ABŞ ordusu Sakit okeanda üzən gəmini vurdu İki nəfər öldürüldü
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
ABŞ ordusunun Sakit okeanın şərqində narkotik qaçaqmalçılarına məxsus olduğu iddia edilən bir gəmiyə hücumu nəticəsində iki nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ ordusunun Cənub Komandanlığı açıqlama yayıb.
Məlumata görə, gəmi Birləşmiş Ştatlarda terrorçu kimi tanınan təşkilatlar tərəfindən idarə olunub.
Xəbərdə bildirilir ki, hücum əməliyyatı zamanı iki nəfər həlak olub, bir nəfər sağ qalıb.
CNN xəbər yayıb ki, Ağ Ev hələ də ölənlərin narkotik qaçaqmalçılığı ilə əlaqəli olmasını sübut edən dəlilləri ictimaiyyətə açıqlamayıb.
Baxış sayı:91
Bu xəbər 10 Fevral 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















