ABŞ Pakistanı hərbi xərclərə kifayət qədər nəzarət etməməkdə qınayıb
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Dövlət Departamenti Pakistanı müdafiə və kəşfiyyat büdcələrinə parlament nəzarətinin yetərli olmamasına görə tənqid edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Dövlət Departamentinin 2026-cı il Maliyyə Şəffaflığı Hesabatında deyilir:
"Pakistanın müdafiə və kəşfiyyat büdcələri kifayət qədər parlament və ya vətəndaş cəmiyyəti nəzarəti olmadan qalır. Pakistan hakimiyyət orqanlarının iyun ayında 2026-2027 maliyyə ili üçün büdcə layihəsinin açıqlanmasında gecikmələri müdafiə və kəşfiyyat xərclərinin yoxlanılması üçün vaxtı məhdudlaşdırdı.
Dövlət Departamenti Pakistanı müdafiə məsələlərində şəffaflığı artırmağa və hərbi və kəşfiyyat büdcələrinə parlament nəzarətini təmin etməyə çağırıb.
Pakistanın 2026-2027 maliyyə ili üçün müdafiə büdcəsi ilk dəfə rekord həddə - 3 trilyon rupiyə (təxminən 10,8 milyard dollar) çatıb. Bu, 2025-ci illə müqayisədə 17,65% artım deməkdir və müdafiə xərcləri ümumi büdcə xərclərinin təxminən 16%-ni təşkil edir.
Süleyman
Bu mövzuda digər xəbərlər:ABŞ Hindistanla Pakistanı barışdırmaq istəyir
10 May 2025 12:01
ABŞ Pakistanı Qəzzaya hərbi kontingent göndərməyə təzyiq edir
17 Dekabr 2025 12:09
Malayziya Pakistanı DƏSTƏKLƏDİ
04 May 2025 11:27
Modi Pakistanı hədələdi
23 May 2025 02:07
“Taliban” Pakistanı hədələdi
15 Sentyabr 2026 00:00
Baxış sayı:147
Bu xəbər 12 Avqust 2026 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















