Icma.az
close
up
RU
ABŞ sanksiyaları nəticə verdi Rusiya “Arctic LNG 2” zavodunda hasilatı dayandırdı

ABŞ sanksiyaları nəticə verdi Rusiya “Arctic LNG 2” zavodunda hasilatı dayandırdı

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-nin tətbiq etdiyi sanksiyalar Rusiyanın enerji sektorunda ciddi fəsadlar törətməyə başlayıb.

"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, "Novatek" şirkətinin əsas pay sahibi olduğu “Arctic LNG 2” mayeləşdirilmiş təbii qaz zavodu, tanker çatışmazlığı səbəbilə ilk istehsal xəttini müvəqqəti olaraq bağlamaq məcburiyyətində qalıb.

Məlumata görə, illik 19.8 milyon ton LNG istehsal gücünə malik olan layihədə ABŞ sanksiyaları nəticəsində ARC7 sinifli buzqıran LNG gəmilərinin tədarükü dayandırılıb. Yeni tanker təmin edilə bilmədiyi üçün mayeləşdirilmiş qaz daşına bilməyib və bu da istehsalın müvəqqəti olaraq dayandırılmasına gətirib çıxarıb.

Eyni zamanda ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi sərt neft sanksiyaları Çin limanlarında da böyük maneələr yaradıb. Kpler məlumatlarına əsasən, Rusiyadan çıxan üç böyük neft tankeri — Huihai Pacific, Mermar və Olia — Şandun sahillərində gözləməyə məcbur qalıb. Bu gəmilərdə daşınan ümumi neft həcmi 2 milyon barreldən çoxdur. Lakin sanksiyalar altında olan bu tankerə Çin limanlarında yük boşaltmağa icazə verilməyib.

Vaşinqton administrasiyası yeni sanksiyalar paketi çərçivəsində təxminən 160 tankeri və bir çox enerji ticarəti şirkətini ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) vasitəsilə hədəfə alıb. Liman rəhbərliklərinə və terminal operatorlarına bu sanksiyaya məruz qalan gəmilərə xidmət göstərməmələri barədə birbaşa göstəriş verilib. Bu gedişatlar nəticəsində neft bazarlarında qiymətlər 80 dollar/barrel həddini keçərək artım nümayiş etdirib.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 May 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri