Icma.az
close
up
RU
Xalq şairi Mirvarid Dilbazinin vəfatının 25 illiyi ilə əlaqədar silsilə tədbirlər təşkil olunacaq

Xalq şairi Mirvarid Dilbazinin vəfatının 25 illiyi ilə əlaqədar silsilə tədbirlər təşkil olunacaq

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin İdarə Heyətinin 2025-ci ilin yekunları və 2026-cı ilin tədbirlər planının hazırlanması ilə bağlı iclası keçirilib.

İctimai Birlikdən SİA-ya bildirilib ki, iclasda 2025-ci il ərzində görülmüş işlər, həyata keçirilmiş çoxsaylı ədəbi-mədəni layihələr, poeziya gecələri, anım tədbirləri və görüşlər barədə ətraflı məlumat verib, Mirvarid Dilbazi irsinin təbliği, gənclərin ədəbiyyata cəlb olunması, milli-mənəvi dəyərlərin qorunması istiqamətində əldə edilən nəticələrin yüksək dəyərləndirildiyini bildirib.

Daha sonra İdarə Heyətinin üzvləri Vüsal Sehranoğlu, Taleh Əliyev, şəhid Zaur İsmayılzadənin anası Sevil Hüseynova, Fəxrəddin Mahmudov, Vaqif Osmanlı, Turan İbrahimov, Tərlan Musayeva, Aybəniz Camalova, Tərxanım Müseyibqızı, Lalə İsmayıl, Birliyant Atəş, Səyalı Dadaşova, Azadə Quliyeva, Qulu İsmayılov, Gülnarə Məmmədova və Polad Ağa İbrahimov çıxış edərək Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin yarandığı gündən bu günədək keçdiyi yolun məhsuldar olduğunu, şəhidlərin anılması, ahıllar evinin ziyarət olunması, milli-mənəvi dəyərlərimizin həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda təbliğinin cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıblar. Qeyd edilib ki, dövlət tərəfindən milli-mənəvi dəyərlərə göstərilən diqqət Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin fəaliyyətində də öz əksini tapır və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Vəli Məmmədov adına Mədəniyyət evində “Mirvarid Dilbazi Poeziya Məclisi” dərnəyinin yaradılması, bu dərnəyə Güllü Eldar Tomarlının rəhbər təyin edilməsi bunun bariz nümunəsidir.

İclasda 2026-cı il üçün yeni yaradılmış dərnəyin illik fəaliyyət və tədbirlər proqramının hazırlanması, şəhidlərin yad olunması və qazilərlə görüşlərin davam etdirilməsi, 2026-cı ildə Xalq şairi Mirvarid Dilbazinin vəfatının 25 illiyi ilə əlaqədar silsilə tədbirlərin təşkili, şəhid Vəli Məmmədovun xatirə gecəsinin keçirilməsi və digər mədəni-ictimai layihələrin reallaşdırılması qərara alınıb, həmçinin Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin Gənclər şöbəsinə rejissor, bəstəkar Polad Ağa İbrahimovun təyin edildiyi elan olunub.

İclas yekununda vurğulanıb ki, qarşıdakı dövrdə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi öz fəaliyyətini daha da genişləndirərək milli ədəbiyyatımızın, poeziyamızın və mənəvi dəyərlərimizin təbliğini ardıcıl şəkildə davam etdirəcək, yeni layihələr və təşəbbüslərlə ədəbi-mədəni mühitə töhfələr verməyi prioritet kimi müəyyənləşdirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Yanvar 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri