Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Maskın raketi suya düşərək partladı Video

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

ABŞ tarifləri Azərbaycanın ixracını ARTIRA BİLƏR

ABŞ tarifləri Azərbaycanın ixracını ARTIRA BİLƏR

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp 2 aprel tarixini ölkənin iqtisadi müstəqilliyi günü elan edib və genişmiqyaslı gömrük tarifləri tətbiq etdiyini açıqlayıb.

Ağ Evin Rəngli Bağında təşkil olunan tədbirdə Tramp ABŞ-ın son 50 ildə iqtisadi istismara məruz qaldığını iddia edib və bu vəziyyətin dəyişəcəyini bildirib.

Yeni tariflər Çin üçün 34%, Avropa İttifaqı üçün 20%, Yaponiya üçün 24%, Hindistan üçün 26% təşkil edəcək. Ən yoxsul ölkələrdən biri olan Vyetnam və Myanma üçün isə bu tariflər 50%-ə qədər artırılacaq.

Bundan əlavə, bütün ölkələrdən minimum 10%-lik gömrük rüsumu alınacaq. Bu addımın əsas məqsədi ABŞ iqtisadiyyatını qorumaq və ticarət balansını bərabərləşdirməkdir.

Siyahıda Azərbaycanda da var. ABŞ ölkəmizə 10% gömrük rüsumu tətbiq edib.

Tramp Konqresin təsdiqini gözləmədən tarifləri tətbiq etmək üçün ABŞ-ın xarici ticarət kəsirini fövqəladə hal elan edib. Bu addım Trampa qanunvericilikdən yan keçərək birbaşa qərarlar verməyə imkan yaradır.

"İllər boyu zəhmətkeş amerikalılar kənarda oturmaq məcburiyyətində qalıblar, digər ölkələr isə əsasən bizim hesabına zənginləşib və güclü olublar. Amma indi çiçəklənmə növbəsi bizimdir", - Tramp deyib.

Milli Məclisin deputatı Tahir Mirkişili Modern.az-a açıqlamasında bildirib ki, tariflər Trampın iqtisadi baxışının mərkəzi hissəsidir.

"O deyir ki, “tarif” onun sevimli sözüdür və uzun müddətdir ki, beynəlxalq azad ticarət sazişlərini tənqid edir. Onun fikrincə, tariflər ABŞ istehlakçılarını daha çox Amerika istehsalı olan mallar almağa həvəsləndirəcək, ölkə iqtisadiyyatını gücləndirəcək və daxil olan vergilərin həcmini artıracaq.

Tramp həmçinin Amerikanın “fırıldaqçılar” tərəfindən istifadə edildiyini və əcnəbilər tərəfindən “talan edildiyini” iddia edərək, ABŞ-ın idxal etdiyi mallarla digər ölkələrə ixrac etdiyi malların dəyəri arasındakı fərqi azaltmaq istəyir.

Məsələn, 2024-cü ildə ABŞ-ın Avropa İttifaqı (AB) ilə ticarət kəsiri 213 milyard dollar (165 milyard funt sterlinq) olub, Tramp bunu “vəhşilik” adlandırıb.

Tramp bu gündən etibarən ABŞ-yə gələn bütün idxal mallarına minimum 10%-lik “əsas” tarifin tətbiq etdiyini elan edib.

Bununla belə, Trampın "ən pis cinayətkarlar" kimi təsvir etdiyi bir neçə ölkə Çindən gələn mallara 54% (mövcud 20% daxil olmaqla), Kamboca məhsullarına 49% və Vyetnam idxalına 46% daxil olmaqla daha böyük tariflərlə üzləşəcək. Aİ-dən gələn mallara 20% vergi tutulacaq.

İqtisadçılar arasında geniş konsensus var ki, tariflər ABŞ istehlakçıları üçün idxal olunan mallar üzrə qiymətləri artıracaq.

Bəzi firmalar daha az xarici mal idxal etmək qərarına gələ bilər - və ya tamamilə dayandıra bilər - bu da öz növbəsində mövcud olanları daha da bahalı edə bilər.

ABŞ-də idxal olunan komponentlərdən istifadə etməklə istehsal olunan malların qiyməti də arta bilər.

Məsələn, avtomobil hissələri bir avtomobil tam yığılmazdan əvvəl adətən ABŞ, Meksika və Kanada sərhədlərini dəfələrlə keçir.

Bəs ABŞ tariflərinin Azərbaycan ixracına təsiri necə olacaq?

Baxmayaraq ki, ABŞ-ın Azərbaycanla xarici ticarət dövriyyəsində kəsr mövcud deyil, ABŞ xeyrinə profisit mövcuddur, amma ABŞ digər ölkələr kimi Azərbaycandan da idxal olunan məhsullara 10% lik baza idxal tarifi tətbiq edib. Qeyd edim ki, indiyə qədər Azərbaycandan ABŞa ixrac olunan məhsullar 0% idxal rüsumu ödəyirdilər.

Azərbaycan ABŞ a daha çox qeyri-neft məhsullatı ixrac edir. Artım dinamikası xeyli yüksəkdir. Tariflər bütün ölkələrə və müxtəlif dərəcələrlə tətbiq olunduğundan onun ölkələrə təsiri də müxtəlif olacaq. Təhlillər göstərir ki, Azərbaycan məhsullarına ABŞ bazarında rəqib olan ölkələrin bir çoxuna qarşl tətbiq olunan tariflər Azərbaycana tətbiq olunan tariflərdən yüksəkdir. Məsələ, Azərbaycan məhsullarına 10% lik tarif tətbiq olunsa da, Çindən idxal olunan məhsullata 54%, Avropa Birliyindən 20%, Qazaxstandan 27% lik tarif və s. tətbiq olunur. Bu o deməkdir ki, Azərbaycan məhsulları ABŞ bazarlarında digər rəqib ölkələrə nisbətən daha ucuz olacaq. Bu isə, ABŞ-yə Azədbaycan qeyri-neft məhsulları ixracını artırmaq üçün yaxşı fürsətin yaranması deməkdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Aprel 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

28 Sentyabr 2026 03:28see152

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

28 Sentyabr 2026 02:24see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

28 Sentyabr 2026 07:50see150

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri