ABŞ Suriyadakı Əl Tanf qarnizonundan qoşunların çıxarılmasını yekunlaşdırıb
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyadakı Əl-Tanf qarnizonundan öz qoşunlarını mərhələli şəkildə çıxarıb.
"Report" xəbər verir ki, bu barədə komandanlığın məlumatında bildirilib.
"Bu addım Birləşmiş Çoxmillətli Əməliyyat Qrupu – "Sarsılmaz Qətiyyət" əməliyyatı (CJTF-OIR) tərəfindən həyata keçirilən planlı və vəziyyətin qiymətləndirilməsinə əsaslanan keçidin bir hissəsidir", - bəyanatda deyilib.
Qeyd edək ki, CJTF-OIR 2014-cü ildə CENTCOM tərəfindən yaradılıb və o vaxtdan bəri İŞİD terror qruplaşması ilə mübarizədə müttəfiq qüvvələrə məsləhət verib, dəstək göstərib və onların fəaliyyətini təmin edib. 2025-ci ilin aprelində ABŞ Müdafiə Nazirliyi 2019-cu ildə İŞİD-in ərazi məğlubiyyətindən sonra Suriyadakı obyektlərinin konsolidasiyasına başladığını elan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 12 Fevral 2026 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















