Icma.az
close
up
RU
“ABŞ Prezidentinə məsələni çox uzatmaq sərf etmir”

“ABŞ Prezidentinə məsələni çox uzatmaq sərf etmir”

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

“ABŞ Prezidenti Donald Tramp danışıqların getməsi ilə bağlı müəyyən bəyanatlar verir. Amma İran tərəfdən təkzibedici mövqeləri görürük, bəyanatlar eşidirik. Hazırkı vəziyyətdə bir sıra ölkələr vasitəçilik etmək istəyir. Pakistanda da bir tədbir keçirildi. Pakistan, Çin, Misir və Türkiyə arasında görüş keçirildi”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev söyləyib.

Deputat qeyd edib ki, Pakistanın, o cümlədən Çinin vasitəçilik missiyaları barədə də müəyyən xəbərlər gəzir: “Mümkün deyil ki, arxa planda bu məsələlər müzakirə olunmasın. Amma İran tərəfi bunu qəti təkzib edir. Burada da müəyyən variantlar verilir ki, əgər razılaşma mümkündürsə, necə ola bilər? Analitiklərin verdiyi məlumat ondan ibarətdir ki, indiki halda hələlik sülh müqaviləsinin olmasını gözləmək tezdir. Ola bilsin atəşkəslə bağlı müəyyən razılıq əldə olunsun. Bu da ehtimallardan biridir. Problem həll olunmayıb. Ona görə də istər atəşkəsin olması, istər ümumi razılığın olması hələlik həlli mümkün variant kimi görünmür. Çünki İran tərəfi açıq-aşkar nüvə proqramını davam etdirəcəyini bildirib. ABŞ-nin isə əsas tələblərindən biri odur ki, İran nüvə proqramından imtina etsin. Ballistik raketlərin istehsalı ilə bağlı İran öz mövqeyində qalır. Bununla bağlı ABŞ-nin fərqli, İranın fərqli mövqeyi var”.

E.Musayevin sözlərinə görə, eyni zamanda, Hörmüz boğazı faktiki bağlıdır, bununla bağlı da ABŞ və İranın mövqeyi fərqlidir: “Həmçinin İran ABŞ-dən sanksiyaları dayandırmağı tələb edir. Bu məsələlərdə tərəflərin mövqeyi bir-birindən çox uzaqdır. Hesab edirəm ki, hələlik iri güclərin, xüsusən Çinin məsələyə qarışması ilə müəyyən qədər fərqli yöndən məsələlərə yanaşma olar. ABŞ-də qarşıda seçkilər gözlənilir. Nümayəndələr Palatası seçilməlidir və Senatın üçdə biri seçilməlidir. Ona görə də ABŞ Prezidentinə bu məsələni çox uzatmaq sərf etmir. Amma onu da nəzər alaq ki, ABŞ-nin qarşısına qoyduğu bir məqsəd var, ona çatmaq istəyir. Eləcə də ABŞ super güc kimi istəyini reallaşdırmaq, bu bölgədə neftə nəzarət etmək, ümumiyyətlə, dünya neftinin 50-55 faizinə nəzarət etmək istəyir, eyni zamanda, İranı zəifləmiş, özündən asılı vəziyyətə salmış görmək istəyir. Ona görə də hələlik bu qısa müddətdə sülh müqaviləsinin imzalanacağına ümidlər azalır, indiki halda isə ümumiyyətlə görünmür”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 Aprel 2026 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see334

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see225

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see224

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see220

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see213

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see210

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see204

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see195

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see194

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see190

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see190

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see185

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see171

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see168

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see167

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see163

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see160

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see159

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri