Icma.az
close
up
RU
ABŞ rəsmisi: Bakı Dialoqu su problemlərinə cavab vermək üçün konkret addımlar təqdim edə bilər

ABŞ rəsmisi: Bakı Dialoqu su problemlərinə cavab vermək üçün konkret addımlar təqdim edə bilər

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycanın sədrliyi ilə su məsələlərinin siyasi gündəmdə yüksək səviyyədə saxlanması və bu dialoqun təşəbbüs kimi irəli sürülməsi istiqamətindəki səyləri yüksək qiymətləndirir.

“Report” xəbər verir ki, bunu ABŞ-ın daxili işlər nazirinin müavini vəzifəsini icra edən Lora Deniel-Devis COP29 çərçivəsində keçirilən “İqlim, təbiət və insanlar üçün suyun həyat xəttini qeyd edirik” adlı tədbirdə bildirib.

O, su ilə bağlı prioritetlərin müəyyən edilməsinə yönəlmiş bütün hökumət səylərini və ikitərəfli təşəbbüsləri dəstəkləyən mühüm sənədlərin mövcudluğunu vurğulayıb: “Bu sənədlər arasında 2014-cü ildə Konqresin tələb etdiyi, 2017-ci ildə qəbul edilən və 2022-ci ildə Biden-Harris administrasiyası tərəfindən yenilənən Qlobal Su Strategiyası, eləcə də 2022-ci ildə təqdim edilmiş Qlobal Su Təhlükəsizliyi üzrə Ağ Ev Fəaliyyət Planı xüsusi əhəmiyyət kəsb edir”.

2023-cü il BMT Su Konfransına toxunan ABŞ rəsmisi, bu tədbirin su problemlərinin həlli üçün mühüm dönüş nöqtəsi olduğunu bildirib: “40 ildən sonra ilk dəfə dünya miqyasında su problemləri və onların həlli yolları geniş şəkildə müzakirə edildi. ABŞ Azərbaycanın sədrliyi ilə bu prosesin davam etdirilməsini, su məsələlərinin siyasi gündəmdə yüksək səviyyədə saxlanmasını və bu dialoqun təşəbbüs kimi irəli sürülməsini yüksək qiymətləndirir”.

L. Deniel-Devis Bakı Su Dialoqunun əhəmiyyətini də xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu platforma yalnız texniki həll yollarının tapılması üçün deyil, həm də su məsələlərinə yüksək səviyyədə diqqətin saxlanılması üçün mühüm rol oynayır.

“Qarşıdan gələn BMT Su Konfransı çərçivəsində, həmsədrlər Birləşmiş Ərəb Əmirlikləri və Seneqalın rəhbərliyi ilə Bakı Su Dialoqu su problemlərinə cavab vermək üçün daha yaxşı hazırlıq və konkret addımlar təqdim edə bilər”, - deyə o qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://report.az
archiveBu xəbər 21 Noyabr 2024 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri