Moodys : Azərbaycan iqtisadiyyatı ortamüddətli dövrdə yüksək artım perspektivlərini qoruyur
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"Azərbaycan iqtisadiyyatı neft və qaz sektorundan asılı olmasına baxmayaraq, ortamüddətli dövrdə yüksək artım perspektivlərini qoruyur".
Oxu.Az xəbər verir ki, bu barədə "Moody's Ratings"in hazırladığı hesabatda bildirilib.
Hesabata görə, qeyri-neft sektorunun inkişafı ölkənin dayanıqlığını təmin edir və neft-qaz sektorundakı enmələri qismən kompensasiya edir.
Agentlik bildirir ki, dövlət büdcəsində nisbətən aşağı kəsir hökumətin borc yükünü ÜDM-in 30 faizindən aşağı səviyyədə saxlayacaq və bu göstərici oxşar reytinqli ölkələrin ortalamasından xeyli aşağıdır.
Eyni zamanda, bildirilib ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri artmaqda davam edir, bu da hökumət üçün əlavə maliyyə buferi yaradaraq likvidlik və xarici şoklara qarşı dayanıqlığı gücləndirir.
"Moody's" vurğulayır ki, iqtisadi şaxələndirmə perspektivlərinin yaxşılaşması və neft gəlirlərindən asılılığın azalması uzunmüddətli dayanıqlığı daha da möhkəmləndirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 17 Yanvar 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















