ABŞ Rusiyanın və Çinin kosmosdakı fəaliyyətinə dair məlumatları müttəfiqləri ilə bölüşüb
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
ABŞ, Rusiya və Çin tərəfindən kosmosda həyata keçirilən əməliyyatlarla bağlı əldə etdiyi kəşfiyyat məlumatlarını "Beş Göz" alyansına daxil olan müttəfiq ölkələrə təqdim edib.
APA xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, 2025-ci ilin aprel ayına qədər ABŞ-ın orbital hərbi əməliyyatlar üzrə ixtisaslaşmış bölməsi olan Space Delta 9-un fəaliyyəti yalnız yüksək səviyyəli, məxfi məlumatlara çıxışı olan ABŞ rəsmilərinə təqdim olunurdu.
Lakin son həftələrdə ABŞ həmin məlumatları "Beş Göz" alyansına daxil olan ölkələrlə – Avstraliya, Yeni Zelandiya, Böyük Britaniya və Kanada ilə bölüşməyə başlayıb. Məqsəd, kosmosda artan təhlükələr fonunda bu ölkələr arasında əməkdaşlığı gücləndirmək və qarşılıqlı dəstək imkanlarını artırmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 02 May 2025 07:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















