Icma.az
close
up
RU
ABŞ pilotları İrandan necə çıxarıldılar?

ABŞ pilotları İrandan necə çıxarıldılar?

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Kubra Məhərrəmova yazır...

ABŞ pilotlarının İrandan təxliyəsi iki gündür dünya mətbuatının və sosial şəbəkələrin əsas mövzusudur.

İran tərəfdarları deyirlər ki, bu, ABŞ-nin növbəti uydurmasıdır. Heç kim İranın hava sərhədini pozub özünü evin yiyəsi kimi apara bilməz.

ABŞ Prezidenti Donald Tramp isə "Truth Social" sosial şəbəkəsində İran üzərində vurulmuş F-15 qırıcısının amerikalı pilotu, zabitin xilas edilməsi əməliyyatının təfərrüatı barədə yazaraq maraqlı detala toxunub: "Biz gündüz vaxtı, İran səmasında yeddi saat keçirməklə pilotu xilas etdik, bu da qeyri-adidir".

Yəni ki, İranın hava məkanına düz yeddi saat ABŞ nəzarət edib.

Qeyd edim ki, İranda ölkə üzrə internet bağlı olduğu üçün ortaya atılan informasiya yalnız rəsmi Tehranın razılıq verdiyi məlumatlardır. Ona görə də məlumatın İran tərəfindən dəqiqləşdirilməsi mümkün deyil. Amma bir anlıq düşünsək ki, pilotlar SEPAH-ın əsirliyindədir, o zaman bu barədə minlərlə video təqdim olunardı, elə rəsmi qaynaqlardan. Bunlar olmadığı üçün, ehtimal edə bilərik ki, ABŞ tərəfi doğru məlumat yayımlayır.

Keçək bu əməliyyatın mahiyyətinə.

Hər iki pilotun sağ-salamat ABŞ-yə çatdırılması, xilasetmə əməliyyatı üçün bu qədər vəsait, risk, xüsusi təyinatlı döyüşçülərin göndərilməsi ilk baxışdan mənasız görünə bilər. Lakin unutmayaq ki, ABŞ-nin bu cür əməliyyatlara getməsi təsadüfi deyil. Bu uzun illər formalaşmış hərbi və ictimai doktrinanın nəticəsidir. Üstəgəl ABŞ üçün imic və nüfuz məsələsidir. Onu da qeyd edim ki, bu qəbildən olan əməliyyat ABŞ üçün ilk deyil. Bu məsələyə qayıdacağam.

Gəlin, mahiyyətə varaq: ABŞ niyə öz pilotlarının əsirliyə düşməsini istəmir?

1955-1975-ci illərdə 20 il davam edən ABŞ Vyetnam müharibəsi dövründə ABŞ hərbçilərinin əsir düşməsi, itkin sayılması və geri döndükdən sonra yaşadıqları psixoloji sarsıntıları həm rəsmi Vaşinqton üçün, həm də Amerika cəmiyyəti üçün olduqca həssas məsələdir.

Əsir düşən amerikalı hərbçilərin böyük hissəsi Şimali Vyetnamın paytaxtı Hanoyda yerləşən məşhur Hoa Lo həbsxanasında saxlanılırdı. ABŞ pilotları bura zarafatla "Hanoi Hilton" deyirdilər. Bu zarafatın arxasında isə dözülməz əsirlik həyatı, fiziki və psixoloji işgəncələr, aclıq, tibbi yardımın olmaması və daimi təzyiq dururdu. Vyetnamlılar ABŞ pilotlarına işgəncə verərək, onlardan tez-tez müharibə əleyhinə bəyanatlar vermələrini tələb edirdilər. Vyetnamda amerikalı əsirlər üçün heç bir beynəlxalq hüquq və müdafiə tanınmırdı. Əsl cəngəllik qanunları hökm sürürdü. Kim güclü idisə, o da sağ qalırdı.

Vyetnam müharibəsi ABŞ cəmiyyəti və hakimiyyəti üçün çox vacib dərs oldu. Nə olursa, olsun, Amerika hərbçisi əsir düşüb, düşmən ərazidə qala bilməz.

1973-cü ildə ABŞ "Operation Homecoming" yəni "Geri Qayıdış" əməliyyatını həyata keçirir. Paris Sülh Sazişindən sonra bir neçə həftə ərzində 591 amerikalı hərbi əsir ABŞ-yə qaytarılır. Onların əksəriyyəti uzun illər (6-8 il) əsirlikdə, işgəncə altında qalan hərbçilər idi. Qayıdanların bir çoxu ölü, ya da itkin sayılırdı.

Əsirlikdən qayıdanların keşməkeşli həyatı bununla da bitmir, yəni "happy end" baş vermir.

Vyetnam əsirliyindən geri dönən ABŞ hərbçilərinin çoxu ağır psixoloji problemlərlə üzləşir. Bu gün "post-travmatik stress pozuntusu" (PTSD) kimi tanınan vəziyyət o dövrdə ciddiyə alınmadığı üçün bir çox veteran cəmiyyətə uyğunlaşa bilmir və əsirlikdə yaşanan travmalar çoxunu intihara gətirir. Bu faktı yada salmağımın səbəbi odur ki, ABŞ cəmiyyəti və hökuməti bu məsələdə çox həssasdır.

İrandan iki Amerika pilotunun təxliyəsindən sonra Doland Trampın "ABŞ ordusu öz tarixində ən cəsarətli axtarış və xilasetmə əməliyyatlarından birini həyata keçirib", deməsi heç də şişirdilmiş deyil. Buna oxşar əməliyyat 1999-cu ildə də keçirilib.

1999-cu il martın 27-də Yuqoslaviya üzərində baş verən hadisə müasir hərb tarixdə dönüş nöqtələrindən biri hesab olunur. Həmin gün NATO-nun hava əməliyyatları çərçivəsində ABŞ-yə məxsus, uzun illər "radara görünməz" hesab edilən təyyarə F-117 "Nighthawk", Serbiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulur.

Təyyarənin pilotu, leytenant-polkovnik Deyl Zelko katapult edərək Serbiya qüvvələrinin nəzarət etdiyi zonaya düşür. O, dərhal əlaqə siqnalları göndərsə də, yerini gizli saxlamaq üçün maksimum ehtiyatla hərəkət edir. Məlumata görə, serb qüvvələri onun olduğu əraziyə olduqca yaxınlaşıb və əsir düşməsi an məsələsi olub. Bu nümunədə biz eyniylə İran ərazisinə düşən iki Amerika pilotunun hekayəsini görürük. Paralellər olduqca çoxdur.

Pilotun xilas edilməsi üçün qısa müddət ərzində genişmiqyaslı əməliyyat hazırlanır. Saatlar içində havaya bir neçə tip döyüş və dəstək təyyarələri qaldırılır, helikopterlər bölgəyə yönləndirilir və hava məkanına tam nəzarət təmin olunur. Əməliyyatda A-10 hücum təyyarələri, F-15 və F-16 qırıcıları, radioelektron mübarizə vasitələri və xüsusi təyinatlı xilasetmə helikopterləri iştirak edir.

Təxminən 6-8 saat sonra Zelko təhlükəsiz şəkildə ərazidən çıxarılır. Bu qədər qısa müddətdə və düşmən ərazisinin dərinliyində həyata keçirilən əməliyyat həm texniki, həm də koordinasiya baxımından yüksəksəviyyəli hesab olunur.

Yəni 1999-cu ildə, Yuqaslaviyada zərgər dəqiqliyi ilə həyata keçirilən əməliyyat İranda təkrar edilib. İrandakı əməliyyatın maraqlı tərəfi, həm də odur ki, İran öz hava məkanına fevralın 28-dən bu günə kimi nəzarət edə bilmir. İsrail, Amerika qırıcıları, helikopterləri səmada azad uçuşlar edir.

Bu gün İran hava məkanını əsasən Rusiyanın S-300 və yerli "Bavar-373" sistemləri ilə qoruyur. Texnologiya səviyyə və real döyüş təcrübə baxımından İran hələ də qabaqcıl orduların sistemləri ilə rəqabət apara bilmir. Üstəgəl hazırda İran hakimiyyətində baş verən xaos, hərbi elitaya da təsir edir.

İki pilotun SEPAH-ın burnunun altından təxliyə edilib çıxarılması da İran üçün tərs sillədir. Sadəcə maraqlıdır, görəsən İran xalqının bu məsələdən xəbəri var, yoxsa SEPAH daxili auditoriya üçün hələ də iki Amerika pilotlarını axtarır? Bu barədə televiziyalara süjetlər verir? Yadıma Azərbaycanın İrandakı Səfirliyinə hücum edən terrorçunun "arvadını axtarmağı" düşdü.

Neçə gündür aparılan axtarış əməliyyatından sonra rəsmi Tehran İran xalqına nə deyəcək? Pilotları cinlər apardı? Yoxsa "Əbəlfəz" nağılının yeni bölümünü ortaya atacaqlar?

İranın hakimiyyət dairələri İran xalqına nağıl danışdığı zaman ABŞ bu cür təxliyə əməliyyatları keçirərək həm hərbi, həm də psixoloji və siyasi mesaj verdi. Qısa və dəqiq bildirdi ki, Amerika əsgəri harada olursa olsun, o tərk edilməyəcək. Ölkə də, hərbi də, dövlət də onun yanındadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Aprel 2026 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see967

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see427

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see381

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see290

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see274

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see262

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see220

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see219

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see213

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see212

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see209

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see205

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see192

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see189

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see188

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see182

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see160

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri