Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

ABŞ tarixində ağlasığmaz ilklərə imza atdı, 6 dəfə müflis oldu Donald Tramp kimdir? VİDEO

ABŞ tarixində ağlasığmaz ilklərə imza atdı, 6 dəfə müflis oldu Donald Tramp kimdir? VİDEO

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Noyabrın əvvəlində keçirilən seçkilərdə Respublikaçılar partiyasının namizədi, amerikalı biznesmen Donald Tramp ikinci dəfə ABŞ prezidenti seçildi.

Ölkə.Az Tramp haqqında bir sıra faktları təqdim edir:
Donald Con Tramp 1946-cı ildə Nyu York ştatının Kuins şəhərində doğulub. Donaldın ata tərəfindən baba və nənəsi alman immiqrantları olublar.
Ana xətti ilə şotlanddır.
Tramp özünü pis apardığı üçün 13 yaşında hərbi akademiyaya göndərilib. O, çox dəcəl olduğundan orada müəllimləri tərəfindən cəzalanadırılıb, ona bir sıra qadağalar qoyulub.
Varlı ailədə doğulmasına baxmayaraq onun aşağı səviyyəli işlərdə çalışması gözlənilirdi.
1968-ci ildə Pensilvaniya Universitetində iqtisadiyyat üzrə bakalavr dərəcəsi alıb. 1971-ci ildə atası tərəfindən daşınmaz əmlak biznesinin prezidenti təyin edilib. O, sonradan bu şirkətin adını "The Trump Organization" olaraq dəyişdirmək qərarına gəlib. Tramp diqqətini hündür binaların, hotellərin, kazinoların və qolf meydançalarının tikintisinə və təkmilləşdirilməsinə yönəldib. “Tramp” brendi adı altında inşaat, mehmanxana, qumarxana, əyləncə, kitab və jurnal nəşri, yayım mediası, model menecmenti, pərakəndə satış, maliyyə xidmətləri, qida və içkilər, biznes təhsili, onlayn səyahət, ticarət, özəl aviasiya və gözəllik yarışmaları fəaliyyət göstərir.

Onun müəssisələri ümumilikdə altı dəfə iflas edib.

Biznesmen, şoumen və siyasətçi olan Tramp fərqli zövqləri ilə də tanınır.
Kuins şəhərindəki zəngin məhəllədə böyüyən Tramp dəbdəbəni xoşlayır. Onun dünyanın müxtəlif yerlərində bir neçə lüks iqamətgahı var. Ən sevimli məskəni isə Nyu-Yorkun Beşinci prospektində yerləşən 68 mərtəbəli “Trump Tower”dir.
Trampın qolf sevgisi də az qala bütün dünyaya məlumdur. Onun dünyanın bir sıra ölkələrində ümumilikdə 18 qolf kursu və qolf meydançaları var.
ABŞ-ın yeni lideri fəstfudu çox sevir. O, zəhərlənməkdən qorxduğu üçün heç vaxt şəbəkə şəklində olmayan restoranlara getmir. Çünki biznesmen düşünür ki, bir pis hamburger, bütün fəstfud şəbəkəsini məhv edə bilər.
Donald Tramp və onun keçmiş arvadı İvana 1995-ci ildə çəkilmiş pizza reklamında rol alsalar da, o realda pizza xəmirinə nifrət edir və heç vaxt yemir.
Biznesmen həmçinin əvvəlcədən açılmış paketdən heç vaxt heç nə yemir, ona görə də getdiyi yerlərə özü ilə birgə şirniyyatlar aparır.
Tramp qardaşı Fredinin 43 yaşında alkoqol asılılığına görə ölməsindən sonra içkini atıb.
ABŞ lideri eyni zamanda “Zoolander”, “Seks və şəhər”, “Evdə tək 2” filmlərində epizodik rolları oynayıb.
Hətta  “Evdə tək 2” Trampa məxsus plazalardan birində çəkilib. ABŞ mətbuatı yazırdı ki, Tramp filmin onun hotelində çəkilməsi qarşılığında filmdə rol almaq istədiyini deyib. Biznesmen isə bu iddiaları rədd edərək rejissorun filmdə rol alması üçün ona yalvardığını bildirib.
O, 2000-ci illərdə “The Apprentice” realiti-şousunun aparıcısı kimi məşhurlaşmışdı. Prezidentliyə namizəd olmaq üçün 2015-ci ildə şoudan imtina edib.
1980-ci illərdən siyasətə atılmaq istəyən Tramp bu arzusunu 2016-cı ildə prezident seçilərək reallaşdırıb. O, Amerika Birləşmiş Ştatlarında əvvəlcədən heç vaxt seçkili vəzifə, yüksək dövlət vəzifəsi və ya hərbi rütbəsi olmadan prezident seçilən ilk şəxsdir.
O, həm də 2019-cu ildə həmkarı Kim Çen Inla görüşərək Şimali Koreya torpağına ayaq basan ilk Amerika prezidenti kimi tarixə düşüb.
Tramp eyni zamanda barəsində cinayət işi açılan ilk ABŞ prezidentidir. 
Baydenin prezident seçilməsindən sonra 2021-ci ilin yanvarın 6-da Vaşinqtonda Donald Tramp tərəfdarları Kapitoli binası önündə izdihamlı mitinqə toplaşıb. Mitinq zamanı aksiya iştirakçıları Konqresin binasına girib, polis aralarında toqquşma olub və 4 nəfər ölüb. 
Bu hadisədən sonra Trampın feysbuk, instaqram və tviter hesabları bloklanıb. O bundan sonra öz sosial şəbəkəsi olan “Truth Social”ı yaradıb.
2022-ci ildə ABŞ-li milyarder İlon mask Tvitteri aldıqdan sonra Trampa qoyulan qadağanı aradan qaldırıb.
Dünyanın ən varlı adamı olan Mask həmçinin 2024-cü ildə prezident seçkilərində Trampın ən böyük dəstəkçisi olub və ona milyonlar xərcləyib. Tramp isə seçildikdən sonra Maskı Hökumətin Səmərəliliyi Nazirliyinin rəhbərliyinə gətirib.
Tramp builki prezident seçkiləri ərəfəsində sui-qəsdə məruz qalıb və qulağından yaralanıb.
Tramp ilk dəfə 1977-ci ildə çexiyalı model və ona məxsus şirkətdə SİO kimi çalışan İvana Zelniçkova ilə, 1993-cü ildə amerikalı model, müğənni və aparıcı Marla Maples ilə, üçüncü dəfə isə 2005-ci ildə sloveniyalı model Melania ilə evlənib. Beş övladı, 10 nəvəsi var.

Bu ilin oktyabrına olan məlumata görə, sərvəti təxminən 8 milyard dollardır.

Billurə Yunus

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Noyabr 2024 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see839

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see465

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see331

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see297

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see283

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see281

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see281

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see264

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see253

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see252

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see252

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see246

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see244

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see241

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see239

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see225

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see222

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see221

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see220

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri