Icma.az
close
up
RU
ABŞ Qafqazın yenidən dizayn edilməsində israrlıdır: Ağ Ev Rusiyanın Türk İttifaqı ilə əvəzlənməsini dəstəkləyir

ABŞ Qafqazın yenidən dizayn edilməsində israrlıdır: Ağ Ev Rusiyanın Türk İttifaqı ilə əvəzlənməsini dəstəkləyir

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Ona görə də, “Bir millət, iki dövlət” prinsipinin artıq regional konsepsiya deyil, məhz geopolitik sistemə çevrildiyi qətiyyən şübhə doğurmur, Azərbaycan-Türkiyə İttifaqı Cənubi Qafqazın gələcək təhlükəsizlik modelinə çevrilir... Belə anlaşılır ki, Cənubi Qafqazın geopolitik xəritəsi indi sadəcə, dəyişməklə qalmayıb, həm də ABŞ və Qərbin fəal dəstəyi ilə Ankara-Bakı tandeminin geopolitik maraqlarına uyğun şəkildə yenidən qurulur...

Ölkə.Az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Azərbaycan-Türkiyə İttifaqı Cənubi Qafqazın yeni geopolitik arxitekturasını yenidən qurmağa başlayıb. Belə ki, bu regionda son vaxtlar müşahidə olunan siyasi-diplomatik aktivlik Cənubi Qafqazın gələcək geopolitik arxitekturasının əsas konturlarını getdikcə, daha aydın şəkildə göstərir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bir millət, iki dövlət” prinsipi ilə bağlı son mesajları, Azərbaycana birmənalı dəstək açıqlamaları Ankara-Bakı xəttinin artıq yalnız hərbi-siyasi ittifaq deyil, həm də regionun geostrateji nizamlayıcı siyasi iradə mərkəzinə çevrildiyini göstərir.

Üstəlik, bu proses, avqustun 8-də Vaşinqtonda imzalanmış Azərbaycan-ABŞ-Ermənistan üçtərəfli razılaşmasına, Bakı-Ankara hərbi-siyasi koordinasiyasının dərinləşməsinə, eyni zamanda, Türkiyə-Ermənistan normallaşmasında yeni mərhələyə paralel olaraq, inkişaf edir. Və Cənubi Qafqaz tədricən yalnız Qərb-Rusiya rəqabətinin deyil, həm də Azərbaycan-Türkiyə tandeminin dövlətləşdirilmiş geostrateji xəttinin də “regional laboratoriya”sına çevrilir.

Onu da qeyd etmək lazımdır ki, prezident Rəcəb Tayyib Ərdoğanın 44 günlük savaşın beşinci ildönümündə səsləndirdiyi “sabitlik, təhlükəsizlik və inkişaf üçün Azərbaycanın yanındayıq” mesajı sadəcə, dostluq jesti deyil. Bu, həm də Türkiyənin Cənubi Qafqazdakı geostrateji hədəflərinin açıq şəkildə ifadə olunmasıdır. Türk İttifaqının regional hədəflərində Şuşa Bəyannaməsi ilə müəyyən edilmiş təhlükəsizlik ortaqlığından qaynaqlanan güc balansı, Türkiyənin Cənubi Qafqazda istənilən geropolitik prosesi, eləcə də, Ermənistanla normallaşmanı Azərbaycanla razılaşdırması, Zəngəzur dəhlizi, Transxəzər və TRIPP tipli yeni geoiqtisadi layihələrin rəsmi Ankaranın regionda dayanıqlı mövcudluğuna uyğunlaşdırılması üzərində qurulub. Və bu model Rusiya ilə tarazlıq vəziyyətini ciddi şəkildə dəyişir, yəni, Kreml artıq Cənubi Qafqazda “təhlükəsizlik təminatçısı” statusunu faktiki olaraq itirir, əvəzində isə Türk İttifaqı ön plana çıxır.

Məsələ ondadır ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın son “Cənubi Qafqazda sülh və sabitlik istiqamətində bütün səylərdə biz Azərbaycanla birlikdə hərəkət edirik” məzmunlu açıqlaması Cənubi Qafqazda mövcud situasiyanı təsəvvür etmək imkanları açır. Yəni, bu, o deməkdir ki, Ankara-İrəvan danışıqlarında Bakı veto hüququna malikdir, Ermənistanla sərhədləri isə Türkiyə yalnız Azərbaycanın maraqlarına uyğun şəkildə açacaq. Belə anlaşılır ki, Cənubi Qafqazda “sabitlik paketi”nin baş memarı məhz Bakı-Ankara tandemi olacaq, bu geopolitik ittifaq ABŞ və Qərb tərəfindən də dəstəklənir. Və Türkiyə Ermənistanla münasibətləri normallaşdırsa belə, bunun geopolitik çərçivəsini Azərbaycan-Türkiyə geostrateji xətti müəyyənləşdirəcək.

Maraqlıdır ki, Ermənistan rəsmilərinin “sərhədlərin açılacağına nikbinlikləri”, Ankara ilə “konstruktiv dialoq”dan danışmaları da onu göstərir ki, Paşinyan hakimiyyəti regionda artıq dəyişən balansı dərk edir. Rusiya artıq Ermənistan üçün təhlükəsizlik zəmanətçisi və əsas siyasi-diplomatik himayədar rolunu itirir. ABŞ-Türkiyə-Azərbaycan xətti rəsmi İrəvan üçün indi artıq tamamilə yeni geopolitik mexanizmlər təqdim edir. Ona görə də, Ermənistan hazırda geopolitik blokadadan çıxmaq üçün prinsipial seçim etmək məcburiyyətindədir. Və münasibətlərin normallaşdırılma prosesi artıq yalnız Türkiyə-Ermənistan məsələsi deyil, Azərbaycan-Türkiyə geostrateji arxitekturasının tərkib hissəsi sayılır.

Digər tərəfdən, Cənubi Qafqazda ABŞ-ın artan geostrateji rolu Azərbaycan-Türkiyə İttifaqının həm lokal, həm də qlobal səviyyədə əhəmiyyətini artırır. ABŞ bu regionda postsovet təhlükəsizlik modelinin yenidən dizayn olunmasını istəyir və əsas regional tərəfdaşlar kimi də məhz Azərbaycan və Türkiyəni qəbul edir. Azərbaycanın enerji resursları, eləcə də, Türkiyə üzərindən keçəcək yeni geoiqtisadi marşrutlar Qərbin geostrateji maraqlarına tamamilə cavab verir. Ankara-Bakı xəttinin güclənməsi İranın Cənubi Qafqaz siyasətində manevr imkanlarını da daraldır. Və ona görə də, ABŞ üçün Azərbaycan-Türkiyə tandemi regionda həm geopolitik, həm də təhlükəsizlik baxımından, əvəzolunmaz hərbi-siyasi iradə mərkəzi sayılır.

Onu da qeyd etmək lazımdır ki, Kremlin vaxtaşırı Cənubi Qafqazdakı geopolitik prosesləri tənqid etməsi, bəzi hallardasa, açıq şəkildə əndişəli şəkildə şikayətlənməsi onun təsir imkanlarının azaldığının dolayısı etirafıdır. Çünki Rusiya artıq bu bölgədə itirdiyi mövqelərini ənənəvi “sülhməramlı”, “tənzimləyici” və ya “regional güc” bəhanələri ilə bərpa etmək şansından uzaqdır. Çünki Rusiyanın Cənubi Qafqazda təsir mexanizmlərinin sıradan çıxarılmasına paralel olaraq, Azərbaycan-Türkiyə İttifaqı regionda həm geopolitik, həm siyasi-diplomatik, həm də infrastruktur xarakterli qərarverici iradə mərkəzi mövqeyini daha da gücləndirir.

Ona görə də, “Bir millət, iki dövlət” prinsipinin artıq regional konsepsiya deyil, məhz geopolitik sistemə çevrildiyi qətiyyən şübhə doğurmur. Azərbaycan-Türkiyə İttifaqı Cənubi Qafqazın gələcək təhlükəsizlik sistemi üçün əsas dayağa çevrilir. Belə anlaşılır ki, Cənubi Qafqazın geopolitik xəritəsi indi sadəcə, dəyişməklə qalmayıb, həm də Ankara-Bakı tandeminin geopolitik maraqlarına uyğun şəkildə yenidən qurulur. Və bu regionda uzunmüddətli sabitliyin, eləcə də iqtisadi inkişaf perspektivlərinin yeni modelini müəyyən edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Noyabr 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri