Icma.az
close
up
RU
ABŞ təkcə Maduronun arvadını deyil, həm də onun ən yaxın müttəfiqini saxlayıb Bild

ABŞ təkcə Maduronun arvadını deyil, həm də onun ən yaxın müttəfiqini saxlayıb Bild

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Siliya Adela Flores de Maduro sadəcə devrilmiş Venesuela diktatorunun arvadı deyil. ABŞ ordusunun Karakasda həyata keçirdiyi və Nikolas Maduronun saxlanılması ilə nəticələnən gecə əməliyyatından sonra onun ən yaxın müttəfiqi də həbs edilib. İndi Flores Bruklin həbsxanasında məhkəməni gözləyir, amerikalı müstəntiqlər isə onu rejimin ən nüfuzlu və təhlükəli fiqurlarından biri adlandırırlar. 

Qaynarinfo xəbər verir ki, bu barədə Bild nəşri yazır.


Bioqrafiya və siyasi yüksəliş

Siliya Flores 1956-cı ildə Koxedes ştatında yoxsul kəndli ailəsində doğulub. Uşaq yaşlarında Karakasa köçüb və 32 yaşında hüquq təhsili alıb. Məhz hüquqşünas karyerası onu gələcək həyat yoldaşı ilə tanış edib: 1990-cı illərdə Flores Uqo Çavesin vəkili, Maduro isə onun etibarlı nümayəndəsi idi. Onlar yalnız 2013-cü ildə, Maduro hakimiyyətə gəldikdən sonra evləniblər.

Klassik "birinci xanım" obrazından fərqli olaraq, Flores heç vaxt yalnız mərasim rolu ilə kifayətlənməyib. "The New York Times” onu Venesuelanın ən qüdrətli insanlarından biri adlandırır. Hakim dairələrdə o, "Primera Combatiente" ("Birinci döyüş yoldaşı") kimi tanınırdı.

Floresin siyasi yüksəlişi hələ Çavesin dövründə başlamışdı: məhz o, 1992-ci ilin uğursuz çevrilişindən sonra Çavesin azadlığa buraxılmasına və 1994-cü ildə prezident əfvinə nail olmuşdu. 2006-cı ildə Flores Venesuela parlamentinin ilk qadın sədri oldu və bu postda... Nikolas Maduronu əvəz etdi.


"Nikolas üzdür, Siliya isə yumruq"

Onun adı tez-tez qohumbazlıq qalmaqallarında hallanırdı: Venesuela və Qərb mediasının məlumatına görə, onun onlarla qohumu dövlət strukturlarında vəzifələrə gətirilmişdi. Sonradan o, hökumətin baş hüquqşünası oldu və ekspertlərin fikrincə, rejimin əsas hüquqi və institusional manevrlərinə məhz Flores rəhbərlik edirdi.

"Nikolas üzdür, lakin Siliya yumruqdur. Miraflores sarayında onun razılığı olmadan heç bir mühüm hadisə baş vermir", – deyə Miami Herald keçmiş Venesuela kəşfiyyat zabitindən sitat gətirib.

Müxalifətin 2015-ci il seçkilərindəki qələbəsindən sonra Flores parlamentə qayıtdı, televiziyada "Con Cilia en Familia" proqramı ilə fəal şəkildə göründü və müxalifəti faktiki olaraq zərərsizləşdirən Müəssislər Məclisinə daxil oldu. O, sonuncu dəfə 2021-ci ildə, 3 yanvar həbsinə qədər deputat seçilmişdi.

İttihamlar və həbs şəraiti

Hüquq müdafiə təşkilatları və BMT müstəntiqləri Maduro rejimini məhkəmədənkənar edamlar, repressiyalar və siyasi təqiblərlə əlaqələndirirlər. Siliya Flores bu ittihamların mərkəzində dayanan əsas şəxsdir.

ABŞ-da Flores beynəlxalq narkosəbəkənin və rejimin maliyyə sxemlərinin kilit fiquru hesab olunur. O, illərlə sanksiyalar altında olub, indi isə rəsmən narkotik ticarəti, terrorizmin maliyyələşdirilməsi və qanunsuz silah saxlamaqda ittiham olunur.

UNİAN-ın xəbərinə görə, Nikolas Maduro və arvadı Bruklindəki gücləndirilmiş mühafizə rejiminə malik təcridxanada fərqli bölmələrdə saxlanılırlar. Məhkəmədə Maduro özünü "namuslu adam" adlandırıb, bütün ittihamları rədd edib və özünü "hərbi əsir" hesab etdiyini bildirib. O həmçinin iddia edib ki, məhkəməyə gələnə qədər ittihamnaməni görməyib və hüquqlarını bilmir.


Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Yanvar 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri