Icma.az
close
up
RU
Kötəklənən sabahımız

Kötəklənən sabahımız

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

"Qarabağ”ın "Atletik”ə 1:3 hesabıyla məğlub olması son iki gündə ciddi müzakirə mövzusudur. Yenə "futbol professorları” meydan sulayır. Biri Qurban Qurbanovu tənqid edir, digər Nəriman Axundzadəni. Koxalskini qınayan da var, Elvin Cəfərquliyevə yol göstərən də. İspaniyanın məşhur nəşrləri Zubirin oyununa yüksək qiymət verib, onu "Atletik”lə qarşılaşmada "Qarabağ”ın iki ən yaxşı oyunçusundan biri kimi göstərib. Amma bizimkilər Zubirdən də narazı qalıblar. Deyirlər ki, Zubir güclü komandalarla oyunlarda özünü göstərə bilmir. Guya ki, "Qarabağ”ın "Atletik”ə qədər qarşılaşdığı rəqiblər zəif imiş.

Sözüm onda deyil. Bizimkilər onsuz da həmişə narazılıq üçün səbəb tapırlar. Onları tam razı salmaq üçün "Liverpul”u, "Çelsi”ni məğlub edib, Çempionlar Liqasının qalibi olmaq lazımdır. Bunu edə bilmədinsə, tapşırığın öhdəsindən gələ bilməmisən. Maraqlıdır ki, elə eyni adamlar millimizin Fransayla Ukraynaya məğlub olmasından sonra özlərinə təskinlik verirdilər. Deyirdilər ki, uduzmağımız problem deyil, əsas odur ki, komandamızın oyununda inkişaf var və yığmanı meydana azərbaycanlı məşqçi çıxarmışdı. Mən bizimkilərin yerli məşqçilərə dəstək verməsini, onlara zaman tanınmasının vacib olduğunu görüb-eşidəndə xeyli sevinirəm. 

Amma məsələ ondadır ki, o zaman da bizim əleyhimizə işləyir. Daha doğrusu, biz qiymətli zamandan və futbola ayrılan milyonlardan düzgün istifadə etmirik. Həm zamanı, həm də pulumuzu boşa xərcləyirik, havaya sovururuq. "Qarabağ”ın "Atletik”ə məğlub olması Azərbaycan futbolunun utanc yeri deyil. Əksinə, biz sevinməli, fəxr etməliyik ki, Azərbaycan təmsilçisi o səviyyəyə yüksəlməyi, "Atletik”ə, "Çelsi”yə, "Liverpul”a rəqib olmağı bacarıb. Çempionlar Liqasının əsas mərhələsindəki yenilgilərə görə üzülməyə dəyməz. Özü də ki, "Qarabağ”ın vəziyyəti heç də pis deyil, 6 xal toplayan "köhlən atlar” ilk 24 komanda sırasına yüksəlmək şanslarını saxlayır.

Əsl ağlamalı gənc azərbaycanlı futbolçuların vəziyyətidir. "Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında keçirdiyi üç görüşün üçündə də məğlub olub. "Qarabağ”ın əsas komandası liqa mərhələsinə yüksəldiyi üçün gənclərin də vəziyyəti qəlizləşib. Onlar da güclü komandaların "alt yapısı”nda olan həmyaşıdları ilə qarşılaşırlar. Sözsüz ki, belə səviyyəli rəqiblərlə qarşılaşmalar "Qarabağ”ın gəncləri üçün çətin keçir. "Qarabağ”ın strategiyası bəllidir, Ağdam təmsilçisi əsas komandaya daha çox diqqət ayırıb və bunun da nəticəsini artıqlamasıyla görürük. UEFA Gənclər Liqasındakı digər təmsilçimiz "Sabah”ın durumu isə ürəkaçan deyil. "Sabah”ın U-19 komandası "Nant”dakı həmyaşıdlarına 0:5 hesabıyla uduzub. 

"Sabah” ötən mövsüm də bu turnirdə iştirak etmişdi. "Bazel”dən səfərdə 6 cavabsız top buraxan gənclər Bakıda 1:2 hesabıyla məğlub olaraq mübarizəni dayandırmışdı. Ötən ilki acı təcrübəni xatırlayanda "Nant”la Bakıdakı oyununa da nikbin yanaşa bilmirsən. "Qarabağ”dan fərqli "Sabah”ın üzərində uşaq futbolu ilə bağlı daha ciddi öhdəliklər var. Əsas komandası onsuz da avrokuboklarda uğursuzluqla üzləşən "Sabah” uşaq akademiyalarının inkişafı üçün ciddi resurslara sahibdir. Təhsil Nazirliyinin tabeliyində olan "Vətən” futbol məktəbi bilavasitə "Sabah”a təhkim olunub, oranın imkanlarından faydalanmaq üçün şərait yaradılıb. Bunun əvəzində də uşaq futbolunda inkişaf gözləyirik. "Nant”a 0:5, "Bazel”ə 0:6 hesabıyla məğlub olan uşaqlarla bizi hansı parlaq gələcək, işıqlı sabah gözləyir? Məncə, sualın cavabı da aydındır.

Amal Abuşov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri