zamanı deputat bu məsələyə toxunaraq deyib ki, yol nişanlarının çəkilməsi və yeni velosiped yollarının salınması nəticəsində yolun hərəkət hissəsi daralır:“Buna ehtiyac varmı? Belə işlər yalnız lazım olan yerlərdə aparılmalıdır. Gəlin yoxlayaq, bu yollardan neçə nəfər istifadə edir. Əgər üç gün ərzində belə yoldan yalnız bir velosiped keçirsə, yol niyə daraldılır?”

Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, mikromobillik şəhər üçün yenilikdir və zolaqlar şəbəkəsi formalaşır və bunun da birmənalı qarşılanmaması, yəni müqavimətin olması gözləniləndir: 

- Çünki son 20 ildə əsasən avtomobil yönümlü qərarlar verilmişdir. Amma bu da fəsadlara - daha çox avtomobilləşmə və daha uzunmüddətli tıxaclara gətirib çıxardı. Ona görə də hazrıda insanyönümlü şəhərlər, yəni insan mərkəzli şəhərlərə keçid baş verir və bu keçid də mərhələlərlə icra olunan layihələrlə müşahidə olunur. İlkin hiss olunan ayrılmış avtobus və mikromobillik zolaqlarıdır. Zolaqlar şəbəkələşdikcə istifadəçi sayı artacaq. Artacaq deyirik, amma bu gün artıb artıq. Yəni skuter sürənlərin də sayı artıb, elektrik velospedlərdən və adi velospedlərdən istifadə edənlərin də. Bəli, müəyyən hava şəraitində digər nəqliyyat vasitələrində olduğu kimi say azala bilər. Bu da havaya bağlı məsələdir. Amma ümumi olaraq müxtəlif hərəkət vasitələrindən istifadə edənlərin sayı artıb və bir çoxları bu alternativ növü seçir. Bu yeni mikromobillik vasitələri, onların zolaq şəbəkəsinin birinci mərhələ üzrə əlaqələndirilməsi daha sürətli olmalıdır, yəni kəsintisiz olmalıdır. Vətəndaşın, deyək ki, şəhərin şərqindən qərbinə mərkəzi keçməklə və digər hissələrə rahat getmək imkanı olmalıdır. Yəni, nə qədər kəsintisiz olarsa, zəbt olunmaların qarşısı nə qədər sərt alınarsa, bir o qədər istifadəçilər etibar edər və istifadəçi sayı çoxalar. Ümumi olaraq tendensiya, düşünürəm ki yaxşıya doğrudur, yəni proqres var. Mən razı deyiləm ki, velosipedlər üçün ayrılmış zolaqlardan istifadə edən yoxdur. Ola bilər hansısa saatda bu zolaqlardan istifadə edən az olub və ya istifadə edənlər görünməyib, bu o demək deyil ki, ümumiyyətlə istifadə edən yoxdur. Yəni, bu proses mərhələ ilə artımla nəticələnəcək. Zatən hansı şərait yaradılırsa, ona meyl artır. 20 il bundan qabaq heç bu qədər avtomobil də yox idi. Avtomobillərin rahat hərəkəti üçün şərait yarandıqca, meyl daha da artdı. Amma mikromobilliklə avtomobili müqayisə etsək, avtomobilin tutduğu sahə və mikromobilliyin tutduğu sahə eyni deyil. Eyni zolaqdan daha səmərəli istifadə yönündən də baxsaq, mikromobillik daha effektivdir. Həm hərələt etdiyi zolaq eni, həm saxlama, parking məsələsi ilə. Bu tək Azərbaycanın seçdiyi bir yol deyil. Şəhərlərini mobillik prinsipləri əsasında, yenidən transformasiya edənlərin hamısı bu yolu keçir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Yanvar 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri