Icma.az
close
up
RU
ABŞ səfiri: “Tbilisinin məktubu “təhqiramiz” idi

ABŞ səfiri: “Tbilisinin məktubu “təhqiramiz” idi

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, səfir xanımın sözlərinə görə, ABŞ prezidentinin administrasiyasına ünvanlanan bu “təhdidedici və təhqiredici” məktub Vaşinqtonda “son dərəcə pis” reaksiya doğurub.
“Hakim “Gürcü arzusu” rəhbərliyi mənə Tramp administrasiyasına çatdrımaq üçün məktub göndərib. Bu, ictimai deyil, şəxsi məktubdur. Açığı, bu, təhqiramiz, qeyri-ciddi və hədələyici idi. Məktub mənim 2025-ci ilin əvvəlində yeni Amerika administrasiyasının nümayəndələri ilə görüşlərdən sonra Gürcüstan hakimiyyətinə çatdırdığım tövsiyələrə cavab idi”, - Robin Danniqan vurğulayıb.
ABŞ səfiri sözügedən tövsiyələri martın 14-də Gürcüstanın Xarici İşlər naziri Maka Boçorişvili ilə danışıqlarda səsləndirib.
“Novosti-Qruziya” portalı bildirir ki, tərəflər həmin görüşün nəticələrini fərqli şəkildə şərh ediblər. Gürcüstanın Xarici İşlər nazirliyi “konstruktiv dialoq” haqqında məlumat verib və ABŞ ilə strateji tərəfdaşlığı dərinləşdirməyə hazır olduğunu vurğulayıb. ABŞ səfirliyi isə əksinə, Vaşinqtonun Tbilisidən münasibətlərin yaxşılaşdırılmasına hazır olduğunu nümayiş etdirəcək real konkret addımlar atacağını gözlədiyini açıqlayıb.
Daha sonra Robin Danniqan deyib ki, baş nazir İrakli Kobaxidze prezident Trampa açıq məktub dərc edib. ABŞ-nin Dövlət katibi Marko Rubio isə səfirə ABŞ-nin ciddi maliyyə sanksiyaları altında olan “Gürcü Arzusu”nun təsisçisi Bidzina İvanişviliyə rəsmi cavab verməyi tapşırıb. Lakin milyarder ABŞ səfiri ilə görüşmək istəməyib.
İvanişvili imtinasını onunla izah edib ki, Qərbin təzyiqləri fonunda dövlət gündəmini müzakirə etmək şəxsi maraqları qorumaq cəhdi kimi görünür. Bunu “şantaj” forması adlandıran milyarder belə bir görüşün “kompleks yaradacağını” vurğulayıb. Çünki, o, siyasətçi kimi deyil, fərdi şəxs kimi çıxış edir.
Artıq Gürcüstanda “axsaq ördəyə” çevrilmiş amerikalı diplomatın fikrincə, ABŞ ilə münasibətləri bərpa etmək üçün Gürcüstandan ifrat heç nə tələb olunmur - sadəcə, “düşmənçilik ritorikasını dayandırmaq" kifayətdir.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://azvision.az
archiveBu xəbər 07 İyul 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see322

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see321

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see314

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see304

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see300

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see296

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see295

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see267

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see266

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see258

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see255

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see253

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see247

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see244

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see242

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see241

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see205

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see201

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri