Icma.az
close
up
RU
ABŞ SURİYADAKI PROSESİ NİYƏ SAKİTCƏ SEYR EDİR? Müxalifətin irəliləyişləri Rusiya və İranın zəiflədiyini göstərir, biz isə...

ABŞ SURİYADAKI PROSESİ NİYƏ SAKİTCƏ SEYR EDİR? Müxalifətin irəliləyişləri Rusiya və İranın zəiflədiyini göstərir, biz isə...

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suriyada Əsəd rejiminə qarşı silahlı müxalif qrupların sürətlə üstünlük sağlamasına rəsmi Vaşinqtondan geniş izahat verilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "CNN Haber" kanalına eksklüzv açıqlama verən Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan Hələb və İdlibin tamamilə ələ keçirilməsini təbii sayıb.

Onun sözlərinə görə, müxalif qruplar yaranan əlverişli fürsəti yaxşı dəyərləndiriblər: "Müxaliflər illərdir onları təhdid altında saxlayan üç aktorun -  İran, Rusiya, "Hizbullah"ın gücdən düşməsindən yararlanaraq gözlənilməz sürətlə böyük bir ərazini ələ keçirib və hələ də bununla kifayətlənməyərək, irəliləyirlər. Çünki dediyim kimi, adıçəkilən 3 aktor əvvəlki kimi güc sahibi deyirlər. Müxaliflər də onları daha zəif və əvvəlkindən daha müdafiəsiz gördüklərindən sui-istifadə edir.

Düşünürəm ki, bu hücumun sürəti Suriya hökumətini və regiondakı digər müşahidəçiləri belə təəccübləndirib. Heç kim beə sürətli irəliləyiş gözləmirdi".

Ağ Ev rəsmisi həm bu hadisələri, həm də Ukraynadakı hazırkı vəziyyətin bir daha Rusiya və İranın daha zəif strateji mövqedə olması ilə əlaqələndirib. O, bu zəifliyin Suriyadakı duruma daha dəqiq "yansıdığı"nı iddia edib.

Sullivan Hələb və İdlib şəhərlərinin müxaliflərin nəzarətinə keçməsinin ABŞ-ın bölgədəki hərbi qüvvələrinə risk yaradıb-yaratmaması barədə suala isə belə cavab verib: "Biz hesab edirik ki, hazırda İŞİD-lə mübarizə aparmaq üçün Suriyada yerləşdirilən qüvvələrimizə problem yoxdur. Bizim qüvvələr həm də o ərazilərdən xeyli aralıdadır. Yəni, risk altında deyillər. Bununla belə, bizim bölgədəki hərbi güclərimiz hələ də Suriya, İran və İraqdakı şiə milis qrupları tərəfindən təhdid altındadırlar. Biz onların müdafiəsini təmin etmək və onlara qarşı hücumlara cavab vermək üçün hər gün fasiləsiz çalışırıq”.

ABŞ-ın Hələbi ələ keçirən və paytaxt Dəməşqə doğru irəliləyən Heyət Təhrir əl-Şam (HTS) silahlı qruplaşmasını terror təşkilatı olaraq tanımasına gəldikdə isə, Sullivan deyib ki, təşkilat və onun planı ilə bağlı ciddi və əsaslı narahatlıqları var. Bununla yanaşı, o, HTŞ-ln hazırkı hücumunu seyr edəcəklərini gizlətməyib: "Biz hazırda onların fəlaiyyətinə müdaxilə etməyəcəyik. Hadisələrin qarşıda bizə və bölgəyə nə gətirəcəyini zamanla görüb, qərar verəcəyik".

Lamiyə Əhmədli
MİA.AZ

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://mia.az
archiveBu xəbər 02 Dekabr 2024 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see139

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri