“Şamaxı” “Qəbələ” ilə oyunda uğursuz seriyaya son qoymağa çalışacaq
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Premyer Liqasının 13-cü turunda “Şamaxı” futbol komandası doğma meydanda “Qəbələ”ni qəbul edəcək.
İdman.Biz xəbər verir ki, noyabrın 29-da Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşma saat 14:30-da başlayacaq.
Görüşün baş hakimi Rəşad Əhmədov olacaq. Ona Eyyub İbrahimov və Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ruslan Quliyev yerinə yetirəcək. VAR hakimi Cavid Cəlilov, AVAR hakimi isə Kərim Zeynalov olacaq.
Hakim-inspektor Anar Salmanov, AFFA nümayəndəsi isə Asif Əliyevdir.
İndiyədək ölkə çempionatında 63 dəfə üz-üzə gələn komandaların qarşılaşmalarında “Şamaxı” 20, “Qəbələ” isə 21 qələbə qazanıb. 22 görüş heç-heçə ilə yekunlaşıb. Top fərqində isə şamaxılıların üstünlüyü var - 76:71.
“Qəbələ” rəqibi ilə son üç qarşılaşmada xal qazanıb. “Şamaxı” isə bölgə təmsilçisi ilə son beş ev görüşündə qələbəyə həsrət qalıb.
Komandalar arasında ilk qarşılaşma 2006-cı il avqustun 5-də keçirilib. Həmin vaxt “Gilan” və “İnter” adları altında çıxış edən komandaların görüşündə qol vurulmayıb.
Qeyd edək ki, cari mövsümün ilk dövrəsində avqustun 29-da Qəbələdə keçirilən qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 29 Noyabr 2026 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















