Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

ABŞ, Tramp və siyasət barədə hər şey Politoloqla MÜSAHİBƏ

ABŞ, Tramp və siyasət barədə hər şey Politoloqla MÜSAHİBƏ

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Dünyada baş verən proseslər barədə Tribunainfo.az-a danışan politoloq Elşən Manafovun müsahibəsini təqdim edirik:

-ABŞ oturuşmuş idarəedicilik prinsiplərinə, habelə demokratik dəyərlərə söykənən bir dövlətdir, burada prezidentin təkbaşına dövləti yönəltməsi əslində qeyri mümkündür. D.Trampın prezident olaraq qəbul etdiyi qərarları şərh edən bir sıra ekspertlər isə onun sistemin əleyhinə olduğu və buna görə də bəzən ABŞ maraqlarına uyğun olmayan qeyri adekvat qərarlar qəbul etdiyini söyləyirlər. Siz necə düşünürsünüz, Tramp gerçəkdən sistemin əleyhinə olan birisidir?

-Xeyr, Tramp sistemin yetirməsi olan siyasətçilərdəndir, sadəcə digərləri ilə müqayisədə daha praqmatik və realist mövqe sərgiləyir. Bunu təsdiq edən faktlar kifayət qədərdir. Məsələn, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində Trampın Demokratlar partiyasından olan rəqibi daha çox seçici səsi qazanmışdı, lakin ABŞ seçki sisteminin özəlliyi Trampın xeyrinə işlədi. Ştatlardakı seçki komissiyalarında Trampı müdafiə edən vəkillərin mövqeyi Trampın xeyrinə oldu. Nəticə etibarı ilə daha çox seçici səsi qazanmış Hilari Klinton məğlub elan edildi və bu ABŞ-da demokratlar partiyasının elektoratında ciddi narazılıq doğurdu. Bu fakt göstərir ki,Tramp sistemin yetişdirdiyi siyasətçidir və onun əleyhinə gedə bilməz. Digər tərəfdən Konqreslə razılaşdırmadan prezident federal əhəmiyyətli heç bir qanunun qüvvəyə minməsinə nail ola bilməz. Müharibə elan etmək və ya sülh bağlamaq konqresin səlahiyyətlərinə aiddir. Və nəhayət ABŞ-da müstəqil məhkəmə hakimiyyəti var və bunu Trampın ləkələmək üçün demokratların atdığı addımların məhkəmələr tərəfindən dəstəklənməməsi özü də təsdiq etdi.

-Trampın Rusiya ilə münasibətlərin perspektivlərinə olan baxışlarını opponentləri Amerika maraqlarına xəyanət kimi dəyərləndirirlər, bu fikirlərdə nə dərəcədə həqiqət payı var?

-Artıq qeyd etdik ki,Tramp siyasi proseslərin özünə belə, biznesmen düşüncə tərzi ilə yanaşır və burada onun praqmatizmi yenə öz sözünü deyir. Tramp Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ABŞ korporasiya və trestlərinə 300 milyarddan yuxarı
ziyan vurduğunu öyrəndikdən sonra
Rusiya ilə münasibətlərə “ziyanın yarısından qayıtmaq da xeyirdir” prinsipi ilə yanaşmağı qət etdi və münasibətlərdən ziyan deyil, mənfəət götürmək üçün siyasi dialoqa getməyi daha məqbul bildi. Etiraf etdi ki, Rusiya qlobal gücə malik dövlətdir, onun milli maraqları nəzərə alınmaya bilməz və əlbəttə beynəlxalq gərginliyin zəiflədilməsində Trampın bu mövqeyinin böyük əhəmiyyəti oldu.
Ümumiyyətlə Tramp prinsiplər adamı deyil, o dəyərlərə yox, konkret zaman və məkan çərçivəsində mənfəət gətirə biləcək razılıqlara daha böyük əhəmiyyət verir.

-Siyasətçi üçün reytinqin aşağı düşməsinə səbəb olacaq amil deyilmi?

-Xeyr. Bilirsinizmi Trampın kumiri olan siyasətçi kimdir, bu Böyük Britaniyanın sabiq baş naziri U.Çörçildir. Həmin Çörçildir ki, “Böyük Britaniyanın əbədi dostları yoxdur əbədi maraqları var” demişdir. Çörçill zamanında kommunizm və bolşevizmin ən barışmaz opponentlərindən olmuşdur. Lakin, Almaniyanın SSRİ-yə qarşı hücumundan sonra o, Almaniya ilə qarşıdurmada Sovetlərin güc və imkanlarından istifadə etmək üçün antihitler koalisiyasının yaradılmasının təşəbbüskarlarından oldu. Almaniyanın məğlubiyyətindən sonra isə Avropa kapitalizmini SSRİ-yə qarşı vahid cəbhədə birləşmək üçün çağırış etdi və beləliklə soyuq müharibə başlandı.
Maraqlıdır ki, Tramp ilk dəfə prezident seçildikdən sonra prezident kabinetində Obamanın vaxtında Avraam Linkolnun büstünü yığışdıraraq onu Çörçillə əvəz etmişdir. Linkoln isə prinsipial adam olmuşdur. Ona təklif edilən şərtləri qəbul etmədiyindən 1865-ci ildə qətlə yetirilmişdir.

-Trampın Avropa Birliyinə olan münasibəti də onun opponentləri tərəfindən ən çox müzakirə olunan məsələlərdəndir. Necə düşünürsünüz Tramp Avropapaya münasibətdə ona qədərki prezidentlərin ənənəvi siyasətindən kənara çıxmırmı?

-Tramp özü bu məsələyə aydınlıq gətirib. O, bu günlərdə bəyan
etdi ki, Avropa Birliyinin əsas məqsədi ABŞ-ı dağıtmaqdır. Tramp bunu Avropanın öz təhlükəsizliyinin təmin olunması üçün problemlərin həllini ABŞ-a yükləmələrində görür və əslində müəyyən dərəcədə haqlıdır. Tramp Birlik ölkələrinə Ümumi Daxili Məhsulun 2 faiz deyil, 5%-ni müdafiə xərclərinə, yəni NATO-nun saxlanılmasına yönəltməyi təklif edir. Əgər Avropa onun üçün təhlükənin Rusiya tərəfindən gəldiyini düşünür və ya iddia edirsə, deməli, buna uyğun da adekvat addımlar atmalıdır. Tramp Amerika və Rusiya arasında təbii səddin-okeanın olması faktoruna söykənərək belə bir səddin qoca qitə və Rusiya arasında olmamasına işarə edir. Ona görə suda batanların xilası ilk növbədə batanların özünə aid olan məsələdir və bu məsələnin həllinə də Tramp ümumavropa deyil, ABŞ maraqları baxımından yanaşır.

-Avropanın təhlükəsizlik problemləri ABŞ üçün həmişə prioritet olmayıbmı?

-Bu məsələyə münasibət müxtəlif dövrlərdə fərqli olub. Ümumiyyətlə ABŞ-ın ilk prezidenti Vaşinqton sələflərinə narahat Avropanın işlərinə müdaxilə etməməyi vəsiyyət etmişdir. Vaşinqtona görə bu ABŞ-ı Avropanın geosiyasi burulğanlarına sürükləyə bilər ki, bundan Avropa mənfəət götürsə də ABŞ ziyanla çıxa bilər. Tramp müəyyən mənada Vaşinqtonun tövsiyyəsinə əməl edən prezident təsiri bağışlaya bilər. Belə ki, Ukraynanın Rusiyaya qarşı apardığı müharibənin əsas maliyyə və hərbi yükü Avropanın deyil, ABŞ-ın üzərinə düşürdü. Tramp müəyyən mənada bu haqsızlığı aradan götürmək, amerikalı vergi ödəyicilərinin maraqlarını qorumaq üçün mövqe qoydu ortalığa və dərhal da tənqid obyekti oldu. Halbuki o, Amerika vergi ödəyiciləri qarşısında məsuldur və bunu avropalı həmkarları başa düşməmiş deyildilər. Avropa isə son vaxtlar ABŞ-a bərabərlər arasında birinci statusunda yanaşırdı. Belə bir vəziyyət orta əsrlərdə Avropa ölkələrində kral hakimiyyətinin kifayət qədər güclü olmadığı dövrlərdə var idi.
Tramp böyük şahmat taxtası üzərində Bayden administrasiyasının səhv gedişləri nəticəsində mövqeləri tədricən güclənmiş Brusel burokratiyasına yerlərini göstərməyi qət etdi və bir gedişlə Avropanı Ukrayna, deməli ümumavropa problemlərinin çözülməsi ilə danışıqlardan kənarda qoydu. Hazırda Avropa seytnota düşməmək üçün vurnuxan şahmatçıya daha çox bənzəyir.

-Trampın ABŞ YUNESKO, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq İqlim dəyişikliyi Agentliyi, hətta BMT-dən çıxmaqla bağlı mövqeyini nə ilə izah etmək olar?

-Trampa görə bütün bu tədbirlər Bayden administrasiyası zamanı həddən ziyadə şişmiş Amerika burokratiyasına, korrupsiyaya qarşı mübarizənin ayrılmaz tərkib hissəsi olaraq həyata keçirilib. ABŞ bu təşkilatların büdcəsinin 65-70%-ni maliyyələşdirirdi və məlum oldu ki, bu beynəlxalq təşkilatlar müxtəlif layihələri icra adı altında korrupsiyalaşmış beynəlxalq sindikatlara çevrilmişdilər və ya ABŞ da yaşı yüzü keçmiş on milyonlarla insanlar olub ki, onlar büdcədən sosial müdafiə adı ilə maliyyə dəstəyi alırmışlar. Və ya 60 milyondan çox ölmüş adamın büdcədən belə vəsaitlər alması ABŞ-ın özündə burokratiya və korrupsiyanın inkişaf göstəricilərindən xəbər verirdi. Bütün bu tədbirlər büdcənin sağlamlaşdırılması məqsədilə həyata keçirilən tədbirlər olmuşdur.

-Trampın transqenderlərə, digər cinsi azlıqlara münasibətdə gördüyü tədbirlər onun dəyərlərə sayğı ilə yanaşdığı və ya prinsiplər adamı olduğunu təsdiq etmirmi?

-Tramp dini konseptual məsələlərə də dəyərlər sistemindən deyil, maraqlar konteksindən yanaşan siyasətçilərdəndir. Şəxsən mən onun xristian kilsəsinə münasibətini Napaleon Bonopartın münasibəti ilə eyniləşdirərdim.
Trampın ailəsi zamanında protestant olub, lakin bu faktorun seçkilər zamanı onun zərərinə işləyə biləcəyindən ehtiyat edən Tramp bütün xristianların maraqlarını qoruyacağı ilə bağlı bəyənatlarla çıxış etməyə başladı. O, kilsəyə nadir hallarda gedib lakin, bu zaman əvvəlcədən foto mühərriklərin
orda olması və prosesin reklamı üçün qabaqlayıcı tədbirlərin görülməsinə sərəncam verir. Təbliğatçılar mükafatlandırılırdılar. Bu fakt isə Trampın iş adamı olduğunu sübut edən sanballı faktorlardan sayıla bilər.

Söhbətləşdi: Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 03 Mart 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see776

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see315

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see312

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see281

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see268

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see266

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see263

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see258

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see256

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see253

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see247

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see244

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see233

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see229

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see224

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see211

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see209

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see204

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri