ABŞ şirkəti İraqla “Qərbi Qurna 2” yatağında “Lukoil”in payını almaq istəyir
Icma.az, Apa.az saytına istinadən bildirir.
ABŞ-ın "Exxon Mobil" şirkəti İraqın Neft Nazirliyinə müraciət edərək Rusiyanın "Lukoil" şirkətinin nəhəng “Qərbi Qurna 2” neft yatağındakı nəzarət payını almaqda maraqlı olduğunu bildirib.
“APA-Economics” xəbər verir ki, bu barədə "Reuters" mənbələrinə istinadən xəbər yayıb.
Məlumata görə, "Exxon Mobil" bununla bağlı şərh verməkdən imtina edib, “Lukoil” isə “Reuters”in şərh üçün müraciətinə cavab verməyib.
Qeyd etmək lazımdır ki, “Lukoil” şirkəti ABŞ-ın şirkətə qarşı sanksiyalar tətbiq etməsindən sonra beynəlxalq aktivlərini satmağa çalışır. ABŞ Maliyyə Nazirliyi potensial alıcılara 13 dekabra qədər "Lukoil" ilə danışmağa icazə verib, lakin onların konkret sövdələşmələr üçün təsdiqə ehtiyacı olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 02 Dekabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















