ABŞ Senatı üzvü: “Bayden səhərlər Ağ Evdə öz qarderobunda azırdı” KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ın keçmiş prezidenti Co Baydenin fiziki və zehni vəziyyəti ilə bağlı yeni iddia gündəmə gəlib. Respublikaçı senator Coş Hauley bildirib ki, Bayden prezidentliyi dövründə səhərlər Ağ Evdə öz şəxsi qarderobunda azırmış.
KONKRET.az xəbər verir ki, Hauley bu barədə “Fox News” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, bu məlumatı ona ABŞ rəhbərliyinin təhlükəsizliyinə cavabdeh olan Gizli Xidmətin əməkdaşı çatdırıb: “Həmin şəxs mənə dedi ki, Bayden səhərlər Ağ Evdə öz qarderobunda azırdı. O, qarderobdan çıxış yolunu tapa bilməyən vəziyyətdə dolaşırdı”.
Senator əlavə edib ki, bu kimi halların ABŞ prezidentinin sağlamlığı ilə bağlı ciddi suallar doğurduğunu və ortaya çıxan məlumatların “dəhşətli və qəbuledilməz” olduğunu düşünür.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 31 May 2025 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















